Məhkəmə zarafata görə məktəblinin çənəsini sındıran yeniyetmə ilə bağlı qərar çıxardı
Digərləri 16 Yan 2026 11:05:00 58 0
Ali Məhkəmədə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərərvurmada və xuliqanlıqda təqsirləndirilən Sakit Məmmədovun (adı və soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bu xəbəri də oxu: Vəzifəli şəxs işdən çıxarıldı
Son.az pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2023-cü il oktyabrın 1-də, saat 15 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində qeydə alınıb.
Belə ki, Sakit Məmmədov birlikdə oxuduğu Səbail rayonu 51 saylı tam orta məktəbdə zərərçəkmiş İlqar Əsədova (adı və soyadı şərtidir) məktəbdə digər şagirdlərin onunla zarafat etməsinə gülüb. Bu zaman zərərçəkmiş təqsirləndirilən şəxsə irad bildirib. Sonra Sakit onu cəzalandırmaq məqsədilə görüşə dəvət edib. Elektrik şkafının arxasında boş sahədə görüşən məktəblilər dava edib. Sakit xuliqanlıq niyyəti ilə qəsdən yumruğu ilə İlqarın sifət nahiyəsinə zərbə vurub. Nəticədə zərərçəkmişin alt çənəsi sınıb.
Hadisədən sonra Sakit Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Səbail Rayon Məhkəməsinin hökmü ilə ona bir il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi və qanuni nümayəndəsi apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.
Müğənni Cəmilə "Öz aramızda" verilişində verdiyi açıqlamala
AZCON Holding şirkətlərindən olan ASCO-nun bərə gəmiləri ilə 2025-ci il
"KredAqro BOKT" MMC 90%-lə kredit verib.
"Atam şərəfli bir ömür yaşayıb. Tərtərdə, Şuşada, Qarabağın d
Sosial şəbəkələrdəki etiraf səhifələrindən birində paylaşılan yazı
Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı regional filialına yeni rəh
İsmayıllı rayonundakı Aşıqbayramlı su anbarında su əhəmiyyətli dərə
Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat had
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun bəzi ərazilərində elek
Xalq artisti Niyaməddin Musayevin "Dünya sənin, dünya mənim" mahn
İranın keçmiş prezidenti Həsən Ruhani və keçmiş xarici işlər naziri M
ABŞ Prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri Mariya Korina Maç
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistan aras�
Pirşağıda yük maşını ilə motosikl toqquşub.
