Karamelizə soğanlı şorba resepti: az ərzaqla zəngin ləzzət
Digərləri 17 Yan 2026 00:25:00 64 0
Fransız mətbəxinin klassiklərindən sayılan soğan şorbası, əslində çox sadə məhsullardan hazırlanır. Bu şorbanın dadının sirri soğanın bişirilmə texnikasındadır. Düzgün üsulla karamelizə olunmuş soğan şorbaya həm tünd rəng, həm də təbii bir şirinlik qatır.
Bu xəbəri də oxu: Hədə ilə işçini əlavə işlətmək qadağan edildi
Son.az xəbər verir ki, mükəmməl nəticə üçün bu addımları izləməlisiniz:
Şorba üçün soğanlar aypara formasında və çox nazik doğranmalıdır. Bu, soğanların bərabər şəkildə bişməsini və ağızda yumşaq bir toxuma buraxmasını təmin edir.
Bu reseptin ən vacib nöqtəsi soğanları yandırmadan qovurmaqdır. Kərə yağı və çox az duru yağda, aşağı odda soğanlar rəngini tamamilə qəhvəyi edənə qədər (təxminən 30-40 dəqiqə) qovrulmalıdır. Soğanlar nə qədər yaxşı karamelizə olsa, şorbanın dadı bir o qədər dərin olar.
Soğanlar istənilən rəngi aldıqdan sonra bir xörək qaşığı un əlavə edilib qovrulur. Daha sonra üzərinə ət və ya toyuq bulyonu yavaş-yavaş əlavə edilir. Əgər varsa, bulyonun içərisinə bir ədəd dəfnə yarpağı atmaq ətri daha da gözəlləşdirir.
Klassik soğan şorbası oda davamlı qablarda servis edilir. Şorbanın üzərinə bir dilim qızardılmış çörək və bol miqdarda rəndələnmiş kaşar (və ya qruyer) pendiri qoyulur. Qablar sobaya verilir və pendir qızarana qədər gözlənilir. Lalə Qüdrətova Son.az
Heydər Əliyev Mərkəzində amerikalı heykəltaraş-rəssam Kerol Förmenin (
1971-ci ildə minlərlə toxum Ayın orbitində 34 dövrə vurduqdan sonra yer k
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
İran hakimiyyəti ölkə boyu tüğyan edən kütləvi etirazları genişmiqyas
Dünyanın ən nüfuzlu hərbi analiz saytlarından olan "Global Firepower&
Ötən ay yol-nəqliyyat hadisəsində başından xəsarət alan 10 yaşlı Sər
Türkiyəli müğənni İrəm Derici sosial şəbəkədə etdiyi səmimi paylaş
Xəbər verdiyimiz kimi, Bakıda motosikletin yük avtomobilinə çırpılması
"Dünyagöz" klinikasında əməliyyat olunan Bakı sakini 1962-ci il
İstanbulda aparılan narkotik araşdırması çərçivəsində hava limanında
Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilər
Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsind
Xalq artisti Gülyanaq Məmmədova şəxsi həyatından danışıb.
İranda 2025-ci ilin dekabrında başlayan şiddətli etiraz aksiyalarından son
