Dünyanın ən uzun sualtı tuneli: 18 kilometrlik nəhəng yol
Dünya 14 Yan 2026 21:00:00 52 0
Bu layihə Danimarka (Lolland adası) və Almaniyanı (Fehmarn adası) Baltik dənizinin altından bir-birinə bağlayacaq. 2029-cu ildə açılması planlaşdırılan bu tunel sayəsində bərə ilə 45 dəqiqə çəkən yol, avtomobillə cəmi 10 dəqiqəyə, qatarla isə 7 dəqiqəyə düşəcək.
Bu xəbəri də oxu: Mirzoyan və Rubio Vaşinqtonda görüşdülər
Son.az xəbər verir ki, tunel 4 zolaqlı avtomobil magistralından və 2 xətli elektrikləşdirilmiş dəmir yolundan ibarətdir.
Layihənin ümumi dəyəri təxminən 16.5 milyard manatı aşır. Avropa Birliyi də layihəyə 1.3 milyard avro dəstək verir.
Tunel dənizin dibi qazılaraq deyil, quruda hazırlanan nəhəng beton blokların dənizə endirilib birləşdirilməsi ilə tikilir. Cəmi 89 ədəd nəhəng blok "Lego" kimi bir-birinə keçiriləcək.
Hər bir tunel parçasının çəkisi 73 500 tondur. Bu, 13 mindən çox filin və ya 50 "Eyfel qülləsi"nin ağırlığına bərabərdir.
Hamburq və Kopenhag şəhərləri arasındakı qatar səfəri 4.5 saatdan 2.5 saata qədər qısalacaq.
Avropadan Skandinaviya ölkələrinə gedən yük qatarları artıq 160 kilometrlik əlavə dolanbac yoldan xilas olacaqlar.
Sualtı tunel dəniz nəqliyyatına (gəmilərə) heç bir maneə törətməyəcək və ən müasir yanğın/havalandırma sistemləri ilə təchiz ediləcək. Lalə Qüdrətova Son.az
ABŞ administrasiyası yaxın 24 saat ərzində İrana hərbi zərbə endirə bi
Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa v
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib.
"Survivor" yarışmasında iştirak edən Dilan Çıtak uzun müddət
Bu resepti yalnız qarnir kimi deyil həm də pomidor çığırtması, makaron
Son.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYD
Norveçdə kəşf edilən bu yeni rezerv, ölkəni dünyanın ən zəngin minera
Türkiyəli müğənni Ebru Gündeş hava limanında çəkilən görüntüləri
Dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür. Şiri
İranda baş verən etirazlar fonunda onlarla iranlı ölkəni tərk edərək T�
ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşları üçün vizaların veri
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Sevinc Mirzəyeva (Osm
"Qrenlandiyanın alınması ABŞ-yə ən azı 700 milyard dollara başa gə
