Xərçəng xəstələri müalicə üçün özəl klinika seçə biləcək
Digərləri 22 Yan 2026 13:11:00 57 0
Onkoloji müalicə artıq özəl klinikalarda da mümkün olacaq.
Bu xəbəri də oxu: ABŞ rekord həddə investisiya öhdəlikləri əldə edib Tramp
Son.az xəbər verir ki, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirə edilən "Əhalinin sağlamlığının qorunması haqqında" və "Onkoloji yardım haqqında" qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.
Dəyişikliklərə əsasən, onkoloji xidmətin yalnız dövlət tibb müəssisələri ilə məhdudlaşdırılması aradan qaldırılacaq.
Hazırda "Onkoloji yardım haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə görə onkoloji xidmət yalnız bu sahə üzrə ixtisaslaşmış dövlət tibb müəssisələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına göstərilir. Eyni zamanda dövlət onkoloji xəstələrin dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin yaradılmasını və onların maddi-texniki bazasının gücləndirilməsini təmin edir.
Qanunvericiliyə əsasən onkoloji xəstələrə müalicə-diaqnostika yardımı fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi ilə ixtisaslaşdırılmış onkoloji müəssisələrdə göstərilir və bu xidmətlər dövlət büdcəsi hesabına maliyyələşdirilir.
Lakin "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun 24-cü maddəsi pasiyentin öz razılığı ilə həkimi və müalicə müəssisəsini seçmək hüququnu təsbit etsə də, mövcud qaydalara görə onkoloji yardım yalnız dövlət müəssisələrində göstərilə bilir. Bu isə pasiyentin seçim hüququnun faktiki olaraq məhdudlaşmasına səbəb olur.
Mövcud qanunvericiliyə görə hər hansı özəl tibb müəssisəsi onkoloji xidmət göstərərsə, bu fəaliyyət lisenziyadan kənar hesab olunur və məsuliyyətə səbəb olur. Digər tərəfdən, ölkədə onkoloji xəstələrin sayının çoxluğu və müalicənin yalnız dövlət büdcəsi hesabına aparılması bir sıra vətəndaşların ölkə xaricində müalicəyə üz tutmasına gətirib çıxarır. Halbuki, ölkə ərazisində müasir avadanlıqlarla təchiz olunmuş və ixtisaslı həkimlərin fəaliyyət göstərdiyi özəl tibb müəssisələri mövcuddur.
Bu səbəbdən qanunvericiliyə dəyişiklik edilərək "Lisenziyalar və icazələr haqqında" Qanunun tələblərinə uyğun şəkildə özəl tibb müəssisələrinə də onkoloji yardım göstərmək hüququnun verilməsi təklif olunur. Dəyişikliklərə əsasən, yalnız onkoloji yardım üzrə müvafiq lisenziyaya malik özəl tibb müəssisələri bu fəaliyyəti həyata keçirə biləcək.
Layihənin qəbul edilməsi nəticəsində vətəndaşlar öz iradələrinə uyğun olaraq dövlət və ya lisenziyalı özəl tibb müəssisəsində müalicə almaq imkanı qazanacaqlar. Bununla da Azərbaycan Respublikasının vətəndaşlarının, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müalicə həkimini və tibb müəssisəsini sərbəst seçmək hüququnun təmin olunacağı gözlənilir./Modern.az
Xəbər verdiyimiz kimi, aparıcı Vüsalə Əlizadə bir neçə gün efirə ç�
Son bir neçə gündə ölkə ərazisində müşahidə edilən qarlı hava şə
İş yerinin gəlir vergisinin kompensasiya etmək kimi öhdəliyi yoxdur.
Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən, işəgötürən istehsalatda
Papa XIV Leo ABŞ prezidenti Donald Trampın Qəzzanın idarə olunması və yen
"ƏMAS-da uşaq əməyinə nəzarət üzrə funksionallıqlar yaradılıb.
Yazıçı, tərcüməçi Zahid Sarıtorpaq Azərbaycan Yazıçılar Birliyinin �
Saathesabı əməkhaqqı məsələsi hazırda hökumətə təqdim olunub və mü
Ötən il dövlət orqanlarından daxil olmuş materialların araşdırılması
2025-ci il üzrə bədbəxt hadisələrin ən çox qeydə alındığı sahələr
Məşhur müğənni Yıldız Tilbe Qəzzada evsiz qalan fələstinlilərə dəst
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
İran son günlər ölkə daxilində davam edən etirazlar və ABŞ prezidenti D
"İşəgötürən qanunvericiliyin icazə verdiyi hallarda işçini ay ərz
