Ramiz Mehdiyevin yoldaşını Misir Mərdanov əvəz edəcək
Digərləri 13 Yan 2026 12:24:00 62 0
Misir Mərdanov kafedra müdiri postunda Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanı əvəzləyəcək.
Bu xəbəri də oxu: Baş nazir qərar imzaladı
Son.az xəbər verir ki, modern.az-a daxil olan məlumata görə, Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanovun yaxın vaxtlarda Bakı Dövlət Universitetində yeni vəzifəyə təyin olunacağı gözlənilir.
Məlumata əsasən, o, hazırda boş qalan kafedralardan birinə rəhbərlik edəcək. Söhbət daha əvvəl Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın rəhbərlik etdiyi Hesablama riyaziyyat kafedrasından gedir. Bildirilir ki, Misir Mərdanov məhz bu kafedranın müdiri kimi fəaliyyətə başlayacaq.
Mənbələrin verdiyi informasiyaya görə, onun təyinatının indiyədək rəsmiləşdirilməməsinin əsas səbəbi ləğv edilmiş Riyaziyyat və Mexanika İnstitutunda direktor vəzifəsi üzrə davam edən təhvil-təslim və "Ramiz Mehdiyev işi"dir. Həmin prosesin yekunlaşmasından sonra Misir Mərdanovun Bakı Dövlət Universitetində fəaliyyətə başlaması gözlənilir. Universitetə yaxın mənbələr də bu məlumatı təsdiqləyirlər.
Qeyd edək ki, Misir Mərdanov uzun illərdir Azərbaycan elmi və təhsil ictimaiyyətində tanınmış simalardan biridir. O, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsində ali təhsil alıb. Daha sonra elə həmin fakültədə uzun müddət pedaqoji və inzibati fəaliyyət göstərib. 1978-1989-cu illərdə isə M. Mərdanov Mexanika-riyaziyyat fakültəsində dekan müavini vəzifəsində çalışıb. BDU-da sonuncu iş yeri rektor vəzifəsi olub. Məhz bu səbəbdən onun yenidən Mexanika-riyaziyyat fakültəsinə qayıdacağı gözləntilər sırasındadır.
Məlumat üçün bildirək ki, Mexanika-riyaziyyat fakültəsinin tərkibində hazırda 9 kafedra fəaliyyət göstərir. Hazırda onlardan yalnız Hesablama riyaziyyat kafedrasının rəhbəri vəzifəsi boşdur. Bu kafedraya bir müddət əvvələdək Qalina Mehdiyeva rəhbərlik edirdi. Onun işdən çıxarılmasından sonra isə bu strukturda rəhbərlik məsələsi açıq qalıb.
Bakı Dövlət Universitetinin rəsmi saytında da hazırda bu kafedranın müdiri ilə bağlı heç məlumat yenilənməyib. Bu isə yeni təyinatın yaxın zamanda açıqlana biləcəyi ehtimalını artırır. Universitetə yaxın dairələrdə Misir Mərdanovun məhz bu boşluğu dolduracağı ilə bağlı müzakirələr aparıldığı bildirilir.
Bir çoxları hesab edir ki, Misir Mərdanovun bu vəzifəyə gətirilməsi fakültənin elmi və təşkilati işlərinin yenidən aktivləşdirilməsinə töhfə verə bilər. Onun həm akademik, həm də idarəçilik təcrübəsi bu baxımdan mühüm amil sayılır. Xüsusilə, Hesablama riyaziyyat kimi strateji bir sahədə güclü rəhbərliyin vacibliyi vurğulanır. Məsələ ilə bağlı Misir Mərdanovla əlaqə saxladıq. O hazırda işlərinin qaydasında olduğunu bildirdi: "Yeni təklifləri biraz keçəndən sonra maraqlanarsınız. Qoy qırxı çıxsın (gülür) İlk xəbəri də sizə verərəm".
Bakı Dövlət Universitetində yendən fəaliyyət göstərəcəyini də istisna etməyən keçmiş nazir hər şeyin ola biləcəyini də vurğuladı.
Hazırda rəsmi qurumlar tərəfindən bu təyinatla bağlı açıqlama verilməsə də, Modern.az-ın əldə etdiyi məlumatlar prosesin artıq son mərhələdə olduğunu göstərir. Gözləntilərə görə, yaxın günlərdə məsələ ilə bağlı rəsmi qərar elan olunacaq.
Müğənni Elnarə Xəlilova sosial şəbəkə hesabında növbəti dəyişiklik
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Tərtə
Ailəsini xüsusi amansızlıqla qətlə yetirən Əhməddən yeni xəbər var.
Bu gün 110 kV-luq "Zaqatala-1" hava xəttinin Balakən rayonu ərazis
Bakıda "Şəhidlər Xiyabanı"nda 20 Yanvar faciəsinin otuz beş
"Azercell"in ötən il kredit üçün xidmət haqqının artırılmas�
Yaxın günlərdə Azərbaycan ərazisində əhəmiyyətli dərəcədə hava ş�
Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər
Abşeron rayon Saray qəsəbəsində evlərə qrunt suları dolur.
Baş Prokurorluq tərəfindən elan edilən prokurorluq orqanlarına qulluğa q�
Azərbaycanda lüks avtomobillərin satışı ilə məşğul olan "Avtolük
Xəbər verdiyimiz kimi, Beyləqan rayonunda 15 yaşlı qıza qarşı seksual xa
Ermənistan hakimiyyəti Rusiya sərhədçilərini Türkiyə sərhədindəki Axu
İranın mühacirətdə olan vəliəhd şahzadəsi Rza Pəhləvinin həyat yolda
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Çin
