Bu xəstəliyi olanlar əsgər aparılmır
Digərləri 01 Fev 2026 09:51:03 55 0
Azərbaycanda hərbi xidmətə çağırılan şəxslərin sağlamlıq vəziyyəti "Xəstəliklər cədvəli" əsasında qiymətləndirilir və onurğa əyrilikləri üzrə hərbi xidmətə yararlılıq əyriliyin dərəcəsinə, struktur xüsusiyyətlərinə və funksional pozuntu yaradıb-yaratmamasına görə müəyyən olunur.
Bu xəbəri də oxu: Hər 10 məktəblidən 1i obezdir
Metbuat.az-ın məlumatına görə, I dərəcəli skoliozu olan şəxslər (Kobb bucağı 10 dərəcəyədək), eləcə də I və II dərəcəli kifozu olanlar (Kobb bucağı 50 dərəcəyədək) hərbi xidmətə yararlı hesab edilir. Uzanmış vəziyyətdə və ya başın dartılması zamanı düzələn, fəqərələrin rotasiyası olmayan qeyri-struktur (qamət) skoliozu da hərbi xidmətə maneə sayılmır.
II dərəcəli skolioz (11-25 dərəcə) ağrı sindromu və funksional pozuntu ilə müşayiət olunduqda şəxslər hərbi xidmətə məhdud yararlı hesab olunur. III dərəcəli skolioz (26-50 dərəcə) və döş qəfəsinin ifadə olunmuş deformasiyası olan hallar isə adətən hərbi xidmətə yararsız və ya məhdud yararlı kimi qiymətləndirilir. IV dərəcəli skolioz (50 dərəcədən çox), ağır deformasiya, tənəffüs çatışmazlığı və davamlı ağrı sindromu ilə müşayiət edildikdə şəxs hərbi xidmətə tam yararsız sayılır.
Funksional pozuntu yaratmayan, simptomsuz keçən və yalnız rentgen müayinədə aşkar edilən yüngül onurğa dəyişiklikləri, o cümlədən Şmorl yırtığı hərbi xidmətə çağırış üçün maneə hesab edilmir. Onurğa əyriliyi ilə bağlı yekun qərar yalnız əyrilik bucağına deyil, kliniki əlamətlərə, ağrı sindromunun davamlılığına və onurğanın funksional vəziyyətinə əsasən verilir.
Vyetnamdan Taylanda uçan "AirAsia" aviaşirkətinə məxsus sərnişi
Enerji sərfiyyatını azaldan, batareyanın köhnəlməsini ləngidən və tele
Harvard Universitetinin dietoloqları beyin fəaliyyətini artıran və yaddaş
Ailə həkimi Sophi Nyuton bildirib ki, soyuqdəymə, qrip və mövsümi virusla
İllərdir alimlər göyərçinlərin və digər quşların necə böyük məsaf
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məktəblərdə sağlam qidalanma ilə
Kürdəmirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-n�
Türkiyənin qızıl və maliyyə bazarları üzrə ekspert İslam Memiş qızı
Dubay hakimiyyəti şəhərin imicini gücləndirmək və investisiya cəlb etm�
Bakı metrosunun yeni stansiyalarının tikintisi həmin ərazilərdə mənzil v
Xəbər verdiyimiz kimi, Goranboyda 2 qadın bıçaqlanıb, onlardan biri ölüb
ABŞ prezidenti Donald Tramp İranla danışıqlar aparmağı planlaşdırdığ�
Qəbələdə qazdan istifadəyə görə borc yazılıb, sayğacda isə başqa r�
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
