“O, yumruqtəpiklə hücum etdi” AZAL bələdçisi həmin hadisədən DANIŞDI


Digərləri 10 Yan 2026 12:41:00 93 0

“O, yumruqtəpiklə hücum etdi”  AZAL bələdçisi həmin hadisədən DANIŞDI

"Praqa Beynəlxalq Hava Limanında insident yaradan sərnişini təyyarədən çölə çıxaranda o, agentə yumruq-təpiklə hücum etməyə başladı".

Son.az xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarə bələdçisi Adil Babazadə bu barədə "Lifeatazal"a  danışıb.

O, yanvarın 5-də Bakı-Praqa-Bakı aviareysi ilə hərəkət etmiş təyyarənin ekipaj üzvlərindən biri olub: "Biz Bakı-Praqa reysini çox rahat şəkildə yerinə yetirdik. Bütün sərnişinlər təyyarəni tərk etdikdən sonra həmişəki kimi onlara aid heç bir əşyanın qalmadığına əmin olmaq üçün salonu yoxladıq. Belə yoxlamadan sonra əgər hər hansı bir əşya tapılarsa, onu "Lost and Found" personalına təqdim edirik. Biz həmin gün oturacaqda telefon tapdıq, onu aiddiyəti üzrə verdik".

A.Babazadə qeyd edib ki, hadisə baş verən zaman o, təyyarə salonunun orta hissəsində, böyük təyyarə bələdçisi isə salonun ön qapısında olub: "Bu zaman içəriyə kənar şəxs daxil olmaq istədi. Həmin şəxs elə bizimlə birlikdə Bakıdan Praqaya gəlmişdi. Əlbəttə ki, öncə onun hər hansı əşyasını itirdiyini düşündüm. Amma prosedur qaydalarına uyğun olaraq, sərnişin təyyarəni tərk edirsə, ikinci dəfə ora daxil ola bilməz. Bu səbəbdən sərnişinə təyyarədən çıxmasını və çöldə gözləməsini söylədik. Lakin o, buna məhəl qoymadı, içəri daxil olmağa çalışdı. Bu zaman agent gəldi və agentlə biz onu çölə çıxarmağa çalışdıq. Sərnişini təyyarədən çölə çıxardıq və bu zaman o, agentə yumruq-təpiklə hücum etməyə başladı. Bundan sonra agenti qorumaq üçün sərnişini arxadan tutdum və hərəkətsizləşdirdim. Artıq gördük ki, 2-ci pilotumuz çöldə gözləyir. Biz 2-ci pilotu içəri keçirməli idik. Bu səbəbdən agentdən xahiş etdim ki, öz kartı ilə qapını açsın və 2-ci pilot içəri daxil olsun. Mən sərnişini saxladığım zaman agent qapını açdı və 2-ci pilot içəri daxil oldu".

Onun sözlərinə görə, təyyarə bələdçisi həmin anda sərnişinlə tək qalıb və onu sakitləşdirməyə çalışıb: "Daha sonra agentdən xahiş etdim ki, polislər və aeroportun təhlükəsizlik idarəsinin şöbəsində yerləşən şəxslər buraya cəlb olunsun. Bir müddət sonra təhlükəsizlik idarəsinin işçiləri oraya yaxınlaşdı. Onlar da bir neçə dəqiqə onunla söhbət etməyə çalışdı, lakin o, heç də yolagedən insana oxşamırdı. Bundan sonra polislər əraziyə yaxınlaşdı və onunla danışmağa başladı, lakin sərnişin yenə də israrla içəri daxil olmağa çalışdı. Sərnişin qışqırmağa başladı, bundan sonra polislər onu tutdu və zərərsizləşdirdi. Bundan sonra biz təyyarənin ümumi təhlükəsizlik yoxlanışını həyata keçirdik və geri dönüşdə bütün sərnişinləri öz ünvanlarına təhlükəsiz şəkildə çatdırdıq".

