Daşaltı əməliyyatından 34 il ötür
Digərləri 26 Yan 2026 00:00:00 59 0
Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 34 il ötür.
Bu xəbəri də oxu: Naxçıvanda ağır qəza 6 nəfər xəsarət aldı
Son.az-ın məlumatına görə, Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb.
Daşaltı əməliyyatı 1992-ci il, yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatıb.
Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin erməni yaraqlılarından azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik edib.
Əməliyyatda yeni yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak ediblər.
Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltına daxil olan Azərbaycan əsgərləri düşmənin pusqusuna düşərək tamamilə məhv edilib.
Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib.
Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır.
Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itiriblər.
Qeyd edək ki, 2020-ci ilin noyabrın 9-da Azərbaycan Ordusu 1991-ci ildən erməni silahlı dəstələrinin işğalı altında olan Daşaltı kəndini azad edib. Beləliklə, 28 ildən sonra Daşaltı əməliyyatının qisası alınıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub, burada özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub. Eyni zamanda, Prezident İlham Əliyev Daşaltı kənd məscidində tikinti işlərinin gedişi ilə tanış olub.
İşğaldan azad edilmiş torpaqlarda, o cümlədən Daşaltı kəndində kütləvi məzarlıqlar aşkarlanıb.
Hələ də qızıl insanlar üçün ən etibarlı investisiyadır. Bu gün isə
Abşeron rayonunun Mehdiabad qəsəbəsində qaz xəttində baş vermiş qəza y
Məşhur rejissor Verner Hersoqun 2007-ci ildə çəkdiyi "Dünyanın sonun
ABŞ-nin xüsusi elçisi Stiv Uitkov Rusiya prezidenti Vladimir Putinin tərcüm
"Grill House" restoranının iki aydır 20 nəfər işçinin maaşın�
Əməkdar artist Gövhər Rzayeva özünə qəbir yeri aldığını açıqlayıb
Son vaxtlar sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqlar üçü
Vanna otaqları evlərin ən çox rütubət yığılan hissəsidir. Bu nəinki x
"Rollarımı çox seçmirəm. Hər dəfə yaxşı təklif gəlir. Bir aktyo
Dünən sosial mediada İran şəhərlərindən birində çəkildiyi bildirilən
Əməkdar artist Mətanət İsgəndərli konserti zamanı oğlu Kərimi və gəl
İranda davam edən kütləvi etirazlar zamanı ölənlərin sayı ilə bağlı
Kartof və qatığın möhtəşəm uyğunluğu ilə hazırlanan bu təam həm ö
Bakıda piyada ilə sürücü arasında qeyri-adi insident baş verib.
Naxçıvanda ağır qəza 6 nəfərin xəsarət almasına səbəb olub.
