Aİ ABŞyə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər
Dünya 19 Yan 2026 00:19:00 68 0
Avropa İttifaqına üzv ölkələr Qrenlandiya məsələsi ilə əlaqədar ABŞ-a qarşı 93 milyard avro həcmində cavab tədbirlərinin tətbiqi imkanını nəzərdən keçirirlər.
Bu xəbəri də oxu: Avstriyada qar uçqunu
Son.az xəbər verir ki, bu barədə "Financial Times" Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Aİ-nin cavab addımlarının ikinci variantı Amerika şirkətlərinin vahid Avropa bazarına çıxışının məhdudlaşdırılmasını nəzərdə tutur.
Qeyd olunur ki, bu planlar gələn həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampla görüşləri ərəfəsində hazırlanır.
"Əgər vəziyyət bu şəkildə davam edərsə və Tramp "tamamilə mafioz üsullardan" istifadə edərsə, Aİ-nin əlində aydın cavab alətləri mövcuddur", - Avropalı diplomatlardan biri qəzetə deyib
Eyni zamanda, Brüssel Vaşinqtona geri addım atmaq imkanı vermək niyyətindədir.
Nəşr vurğulayır ki, Aİ ölkələrinin əksəriyyəti cavab tədbirləri ilə hədələməyə keçməzdən əvvəl ziddiyyətləri diplomatik yollarla həll etmək istəyir.
"Gərginliyi azaltmalıyıq", - deyə digər avropalı diplomat bildirib.
Qəzetin başqa bir mənbəsi isə Aİ-nin mümkün cavab addımlarının ABŞ Konqresində Tramp administrasiyasına qarşı təzyiqləri artıracağına ümid etdiyini bildirib.
Onun sözlərinə görə, vəziyyət artıq kompromis üçün imkan saxlamır, çünki Avropa Qrenlandiyanı təhvil verə bilməz.
Mənbə əlavə edib ki, "ağıllı amerikalılar da başa düşür ki, Tramp bununla Pandoranın qutusunu açıb".
Xatırladaq ki, Tramp daha öncə ABŞ-ın Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçdən idxal olunan məhsullara 10 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.
Bu rüsumların Vaşinqtonun Qrenlandiyanı "tam və qəti şəkildə əldə etməsi" ilə bağlı razılaşma əldə olunana qədər qüvvədə qalacağı bildirilib.
Trampın sözlərinə görə, qərar fevralın 1-dən qüvvəyə minəcək, iyunun 1-dən isə rüsumların dərəcəsi 25 faizə yüksəldiləcək. (APA) Son.az
"Hazırda yazıçıların ödənişi davam edir və son günlər bu sahəd�
Amerikalı sahibkar İlon Mask bütün mədəniyyətlərin süqutunu proqnozlaş
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Aktrisa Özgü Kaya və müğənni Murad Dalkılıçın bir müddətdir davam ed
Azərbaycanın yük aviadaşıyıcısı olan "Silk Way" aviaşirkətin
Hibrid və elektrik mühərrikli avtomobillərə tətbiq edilən güzəşt yanva
Biz, şübhəsiz ki, NATO-nun bir hissəsi olaraq qalmaq niyyətindəyik.
Müğənni Larisa Dolina Əbu-Dabidəki lüks oteldə qalmaq üçün 1,4 milyon
İran Prezidenti Məsud Pezeşkian qeyri-dost dövlətləri İslam Respublikası
"Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun tək
Paytaxtın bəzi küçələrində mənzillərin bir kvadratmetri 17 min manatdan
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovniki, ikinci Qar
ABŞ-nin Qrenlandiya siyasətinə dəstək vermədikləri üçün 8 Avropa ölk�
ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Şam rəhbərliyi ilə
Suriya ordusu ilə YPG/SDG qruplaşması arasında günlərlə davam edən şidd
