Hansı sahədə çalışanların pensiyası arta bilər? "100 mindən çox vətəndaşı əhatə edəcək"
Digərləri 25 Yan 2026 10:51:00 64 0
Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda işləyən pensiyaçı vətəndaşların pensiya kapitalından istifadəsinin dörd ildən bir olmaqla üç dəfə hesablanmasını təklif edib. O bildirib ki, işləyən pensiyaçıların sayının 190 minə yaxın olduğunu nəzərə alsaq, bu dəyişiklik xeyli sayda vətəndaşın pensiyasında artımlara səbəb olacaq. Mövcud qanunvericiliyə görə, bu, altı ildən bir olmaqla ümumilikdə iki dəfə hesablanır.
Bu xəbəri də oxu: Terrorun qarşısında canı bahasına dayanan qadın – Neerjanın unudulmayan qəhrəmanlığı
Maraqlıdır, görəsən, sözügedən təklif qəbul olunarsa, hansı sahədə çalışan şəxslərin pensiyalarında artımlar olacaq?
Məsələ ilə bağlı Oxu.Az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, mövcud qanunvericiliyə uyğun olaraq, vətəndaş pensiya hüququ əldə etdikdən sonra belə əmək fəaliyyətini davam etdirə bilər:
"O bildirib ki, bununla bağlı dövlət sektorunda müəyyən məhdudiyyətlər var. Bir sıra fəaliyyət sahələri üzrə 65 yaşını keçmiş şəxslər məcburi qaydada işdən kənarlaşdırıla bilərlər. Lakin elmi fəaliyyət, tədqiqat sahələrində işləyənlərə, müəllimlərə, həkimlərə güzəşt edilir. Özəl sektorda yaş məhdudiyyəti, demək olar ki, yoxdur və şəxslərin işdən çıxarılmasına heç bir əsas yaranmır. Həmin vətəndaşın işdən azad olunmasına dair qərar rəhbər tərəfindən müəyyənləşdirilir.
Qüvvədə olan qanunvericiliyə görə, çalışan vətəndaş pensiya hüququ əldə etdikdən sonra altı ildən bir ödədiyi sığorta haqqına görə pensiya kapitalı yenidən hesablanır. Həmin məbləğ də onun pensiyasının üzərinə gəlir. Təklifdə isə qeyd olunur ki, bu hesablama dörd ildən bir aparılsın. Bu da pensiyanın təkrar hesablanmasının intensivliyini artıracaq. Baxın, vətəndaş 65 yaşında pensiyaya çıxır, amma işinə davam edir. 71 yaşında onun pensiya kapitalı yenidən hesablanır. Təklif olunur ki, bu, 69 yaşa endirilsin. Ümumilikdə Azərbaycanda 65 yaşdan yuxarı əmək fəaliyyəti ilə məşğul olanların say etibarı ilə çəkisi azdır. Burada söhbət təxminən 800 min nəfərdən gedir. Lakin indiki qaydada 71 yaşdan sonra təkrar hesablanma aparılsa, həmin şəxslərin sayı 400 minə düşəcək".
64 ildir atletika ilə məşğul olan 87 yaşlı Tarverdi Əliyev sağlamlıq v�
Hər ölkənin özünəməxsus həyat ritmi və buna uyğun formalaşan yuxu rej
7 ildən sonra konsert verən müğənni Tarkanın əldə etdiyi məbləğ açı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli medianın diqqət mərkəzin
Astroloqların 2026-cı il üçün verdiyi proqnozlara görə, qarşıdakı il s
Türkiyənin Malatya şəhərində nişan mərasimində iştirak edən 110-dan �
Müğənni Qumral məkanların birində səhnə alıb.
"Azər-Türk Bank" ASC-nin Müşahidə Şurasının qərarı ilə Fuad
Samuxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu gün oxucu müraciəti gəlib. Oxucu müraciətində bildirir ki, pensiyam
"Bütün cavanlara, ümidini kəsən insanlara mesajım olsun. Hamımız m�
Norveçli texnoloji startap "Flocean" dəniz suyunun şirinləşdirilm
Əməkdar artist Kəmalə Müzəffər "Həftənin qonağı" verilişin
Sosial şəbəkələrdə azərbaycanlı müğənnilərin illər əvvəl çəkilm