Xatırladaq ki, yanvarın 5-də Praqa-Bakı marşrutu üzrə uçuşdan əvvəl təhlükəsizlik nəzarəti qaydalarını pozaraq hava gəmisinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb. Uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin şəxsin təyyarəyə girişinə imkan verilməyib. Hava limanının təhlükəsizlik xidmətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələnə qədər həmin şəxsin hərəkətlərinin qarşısını təyyarənin ekipajı alıb.

Özünü qumbaranın üstünə atıb döyüş yoldaşlarını xilas edən QƏHRƏMAN like
  • 10 Yan 12:26  
Digərləri Özünü qumbaranın üstünə atıb döyüş yoldaşlarını xilas edən QƏHRƏMAN

"Bizimləsən" verilişinin qonağı II Qarabağ müharibəsinin işti

arrow Ətraflı
Cabir İmanovun xanımı ilə FOTOlarını paylaşdı like
  • 10 Yan 12:17  
Şou-biznes Cabir İmanovun xanımı ilə FOTOlarını paylaşdı

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva paylaşımı

arrow Ətraflı
Əməkdar artistin illərdir satılmayan VİLLAsından görüntülər like
  • 10 Yan 12:09  
Şou-biznes Əməkdar artistin illərdir satılmayan VİLLAsından görüntülər

Əməkdar artist Könül Kərimovanın villasından görüntülər yayımlanıb

arrow Ətraflı
35 yaşlı qadın evində ölü TAPILDI like
  • 10 Yan 11:49  
Digərləri 35 yaşlı qadın evində ölü TAPILDI

Gəncədə 35 yaşlı qadın yaşadığı evdə ölmüş vəziyyətdə tapılıb

arrow Ətraflı
Yerə ən yaxın üç planetin paradı olacaq like
  • 10 Yan 11:38  
Dünya Yerə ən yaxın üç planetin paradı olacaq

Yerə ən yaxın olan üç planetin - Merkuri, Venera və Marsın paradı yanvar

arrow Ətraflı
"Kolumbiya prezidenti ilə bu tarixdə görüşəcəyəm" like
  • 10 Yan 11:23  
Dünya "Kolumbiya prezidenti ilə bu tarixdə görüşəcəyəm"

ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Ağ Evdə Kolumbiya Prezidenti Q

arrow Ətraflı
Elşad Miraləmə yeni vəzifə verildi like
  • 10 Yan 11:18  
Digərləri Elşad Miraləmə yeni vəzifə verildi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatına yeni rəhbər təyi

arrow Ətraflı
Bu BÜRCLƏR 2026cı ildə sevgi, həm də pul like
  • 10 Yan 11:08  
Digərləri Bu BÜRCLƏR 2026cı ildə sevgi, həm də pul

Astroloqların proqnozlarına görə, 2026-cı il bəzi bürclər üçün həm r

arrow Ətraflı
Rusiyada güclü zəlzələ oldu like
  • 10 Yan 11:06  
Digərləri Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka diyarında 5.4 bal gücündə zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Afaq 1 aya arıqlayıb, "iynəyə sap oldu" like
  • 10 Yan 10:53  
Şou-biznes Afaq 1 aya arıqlayıb, "iynəyə sap oldu"

Sevilən teleaparıcı Afaq Gəncəli son görünüşü ilə diqqət mərkəzin�

arrow Ətraflı
Ana və oğlu qazdan zəhərləndi like
  • 10 Yan 10:50  
Digərləri Ana və oğlu qazdan zəhərləndi

Tərtərdə ana və oğlu qaz sızmasından zəhərlənib.

arrow Ətraflı
"Putin Avropadan deyil, məndən qorxur" like
  • 10 Yan 10:39  
Dünya "Putin Avropadan deyil, məndən qorxur"

ABŞ-ın Avropadakı müttəfiqləri geri qalır və digər dövlətlərdə qorx

arrow Ətraflı