Terrorun qarşısında canı bahasına dayanan qadın – Neerjanın unudulmayan qəhrəmanlığı


Digərləri 24 Yan 2026 19:55:00 88 0

Terrorun qarşısında canı bahasına dayanan qadın – Neerjanın unudulmayan qəhrəmanlığı

Terror aktı zamanı sərnişinləri xilas etmək üçün həyatını qurban verən stüardessa Neerja Bhanotun hekayəsi bu gün də dünyada cəsarət və insanlıq nümunəsi kimi xatırlanır.

Son.az xəbər verir ki, hadisə 1986-cı il sentyabrın 5-də baş verib.

ABŞ-nin "Pan Am" aviaşirkətinə məxsus Mumbay-Frankfurt-Nyu-York reysi Pakistanda, Karaçi hava limanında dayanarkən silahlı terrorçular tərəfindən ələ keçirilib. Təyyarədə olan 22 yaşlı hindistanlı stüardessa Neerja Bhanot həmin vaxt uçuşun baş stüardessası olub.

Terrorçular ilk olaraq amerikalı sərnişinləri müəyyənləşdirməyə çalışıblar. Neerja isə böyük riskə gedərək ABŞ vətəndaşlarına aid pasportları gizlədib və bununla da onlarla insanın həyatını xilas edib. Girovluq 17 saat davam edib.

Gərginliyin pik həddə çatdığı anda terrorçular atəş açmağa başlayıblar. Təyyarədə panika yaranarkən Neerja qaçmaq əvəzinə uşaqları və yaşlı sərnişinləri çıxış qapılarına yönəldib. Məlumata görə, o, üç uşağı öz bədəni ilə qorumağa çalışarkən güllələnib. Ağır yaralanan Neerja xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Onun fədakarlığı nəticəsində 300-dən çox sərnişin sağ qalmağı bacarıb. Neerja Bhanot ölümündən sonra Hindistanın sülh dövründə verilən ən ali mükafatı, "Aşok Çakra" ordeni ilə təltif edilib və bu mükafatı alan ən gənc şəxs olub. O, həmçinin ABŞ və Pakistan tərəfindən də xüsusi şəkildə anılıb.

2016-cı ildə Neerja Bhanotun həyat və qəhrəmanlığından bəhs edən "Neerja" adlı film çəkilib.

Bu gün Neerjanın adı terrora qarşı insanlığın, qorxuya qarşı cəsarətin simvolu kimi tarixdə qalmaqda davam edir.

Kənan Son.az

Salyan sakini dəm qazından öldü like
  • 24 Yan 19:46  
Digərləri Salyan sakini dəm qazından öldü

Salyan sakini dəm qazından boğularaq ölüb.

arrow Ətraflı
Avtomobiliniz üçün gizli təhlükə: Bir USB ilə bütün sistemi sıradan çıxara bilərsiniz like
  • 24 Yan 19:41  
Digərləri Avtomobiliniz üçün gizli təhlükə: Bir USB ilə bütün sistemi sıradan çıxara bilərsiniz

Adi fleşkart təsiri bağışlayan, lakin əslində elektronikanı sıradan ç�

arrow Ətraflı
“LinkedIn” profilləri necə kəşfiyyat alətinə çevrildi? like
  • 24 Yan 19:25  
Digərləri “LinkedIn” profilləri necə kəşfiyyat alətinə çevrildi?

İş dünyasının qlobal görüş meydanı sayılan "LinkedIn" hazır

arrow Ətraflı
İlqar Mirzəyevin nəvəsi doğuldu like
  • 24 Yan 19:17  
Digərləri İlqar Mirzəyevin nəvəsi doğuldu

Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin nəvəsi

arrow Ətraflı
Ukraynaya kütləvi hücumdan sonra Zelenskidən sərt mesaj like
  • 24 Yan 18:54  
Dünya Ukraynaya kütləvi hücumdan sonra Zelenskidən sərt mesaj

Ukrayna Prezidenti Volodimir Zelenski Davosda ABŞ Prezidenti Donald Trampla hav

arrow Ətraflı
Keçməyən burun axmasının təhlükəli səbəbləri like
  • 24 Yan 18:33  
Digərləri Keçməyən burun axmasının təhlükəli səbəbləri

Keçməyən burun axması müxtəlif səbəblərlə bağlı ola bilər və bəzi

arrow Ətraflı
Azərbaycanlı aktrisa vəfat etdi like
  • 24 Yan 18:21  
Kriminal Azərbaycanlı aktrisa vəfat etdi

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə

arrow Ətraflı
"YouTube" 2026cı il üçün planlarını açıqladı like
  • 24 Yan 18:13  
Digərləri "YouTube" 2026cı il üçün planlarını açıqladı

"YouTube" platforması 2026-cı il üçün nəzərdə tutulan inkişaf

arrow Ətraflı
"iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar? like
  • 24 Yan 17:50  
Digərləri "iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar?

"Apple" "iPhone"un batareyasının xidmət müddətini uzatm

arrow Ətraflı
Dubaydan ev alıb, ora köçür like
  • 24 Yan 17:39  
Şou-biznes Dubaydan ev alıb, ora köçür

Rəqqasə Fatimə Fətəliyeva Birləşmiş Ərəb Əmirliyində ev alıb. 

arrow Ətraflı
Azərbaycandan Ermənistana köçən yazıçının kimliyi like
  • 24 Yan 17:30  
Digərləri Azərbaycandan Ermənistana köçən yazıçının kimliyi

Ötən gün Azərbaycan Qarabağda yaşayan 10 erməni və 1 etnik rusu Ermənis

arrow Ətraflı
Neftçalada bir ailə qəzaya düşdü  Azyaşlı öldü like
  • 24 Yan 17:27  
Digərləri Neftçalada bir ailə qəzaya düşdü Azyaşlı öldü

Neftçala rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Avtobusun altında köməksiz qalan şəxs xilas edildi like
  • 24 Yan 17:18  
Digərləri Avtobusun altında köməksiz qalan şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənk�

arrow Ətraflı
"Optimus" 2027ci ildə gələcək?  Maskın vədi yenidən mübahisələrə səbəb oldu like
  • 24 Yan 17:17  
Digərləri "Optimus" 2027ci ildə gələcək? Maskın vədi yenidən mübahisələrə səbəb oldu

İlon Mask İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu

arrow Ətraflı