“Onun mahnısını oğurlayıb Sibel Cana satıblar” Bəstəkarın xanımı


Şou-biznes 16 Yan 2026 11:22:00 50 0

“Onun mahnısını oğurlayıb Sibel Cana satıblar”  Bəstəkarın xanımı

Mərhum bəstəkar Tahir Əkbərin oğurlanmış əsərləri ilə bağlı Türkiyədə araşdırma başladılıb.

Son.az xəbər verir ki, bu barədə Musavat.com-a mərhum bəstəkarın xanımı Aybəniz Əkbər məlumat verib.

Onun sözlərinə görə, bəstəkarın bir neçə əsərinin illərdir oğurlanaraq Türkiyədə başqa adlar altında istifadə edilməsi ilə bağlı nəhayət Türkiyə Musiqi Əsərləri Müəllifləri Dərnəyində (MESAM) rəsmi proses başladılıb.

A.Əkbər bildirib ki, Tahir Əkbər sağlığında bu məsələdən xəbərdar olsa da, işin hüquqi tərəfinin arxasınca getməyə ömür vəfa etməyib:

"Əslində, Tahir Əkbər Türkiyədə əsərlərinin oğurlanması məsələsini sağlığında bilirdi. Amma bununla bağlı ciddi hüquqi mübarizəyə başlamağa zamanı çatmadı. Məsələn, onun məşhur "Əzizim" mahnısı 1989-cu ildə bəstələnib. Mahnının ilk ifaçısı Xalq artisti Nisə Qasımova olub. Sonradan bizə məlumat gəldi ki, Türkiyədə kanon ifaçısı Halil Karaduman bu mahnını 1997-ci ildə MESAM-da öz adına qeydiyyatdan keçirib. Üstəlik, sözlərdə cüzi dəyişiklik edilib və müəllif kimi Ali Tekintür göstərilib. Biz bu məsələ ilə bağlı hətta Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edərək, bütün sənədləri və faktları vermişik".

O, "Heç küsməyin yeridirmi?" mahnısının taleyindən də danışıb və bildirib ki, bu mahnı 1985-ci ildə yazılıb və eyni sözlər üzərində iki fərqli bəstə mövcuddur:

"Bu mahnının sözlərinə iki ayrı musiqi bəstələnib. Birini Nəzakət Məmmədova, digərini isə Məmmədbağır Bağırzadə ifa edib. Tahir Əkbər uzun illər Azərbaycanda yaşamayıb və ölkəyə gələndən sonra da Nəzakət Məmmədovanı şəxsən tanımayıb. Məmmədbağır ona mahnının sözlərini təqdim edib və Tahir Əkbər həmin sözlərə musiqi bəstələyib. Digər bəstənin mövcudluğundan xəbəri olmayıb. Həmin digər mahnı "Segah", Tahir Əkbərin bəstəsi isə "Bayatı-Şiraz" ladı üzərindədir. Məmmədbağırın ifa etdiyi mahnı 1985-ci ildə məşhurlaşıb.

Lakin Türkiyənin tanınmış müğənnisi Nəşə Karaböcək bu mahnını 1989-cu ildə öz albomuna daxil edib və müəllif kimi musiqini Əsədə, sözləri isə Nəbi Xəzriyə aid göstərib. Tahir Əkbər bu faktı da bilirdi".

Xanımının sözlərinə görə, Tahir Əkbərə məxsus, Xalq artisti Məmmədbağır Bağırzadənin ifa etdiyi "Gülüb getdi" mahnısı da ərəb musiqiçiləri tərəfindən oğurlanaraq, Türkiyənin məşhur müğənnisi Sibel Cana satılıb:

"Sibel Can bu mahnını "Tamam o zaman" adı ilə ifa edir. Beynəlxalq musiqi hüququna görə, əgər bir əsərdə 4 notdan artıq oxşarlıq varsa, plagiat faktı təsdiqlənir. Bu, bütün dünyada qəbul olunmuş qaydadır. Mütəxəssislər deyirlər ki, bu mahnıda 6-8 eyni not var və bu notlar ardıcıl şəkildə yerləşir. Yəni burada oğurluq faktı açıq şəkildə təsdiqlənir.

Biz ötən ilin yayında İstanbula getdik və Tahir Əkbərin bu əsərləri ilə bağlı birbaşa MESAM-a müraciət etdik. Onun bütün notlarını, əsərlərini quruma təqdim etdik ki, Türkiyədə müəllif hüquqları qorunsun. Tahir Əkbərin varisləri olaraq əvvəlcə Əqli Mülkiyyət Agentliyinə müraciət etdik. Onlar bizə bildirdilər ki, mahnılar Azərbaycanda Tahir Əkbərin adına, Türkiyədə isə türkiyəli müğənninin adına qoruna bilər. Əlbəttə ki, biz bununla razılaşa bilməzdik. Buna görə də Tahir Əkbərin bütün əsərlərinin notlarını MESAM-a təqdim etdik".

