Rəsulzadənin anadan olmasından 142 il ötür
Digərləri 31 Yan 2026 00:00:00 82 0
Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür.
Bu xəbəri də oxu: Boş şüşə bankaları təcili atın: Sağlamlığınız üçün gizli təhlükə
Son.az-ın məlumatına görə, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
Gənc yaşlarında sosial demokratlarla birgə "Hümmət" təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət orada "İrane-nou" qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.
O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.
1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.
Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada vəfat edib.
1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.
29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.
22 noyabr 2013-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.
Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci il "Cümhuriyyət İli" elan edilib.
Prezident İlham Əliyev 30 dekabr 2023-cü ildə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Son.az
Yanvarın 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Cenevr�
BMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycanın Cenevrədəki BMT B�
Türkiyəli aktrisa Hande Erçel Paris Moda Həftəsində iştirak edib.
Leyla Əliyeva Cenevrədə BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana
Adətən toyuq panesi üçün istifadə edilən suxari bəzən istənilən xırt
Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb.
Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar ola
Türkiyə şou-biznesinin tanınmış simalarından olan Fatih Ürək uzun müdd
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev 2026-cı il Gənclər
Rusiya Daxili İşlər Nazirliyinin təqaüddə olan polkovniki Vidadi İslam o�
İstanbul 4-cü Sülh Cəza Məhkəməsi sosial media fenomeni Merve Taşkın v�
Respublika Hərbi Prokuroruna yeni böyük köməkçi təyin edilib.
"ZiqZaq" ləqəbli tanınmış azərbaycanlı reper Mövlud Cəfərov�
Yeni mədəniyyət konsepsiyası çərçivəsində milli-mənəvi dəyərlərin
