İranın mümkün gələcək liderinin adı açıqlandı, Güney Azərbaycan qarışdı


Digərləri 10 Yan 2026 19:10:00 78 0

İranın mümkün gələcək liderinin adı açıqlandı, Güney Azərbaycan qarışdı

"Əgər Vaşinqton İran şahının varisi Rza Pəhləvini molla rejiminə yeganə alternativ kimi qəbul edirsə və ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə onunla görüşməyə hazırlaşırsa, Güney Azərbaycan fəallarının bundan sonra da gözləmə mövqeyində qalmasının mənfi nəticələri ola bilər".

Son.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, dünəndən başlayaraq Güney Azərbaycan şəhərlərində hərəkətlənmə başlayıb:

"Vaşinqtondakı dairələr anlamalıdırlar ki, Güney Azərbaycan molla rejiminin Pəhləvi sülaləsi ilə əvəz olunmasının əleyhinədir. Təbriz, Ərdəbil və Güney Azərbaycanın digər şəhərlərində səslənən "Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir" şüarlarının məntiqini ABŞ-nin siyasi və ekspert dairələri anlamalıdırlar. Fikrimcə, Vaşinqton müxtəlif dövlətlərdə yaşayan və təşkilatlanan güneylilərin səsini də eşitməlidir.

İrandakı rejimin budəfəki etirazları da zor gücünə yatırtması ehtimalı var. Ancaq cin şüşədən çıxıb, son etirazlar göstərir ki, İranda geridönüşü mümkün olmayan proseslər başlayıb. Amerikalı ekspertlərdən biri Rza Pəhləvinin İran əhalisinin 35 faizinin dəstəyinə malik olduğunu söyləyib. Həmin ekspertin bu rəqəmi nəyə əsasən səsləndirdiyi sual doğurur. Çünki İran əhalisi arasında "Siz Rza Pəhləvini dəstəkləyirsinizmi" sualıyla sorğu keçirmək mümkün deyil.

Buna baxmayaraq, İranda Pəhləvi dövrünün həsrətiylə yaşayanların varlığını özüm də müşahidə etmişəm, illər öncə Tehranda olanda söhbət etdiyim yerli vətəndaşların bir qismi, o cümlədən taksi sürücülərinin Pəhləvi haqqında müsbət fikirlər söylədiyini dinləmişəm. Halbuki Pəhləvi rejimi İranda yaşayan xalqlara indiki rejimdən az zülm etməyib. Ancaq reallıqla hesablaşmalıyıq. Qərbdə molla rejiminin alternativi kimi Rza Pəhləvini qəbul edirlər. O, son dərəcə fəaldır".

Elxan Şahinoğlu xatırladıb ki, 2023-cü ildə İranda keçirilən etirazlarda da Rza Pəhləvi fəallaşmışdı:

"O, əvvəlcə Vaşinqtonda forum keçirmiş, bundan bir neçə gün sonra isə Münxen Təhlükəsizlik Konfransına dəvət almışdı. Bütün hallarda İranda yaşayan azərbaycanlılar üçün Rza Pəhləvinin indiki molla rejimindən fərqi yoxdur. Ona görə də azərbaycanlılar Rza Pəhləvinin hakimiyyətə qaytarılmasını istəmirlər. Rza Pəhləvi açıqlamalarında bildirib ki, İranda hakimiyyətə gələrsə, demokratik seçki keçirəcək. Azərbaycanlılar onun bu vədinə inanmırlar. Pəhləvilərin geri dönüşü İranda mərkəzdənqaçma meyllərini gücləndirəcək. Bunun isə vətəndaş müharibəsi ilə müşahidə olunacağı, qonşu İraq və Suriyadakı proseslərin təkrarlanması təhlükəsi yaranacaq". Son.az

Xaricdən evə qayıdan gün öldü like
  • 10 Yan 19:08  
Digərləri Xaricdən evə qayıdan gün öldü