Aybəniz Əkbər əlavə edib ki, MESAM ilkin mərhələdə "Əzizim" və "Heç küsməyin yeridirmi?" mahnılarını qəbul etməkdə çətinlik çəkib:

"Çünki bu mahnılar artıq Türkiyə müğənnilərinin adı ilə qeydiyyatdan keçmişdi. Lakin biz ödəniş etdik və bu həftə Türkiyənin tanınmış musiqişünasları tərəfindən əsərlər və təqdim etdiyimiz faktlar əsasında araşdırma aparılacaq. Maraqlıdır ki, notlara ilk baxışdan belə dedilər ki, bu əsərlər Türkiyə musiqisinə aid deyil. Artıq rəsmi araşdırmanın nəticəsini gözləyirik".


Xəbərə aid video


Xəbərə aid fotolar

Avropa ölkələrində təbii qazın sutkalıq idxalı üzrə rekord qeydə alınıb like
  • 16 Yan 11:17  
Dünya Avropa ölkələrində təbii qazın sutkalıq idxalı üzrə rekord qeydə alınıb

Avropa ölkələri 2026-cı ilin yanvar ayının ortalarında havaların soyumas

arrow Ətraflı
Kamil Zeynallı anası və qızı ilə like
  • 16 Yan 11:13  
Şou-biznes Kamil Zeynallı anası və qızı ilə

Fitness məşqçisi Kamil Zeynallı doğum gününü ailə üzvləri ilə birlik

arrow Ətraflı
Onlar metroda əlavə pul ödəyəcək like
  • 16 Yan 11:12  
Digərləri Onlar metroda əlavə pul ödəyəcək

Bakı Metropolitenində müəyyən ölçüdən böyük əl yükləri ilə səyah

arrow Ətraflı
Məhkəmə zarafata görə məktəblinin çənəsini sındıran yeniyetmə ilə bağlı qərar çıxardı like
  • 16 Yan 11:05  
Digərləri Məhkəmə zarafata görə məktəblinin çənəsini sındıran yeniyetmə ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zə

arrow Ətraflı
"Niyaməddin Musayev gecə klublarında oxuyur, PUL QAZANIR" like
  • 16 Yan 11:00  
Şou-biznes "Niyaməddin Musayev gecə klublarında oxuyur, PUL QAZANIR"

Müğənni Cəmilə "Öz aramızda" verilişində verdiyi açıqlamala

arrow Ətraflı
ASCOnun bərə gəmiləri ilə rekord sayda avtomobil daşınıb like
  • 16 Yan 10:59  
Digərləri ASCOnun bərə gəmiləri ilə rekord sayda avtomobil daşınıb

AZCON Holding şirkətlərindən olan ASCO-nun bərə gəmiləri ilə 2025-ci il

arrow Ətraflı
“Atamın qocalar evinə yerləşdirilməsi ilə bağlı xəbər doğru deyil” like
  • 16 Yan 10:46  
Digərləri “Atamın qocalar evinə yerləşdirilməsi ilə bağlı xəbər doğru deyil”

"Atam şərəfli bir ömür yaşayıb. Tərtərdə, Şuşada, Qarabağın d

arrow Ətraflı
"Ərimə xəyanət etməmişəm, amma uşaq ondan deyil"  ailədə DNT qalmaqalı like
  • 16 Yan 10:45  
Digərləri "Ərimə xəyanət etməmişəm, amma uşaq ondan deyil" ailədə DNT qalmaqalı

Sosial şəbəkələrdəki etiraf səhifələrindən birində paylaşılan yazı

arrow Ətraflı
Rafael Məmmədova vəzifə verildi like
  • 16 Yan 10:39  
Digərləri Rafael Məmmədova vəzifə verildi

Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı regional filialına yeni rəh

arrow Ətraflı
İsmayıllıda 5 kəndi təmin edən su anbarı quruyur?  AÇIQLAMA like
  • 16 Yan 10:38  
Digərləri İsmayıllıda 5 kəndi təmin edən su anbarı quruyur? AÇIQLAMA

İsmayıllı rayonundakı Aşıqbayramlı su anbarında su əhəmiyyətli dərə

arrow Ətraflı
Goranboyda maşın aşdı  3 nəfər xəsarət aldı like
  • 16 Yan 10:27  
Digərləri Goranboyda maşın aşdı 3 nəfər xəsarət aldı

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat had

arrow Ətraflı
Şahbuza işığın verilməsi DAYANDIRILACAQ like
  • 16 Yan 10:25  
Digərləri Şahbuza işığın verilməsi DAYANDIRILACAQ

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun bəzi ərazilərində elek

arrow Ətraflı
Niyaməddin Musayev Qumralı tənqid etdi: “Ayıbdır, “cütləşmiş” pis sözdür” like
  • 16 Yan 10:10  
Şou-biznes Niyaməddin Musayev Qumralı tənqid etdi: “Ayıbdır, “cütləşmiş” pis sözdür”

Xalq artisti Niyaməddin Musayevin "Dünya sənin, dünya mənim" mahn

arrow Ətraflı