Sərhəd məsələsi yenidən GÜNDƏMDƏ: Bu tarixdən...
Digərləri 15 Yan 2026 14:16:00 63 0
"İstənilən ölkənin qonşuluğunda olan dövlətdə daxili proseslər, qarşıdurmalar və qeyri-sabitlik yarana bilər. Bu cür hadisələrin qonşu ölkələrə təsirsiz ötüşmədiyi də beynəlxalq praktikada qəbul olunmuş faktdır".
Bu xəbəri də oxu: Naxçıvanda ölən tələbə sahibkarın qızı imiş
Son.az xəbər verir ki, bunu Medialoq.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı bildirib.
O deyib ki, ehtimal olunan risklərə görə illərlə sərhədlər bağlanmalı, iqtisadiyyat zəiflədilməli və insanların sərbəst hərəkət hüququ məhdudlaşdırılmalıdır:
"Belə yanaşma nə hüquqi, nə də məntiqi baxımdan əsaslı sayıla bilər. Məsələn, İranda baş verən daxili qarşıdurmaların müəyyən risklər yarada biləcəyi istisna edilmir, amma bu risk ehtimal xarakteri daşıyır. Dünyada qəbul olunmuş praktika ondan ibarətdir ki, sərhədlər yalnız konkret və kəskin təhlükə yarandıqda, qısa müddətlik bağlanır. Müəyyən tarixdən etibarən kütləvi iğtişaşlar başlayıbsa, vəziyyət stabilləşənədək müvəqqəti məhdudiyyətlər tətbiq oluna bilər".
O qeyd edib ki, beş il ərzində sərhədləri bağlı saxlamaq və bunu mümkün gələcək hadisələrlə əsaslandırmaq güclü arqument deyil:
"Əks halda, Rusiyada müharibə getdiyi bir vaxtda da oxşar məntiq bütün sərhədlərə tətbiq edilməli idi. Əksər ölkələr qonşu dövlətlərdə müharibə və ya iqtisadi böhran olsa belə, sərhədləri tam bağlamır. Çünki iqtisadi əlaqələr, ticarət, insanların gəlirləri və səyahət azadlığı nəzərə alınır. "Beş il sonra İranda hadisələr baş verdi, yaxşı ki, əvvəlcədən bağlamışdıq" yanaşması doğru hesab edilə bilməz. Qərarlar konkret vəziyyətə uyğun, anlıq risklər əsasında verilməlidir. Əgər sərhəddə real insan axını və ya təhlükə yoxdursa, uzunmüddətli bağlanmaların əsaslandırılması çətin görünür".
Sosial şəbəkələrdə yayılan video qısa zamanda böyük maraq doğurub.
"Mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşlar
Türkiyə-İran sərhədində kütləvi insan axını müşahidə olunur.
Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində
Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahadın paylaşımı sosial şəbək
Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər Yaşarqızının sosial ş
Türkiyə üçün İranın regionu riskə atacaq hadisələrdən qaçması önə
Gənclər və İdman Nazirliyi Gəncə-Daşkəsən Regional Gənclər və İdman
Azərbaycanda çəkilən bir video sosial şəbəkələrdə böyük maraq və m�
Prezident İlham Əliyev "Qərb Sənaye Parkının yaradılması haqqında&
Azərbaycanda pensiya yaşının artırılması və ya azaldılması ilə bağl�
Ünvanlı sosial yardımlar üzrə maliyyələşmənin artırılması nəzərdə
Xocalı Rayon Mərkəzi Xəstəxanasının sığorta koordinatoru Çimnaz Quliye
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə yeni tə
