"Kişi niyə belimdən tutmalıdır ki?”
Şou-biznes 08 Yan 2026 12:15:00 78 0
"Tanımadığım kişilərlə əl verib görüşmürəm"
Bu xəbəri də oxu: Aparıcı Zauru belə susduran OLMAMIŞDI
Müğənni Aysun İsmayılova şəxsi sərhədləri və xarakteri ilə bağlı maraqlı açıqlamalar verib.
Son.az-ın məlumatına görə, sənətçi bildirib ki, tanımadığı və yaxın münasibəti olmayan heç bir kişi ilə əl verib görüşmür və bu, onun prinsipial mövqeyidir:
"Mən tanımadığım, dostum olmayan heç bir bəyə əl verib görüşmürəm. Bu, mənim xarakterimdir".
Aysun İsmayılova haqqındakı şayiə və yazılara ciddi yanaşmadığını da vurğulayıb:
"Haqqımda nə yazsalar, vecimə deyil. Məni tanımırlar axı. Kimsə hardasa nəsə danışır, digərləri də inanır. Çünki deyən də onun tayındır. Əsas odur ki, mən özüm, ailəm və ətrafım necə xarakterdə olduğumu bilir".
Müğənni şəxsi həyatı ilə bağlı yayılan iddialara da münasibət bildirib:
"Bəziləri kimi gündə bir sevgili dəyişən deyiləm. Kimlərinsə sayəsində özümə gün ağlamamışam. Şıltaqlığım olub, amma hər zaman çalışmışam ki, özümü xanım-xatun aparım. Özümü qorumuşam, böyük-kiçik yeri bilməyə çalışmışam".
Aysun İsmayılova səhnədə davranış qaydalarına da toxunub. Onun sözlərinə görə, qadın həmkarları ilə səmimi münasibət normaldır, lakin kişilər tərəfindən sərhədlərin aşılması yolverilməzdir:
"Səhnədə bütün xanımlarla qucaqlaşıb öpüşürəm. Amma kişilər əlini belimə atanda yavaşca çəkirəm. Bu, mənə qarşı hörmətsizlikdir. Xanım olsa, mən də sarılaram. Tanımadığım bəy niyə belimdən tutmalıdır ki?"
Müğənninin bu açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Musa Son.az
Dövlət Gömrük Komitəsinin (DGK) İnfrastrukturun İnkişafı İdarəsinin r
"Hər bir vəzifəli şəxs ilk növbədə özünə və ailəsinə cavabdeh
"Çukur" serialında Timsah Celil obrazı ilə tanınan aktyor Ahmet M
Yanvarın 7-də ABŞ-nin Rusiyaya məxsus "Marinera" tankerini saxlama
"Norm" ASC tərəfindən Norm Sement zavodunun klinker istehsalı güc
"Bu ildən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı 300 manata
Müsadirə olunmuş əmlakların aşağı qiymətə satılması adı altında d�
Məşhur "Jack Ryan" serialı yenidən diqqət mərkəzinə düşüb.
ABŞ prezidenti Donald Tramp artıq Moskvanı iqtisadi cəhətdən sarsıtmaq ü
1 oktyabr 2024-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabe
Bakının bütün rayonlarında ötən il torpaq sahəsinin qiymətlərində art
ABŞ senatoru Rik Skott hesab edir ki, Vaşinqtonun Venesueladan neft ixracına
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə yeni
Prodüser Pərviz Əfqan "Öz aramızda" verilişində müğənni Rahi