Goranboyda 45 yaşlı kişi xaricdən vətənə qayıtdığı gün bədbəxt had

arrow Ətraflı
Şamaxıda zəlzələ oldu like
  • 10 Yan 19:01  
Digərləri Şamaxıda zəlzələ oldu

Şamaxı rayonunda 3,8 maqnitudasında zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Ayazın qeyriadi bahalı eynəyi like
  • 10 Yan 19:00  
Şou-biznes Ayazın qeyriadi bahalı eynəyi

Müğənni Ayaz Qasımov qeyri-adi aksesuarı ilə diqqət mərkəzinə düşüb

arrow Ətraflı
"Həm Rasim Balayevin, həm də Şəfiqə Məmmədovanın burnundan gəlsin" like
  • 10 Yan 18:57  
Kriminal "Həm Rasim Balayevin, həm də Şəfiqə Məmmədovanın burnundan gəlsin"

Xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül Mahmudov yaradıcılığı,

arrow Ətraflı
Kameraları sındırıb ödəmə terminallarından like
  • 10 Yan 18:49  
Kriminal Kameraları sındırıb ödəmə terminallarından

Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində yerləşən maǧazaların birind

arrow Ətraflı
Azərbaycanda daha bir şirkət like
  • 10 Yan 18:42  
Digərləri Azərbaycanda daha bir şirkət

"CPC" MMC ləğv olunduğunu elan edir.

arrow Ətraflı
Bu ərazilərə qar yağır like
  • 10 Yan 18:41  
Digərləri Bu ərazilərə qar yağır

Azərbaycanın bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti dav

arrow Ətraflı
Əli Abbasov daha bir vəzifəsini itirdi like
  • 10 Yan 18:40  
Digərləri Əli Abbasov daha bir vəzifəsini itirdi

Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Elm və Təhsil

arrow Ətraflı
“Qobu Park”ın binaları əyilir?  Rəsmi açıqlama like
  • 10 Yan 18:26  
Digərləri “Qobu Park”ın binaları əyilir? Rəsmi açıqlama

"Qobu Park 1-2" yaşayış massivində məcburi köçkünlər üçün

arrow Ətraflı
Regionu qar rekordu gözləyir: Bakıda isə… like
  • 10 Yan 18:20  
Digərləri Regionu qar rekordu gözləyir: Bakıda isə…

"9 yanvarda Rusiyanın Mərkəzi bölgələrində qeyri-adi qar yağacağı

arrow Ətraflı
"Atam məni qucaqladı və dedi ki..." like
  • 10 Yan 18:02  
Şou-biznes "Atam məni qucaqladı və dedi ki..."

Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz atası ilə bağlı xati

arrow Ətraflı
Vatikan Maduronun saxlanılmasından əvvəl ABŞdən onunla bağlı like
  • 10 Yan 17:50  
Dünya Vatikan Maduronun saxlanılmasından əvvəl ABŞdən onunla bağlı

Vatikan dövlət katibi (hökumət başçısı), kardinal Pyetro Parolin respubl

arrow Ətraflı
Qumral: "Mən də sənətkaram" like
  • 10 Yan 17:38  
Şou-biznes Qumral: "Mən də sənətkaram"

Müğənni Qumral Musayeva açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Qatlanan “iPhone” belə görünəcək  Bu tarixdə satışa çıxacaq like
  • 10 Yan 17:28  
Digərləri Qatlanan “iPhone” belə görünəcək Bu tarixdə satışa çıxacaq

"Apple"ın uzun müddətdir gözlənilən qatlanan "iPhone"

arrow Ətraflı
"Məndən səhnə mədəniyyəti götürsünlər, geyinməyi öyrənsinlər" like
  • 10 Yan 17:16  
Şou-biznes "Məndən səhnə mədəniyyəti götürsünlər, geyinməyi öyrənsinlər"

Müğənni səhnə mədəniyyəti və sənət etikası ilə bağlı sərt və di

arrow Ətraflı