Maştağadakı qətlin TƏFƏRRÜATI: Qadının əri də çoxsaylı bıçaq zərbələri ilə öldürülübmüş


Kriminal 28 Yan 2026 22:32:00 84 0

Maştağadakı qətlin TƏFƏRRÜATI: Qadının əri də çoxsaylı bıçaq zərbələri ilə öldürülübmüş

Yanvarın 24-də Maştağa qəsəbəsinin südçülük sovxozu ərazisində baş verən qətl hadisəsi hələ də müzakirə olunur.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü Emil Ağayev bıçaqla xəsarətlər yetirərək 67 yaşlı anası Həyat Ağayevanı qətlə yetirib.

İddialara görə, Emil Ağayev əvvəllər narkotik asılılığı səbəbi ilə aidiyyəti üzrə dispanserdə müalicə alıb. Mərhumun yaxınları bildiriblər ki, o, cinayəti əvvəlcədən planlaşdırıb.

Belə ki, hadisədən əvvəlki gecəni həyat yoldaşı ilə birlikdə qayınanasının evində keçirən Emil Ağayev səhər saatlarında evə qayıdaraq anasının iş yerinə taksi göndərib və onun təcili evə gəlməsini xahiş edib. Daha sonra isə anasını bıçaqla xüsusi amansızlıqla qətlə yetirib.

Son.az Bizim.Media-ya istinadən xəbər verir ki, Emil Ağayev anasını pula görə xüsusi amansızlıqla öldürüb.

Belə ki, hadisə baş verən gün Emil anasından pul istəyib. O, isə qız köçürdüyünü və cehiz hazırlığı ilə bağlı pulunun olmadığını bildirib. İddia olunur ki, cinayət məhz bu mübahisə üzündən törədilib.

Digər mənbənin bildirdiyinə görə, Emil Ağayev kifayət qədər mədəni, sakit və problemsiz biri olub. Onun pula ehtiyacı olmadığı, hətta dükan işlətdiyi də bildirilib.

Qətlə yetirilən Həyat Ağayeva isə 67 yaşında olmasına baxmayaraq, evinə yaxın Südçülük sovxozunda işləyib. İş yoldaşlarının dediyinə görə, o, çox zəhmətkeş və övladlarını min bir əziyyətlə böyüdən ana olub. Aldığı əməkhaqqı və pensiyası ilə Emilə aldığı avtomobilin kreditini ödəyirmiş.

Hadisə ilə bağlı daha dəhşətli məqamlar da ortaya çıxıb. Belə ki, Emil Ağayevin atası Xanlar Ağayev də illər öncə Rusiyada 35 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Qeyd edək ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Emil Ağayev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Son.az 

Tehrandan Trampa "Daha sərt cavab" xəbərdarlığı like
  • 28 Yan 22:19  
Dünya Tehrandan Trampa "Daha sərt cavab" xəbərdarlığı

ABŞ Prezidenti Donald Trampın İrana doğru böyük bir donanmanın hərəkət

arrow Ətraflı
“Azərpoçt”un maşını ağaca çırpıldı  Xəsarət alan var like
  • 28 Yan 21:56  
Digərləri “Azərpoçt”un maşını ağaca çırpıldı Xəsarət alan var

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Sabirabadda qaz kəsiləcək like
  • 28 Yan 21:48  
Digərləri Sabirabadda qaz kəsiləcək

Sabirabad rayonunun bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

arrow Ətraflı
Nadir anasından danışıb ağladı  "Pulumuz o qədər az idi ki, anam..." like
  • 28 Yan 21:34  
Şou-biznes Nadir anasından danışıb ağladı "Pulumuz o qədər az idi ki, anam..."

Müğənni Nadir Qafarzadə uşaqlıq illərindən danışarkən kövrək anlar

arrow Ətraflı
"Google" istifadəçilərini gizlicə dinləyir?  Məhkəməyə verildi like
  • 28 Yan 21:23  
Digərləri "Google" istifadəçilərini gizlicə dinləyir? Məhkəməyə verildi

"Google" insanların telefonları vasitəsilə gizlicə şəxsi danı

arrow Ətraflı
Bazar reallığı: İkinci əl avtomobil hissələri niyə baha satılır?  AÇIQLAMA like
  • 28 Yan 21:10  
Digərləri Bazar reallığı: İkinci əl avtomobil hissələri niyə baha satılır? AÇIQLAMA

Son zamanlar avtomobillərin bəzi ikinci əl hissələrinin yenisindən baha ol

arrow Ətraflı
Marneuildə toy kortejində qəza  azərbaycanlılar həlak oldu like
  • 28 Yan 21:00  
Digərləri Marneuildə toy kortejində qəza azərbaycanlılar həlak oldu

Gürcüstanın Marneuli bələdiyyəsinin Baydar kəndində ağır yol qəzası

arrow Ətraflı
Teomanın illər əvvəl göndərdiyi CV indi üzə çıxdı like
  • 28 Yan 20:56  
Şou-biznes Teomanın illər əvvəl göndərdiyi CV indi üzə çıxdı

Türkiyəli müğənni Teoman illər əvvəl hazırladığı maraqlı CV-si il

arrow Ətraflı
Məşhurluğun QURBANLARI: ölümündən sonra gündəmə gələn bloqerlər like
  • 28 Yan 20:43  
Digərləri Məşhurluğun QURBANLARI: ölümündən sonra gündəmə gələn bloqerlər

Müasir dövrdə bir çox gənc sosial şəbəkələrdə məşhurlaşmaq arzusun

arrow Ətraflı
“Tarqovu”da hoteldə ölən şəxs diaspor rəhbəri imiş like
  • 28 Yan 20:40  
Digərləri “Tarqovu”da hoteldə ölən şəxs diaspor rəhbəri imiş

Xəbər verdiyimiz kimi, Bakının mərkəzində yerləşən hotellərin birind�

arrow Ətraflı
"Kızılcık Şerbeti"nin Fatihi göz yaşları içində setlə vidalaşdı like
  • 28 Yan 20:31  
Şou-biznes "Kızılcık Şerbeti"nin Fatihi göz yaşları içində setlə vidalaşdı

"Kızılcık Şerbeti" serialında "Fatih Ünal" xarakterin�

arrow Ətraflı
Məşhur şirkət 30 min nəfəri işdən çıxarır  SƏBƏB like
  • 28 Yan 20:07  
Dünya Məşhur şirkət 30 min nəfəri işdən çıxarır SƏBƏB

ABŞ-da yerləşən United Parcel Service (UPS) şirkəti bu il 30 min iş yerin

arrow Ətraflı
Anasının vəfatından sonra hər yerə həyat yoldaşı ilə gedir like
  • 28 Yan 20:01  
Şou-biznes Anasının vəfatından sonra hər yerə həyat yoldaşı ilə gedir

Əməkdar artist Manana Çaparidze Axşam.az obyektivinə tuş gəlib. 

arrow Ətraflı