"Azəriqaz"ın qanuni adı düzəldilməlidir, hansı ağılla belə adlandırmısınız?”
Digərləri 23 Yan 2026 11:19:00 68 0
"Dilin televiziyada pis günə salınması əsas məsələlərdəndir. Aparıcıların dilə biganə, laqeyd münasibəti insanı hiddətləndirir".
Bu xəbəri də oxu: Sabah Ordubadda işçıq olmayacaq
Son.az qafqazinfo-ya istinadla xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib.
"Bundan başqa, bizim bütün qurumlarımız belə adlanır: "Azərxalça", "Azərsu" və s. Bəs "Azəriqaz" niyə? Bizim tayfanın adı "azəri" deyil. Tarix və həyat paradokslar yaradır. Bunu siz hansı ağılla "Azəriqaz" adlandırmısınız? Türklər bizə deyirlər ki, "azəri kardeşlerimiz". Mən konsulluqda işləyəndə dəfələrlə deyirdim ki, bizə belə deməyin. "Azəri" sözünün bizə aidiyyəti yoxdur. O, İranda yaşayan etnik azlıqdır. "Azəriqaz"ın qanuni adı düzəldilməlidir. Ədliyyə Nazirliyi bu barədə ictimaiyyəti məlumatlandırsın", - deputat əlavə edib.
Deputat Hikmət Məmmədov həmkarının fikri ilə razılaşmayıb.
"Səyyad müəllim, bizim ölkəmizin adı nədir: Azər-baycan. Biz "azər" və ya "azəri" sözündən imtina etməklə, kökümüzdən, dövlətimizdən imtina etmiş oluruq. İranda "azəri" adında fars kökənli etnik azlığın yaşaması uydurmadır. İranda belə bir etnik qrup yoxdur, o bizik. Bizim etnik adımızın kökü "az"dır", - H.Məmmədov qeyd edib.
Müğənni Rəqsanə İsmayılovanın qardaşı haqda qalmaqallı açıqlama ver
Bəzi bazarlarda yemək üçün nəzərdə tutulan kartoflarla yanaşı texniki,
Ötən gecə Bakının Xətai rayonu ərazisində ağır yol-nəqliyyat hadisəs
Beynəlxalq axtarışa verilmiş daha iki şəxs ölkəmizə ekstradisiya olunub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov özün
Tarixçi alim, tərcüməçi Abbasqulu ağa Bakıxanovun Qubanın Amsar kəndind
ABŞ prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karniyə Qəzza Sülh K
Lənkəranda qonşusunun evinin damından yıxılan 55 yaşlı kişi ölüb.
Uzun illər Sumqayıtda müəllim kimi fəaliyyət göstərən Nizami İsmayılo
Xəbər verdiyimiz kimi, "Space" telekanalının tanınmış siması,
Onilliklərdir ki, sağlam qalmaq üçün gündə ən az 8 stəkan və ya 2 litr
Astronomlar kainatın dərinliklərində indiyə qədər rast gəlinməyən, nə
