Azərbaycan teatrlarında 46 ştat ləğv edilib TAM SİYAHI


Digərləri 27 Yan 2026 20:31:00 74 0

Azərbaycan teatrlarında 46 ştat ləğv edilib  TAM SİYAHI

"Teatr və teatr fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiq edilib. Qəbul edilmiş dəyişikliklər ölkə üzrə fəaliyyət göstərən 23 dövlət teatrını əhatə edir.

Son.az bildirir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, yeni yanaşma çərçivəsində mövcud idarəetmə modelinin optimallaşdırılması məqsədilə 2 bədii rəhbər, 21 baş rejissor və 23 baş rəssam ştat vahidi ləğv edilərək, həmin vəzifələrin funksiyaları ştat cədvəlinə uyğun şəkildə müvafiq vəzifələrin icrasına həvalə edilib.

Hazırda bu vəzifələri icra edən şəxslər teatrların yenilənmiş strukturuna uyğun olaraq fəaliyyətlərini quruluşçu rejissor, yaradıcı şöbə müdiri, rəssam və quruluşçu rəssam vəzifələrində davam etdirirlər.

Qeyd edək ki, respublika üzrə fəaliyyət göstərən 23 teatrda:

2 bədii rəhbər (Azərbaycan Dövlət Milli Dram Teatrı və Azərbaycan Dövlət Pantomim Teatrı),

13 baş rejissor (Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Yuğ Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Salyan Dövlət Kukla Teatrı və İlya Çavçavadze adına Qax Dövlət Gürcü Dram Teatrı),

15 baş rəssam (Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Yuğ Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Gəncə Dövlət Milli Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Salyan Dövlət Kukla Teatrı və Qax Dövlət Kukla Teatrı) üzrə müvafiq ştat vahidlərinin funksiyalarının icrası yenilənmiş struktur çərçivəsində digər vəzifələrin icrası zamanı nəzərə alınıb. 

Bu dəyişikliklərin əsas məqsədi teatrların idarəetmə mexanizmlərinin çevikliyini artırmaq, yaradıcılıq prosesinin səmərəliliyini gücləndirmək və müasir idarəetmə prinsiplərinə uyğun institusional model formalaşdırmaqdır.

“Vəfatından 12 il ötür, buna baxmayaraq...”  Məhəbbət Kazımovun oğlu like
  • 27 Yan 20:23  
Şou-biznes “Vəfatından 12 il ötür, buna baxmayaraq...” Məhəbbət Kazımovun oğlu

Bu gün mərhum Əməkdar artist Məhəbbət Kazımovun anım günüdür. Sənə

arrow Ətraflı
Aparat rəhbəri vəzifəsindən azad edildi like
  • 27 Yan 20:19  
Digərləri Aparat rəhbəri vəzifəsindən azad edildi

Naxçıvan MR Ali Məclisinin Aparat rəhbəri vəzifəsindən azad edilib.

arrow Ətraflı
Uşağın doğulmasına görə pul necə alınır? like
  • 27 Yan 20:00  
Digərləri Uşağın doğulmasına görə pul necə alınır?

Azərbaycanda uşağın doğulmasına görə verilən birdəfəlik müavinətin

arrow Ətraflı
“Mən Aygünün atasıyam” like
  • 27 Yan 19:48  
Şou-biznes “Mən Aygünün atasıyam”

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev Xalq artisti Aygün Kazımova il

arrow Ətraflı
Yanmış meyiti tapılmış şəxsi qətlə yetirməkdə şübhəli bilinən qadın saxlanıldı like
  • 27 Yan 19:40  
Digərləri Yanmış meyiti tapılmış şəxsi qətlə yetirməkdə şübhəli bilinən qadın saxlanıldı

Yanvarın 26-da İmişli şəhəri ərazisində yerləşən evlərdən birində

arrow Ətraflı
"Kəndimizin yoluna görə bizə qız verən yoxdur" like
  • 27 Yan 19:37  
Digərləri "Kəndimizin yoluna görə bizə qız verən yoxdur"

Zərdabın Burunlu kəndində təxminən 3 kilometr uzunluğunda yol istifadəy�

arrow Ətraflı
Samir Bağırov elə dəyişdi ki, tanımadılar like
  • 27 Yan 19:25  
Şou-biznes Samir Bağırov elə dəyişdi ki, tanımadılar

Müğənni Samir Bağırov görünüşü ilə diqqət çəkib.

arrow Ətraflı
Evini təmir etməyi planlaşdıranların nəzərinə: Tikinti materialları bahalaşır like
  • 27 Yan 19:13  
Digərləri Evini təmir etməyi planlaşdıranların nəzərinə: Tikinti materialları bahalaşır

"Bütün tikinti materiallarının qiymətində  artım olacağı şübhə

arrow Ətraflı
"Atasının meyitini kanala atıb və Rusiyaya qaçıb" like
  • 27 Yan 19:03  
Digərləri "Atasının meyitini kanala atıb və Rusiyaya qaçıb"

Şəmkirdə dəhşətli qətl hadisəsi ilə bağlı yeni təfərrüat üzə ç�

arrow Ətraflı
Nazir deputatın yaxın qohumunu işdən çıxardı like
  • 27 Yan 18:52  
Digərləri Nazir deputatın yaxın qohumunu işdən çıxardı

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov vəzifəsindən azad e

arrow Ətraflı
Daş karxanasında bədbəxt hadisə  Ölən var like
  • 27 Yan 18:44  
Digərləri Daş karxanasında bədbəxt hadisə Ölən var

Qəbələ rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

arrow Ətraflı
Sumqayıtda mənzillər bahalaşacaq like
  • 27 Yan 18:36  
Digərləri Sumqayıtda mənzillər bahalaşacaq

Sumqayıtda beş ünvanda 13 qəzalı binada söküntü işləri aparılacaq. Ha

arrow Ətraflı
Filipp Kirkorov Aygün Kazımovanı paylaşdı like
  • 27 Yan 18:24  
Şou-biznes Filipp Kirkorov Aygün Kazımovanı paylaşdı

Rusiyanın Xalq artisti Filipp Kirkorov Xalq artisti Aygün Kazımova ilə bağl

arrow Ətraflı
Eynək taxan Makronu belə məsxərəyə qoydu like
  • 27 Yan 18:15  
Dünya Eynək taxan Makronu belə məsxərəyə qoydu

Böyük Britaniyanın Baş naziri Kir Starmer Fransa Prezidenti Emmanuel Makronu

arrow Ətraflı
Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib like
  • 27 Yan 18:12  
Digərləri Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib

Azərbaycan Respublikası Baş naziri Əli Əsədovun sədrliyi ilə 27 yanvar 2

arrow Ətraflı