Azərbaycanda közərmə lampaları mərhələli şəkildə dövriyyədən çıxarılır
Digərləri 06 Yan 2026 18:45:00 113 0
"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq, Azərbaycanda enerji səmərəliliyinin artırılması məqsədilə közərmə lampaları mərhələli şəkildə dövriyyədən çıxarılır.
Bu xəbəri də oxu: Sabahın havası açıqlandı
Son.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Qanuna əsasən, 1 yanvar 2026-cı ildən etibarən 60 vatt və yuxarı gücə malik, 1 iyul 2026-cı ildən isə 25 vattdan (25 vatt daxil olmaqla) 60 vattadək gücə malik közərmə lampalarının istehsalı, idxalı və satışı qadağan olunur. Qadağa sənaye istehsalı proseslərində istifadə olunan, eləcə də sənaye avadanlıqlarında işıqlandırmadan başqa texnoloji funksiyalar üçün nəzərdə tutulan közərmə lampalarına şamil edilmir.
Aparılan hesablamalar göstərir ki, LED lampalar közərmə lampaları ilə müqayisədə həm enerji istehlakı, həm də iqtisadi baxımdan əhəmiyyətli üstünlüklərə malikdir. Məsələn, 15 min saat ( 7 il) istismar müddətinə malik 1 ədəd LED lampası 17 ədəd 1 000 saatlıq közərmə lampasını əvəz edir. Eyni işıq axınının təmin olunması üçün 60 Vt gücündə közərmə lampasına qarşılıq cəmi 7 Vt gücündə LED lampası kifayət edir. Nəticədə LED lampasının ümumi işıqlandırma xərci 14,4 AZN təşkil etdiyi halda, közərmə lampalarında bu göstərici 82,2 AZN-ə çatır.
Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziyalara müsahibəsi ərəb
"Kanal D"nin ən çox izlənilən ekran işlərindən biri olan, baş
Bakıda tibb müəssisəsinin həyətində ölüm hadisəsi baş verib.
ABŞ Prezidenti Donald Trampın etirazçıların öldürüləcəyi təqdirdə İ
"Dövlətin dövlət qulluqçuları və pensiyaçıların maaşlarını art
Sobaların iç hissəsinin təmizlənməsi zamanı istifadə edilən ağır kim
Yaşıl xəttin "Memar Əcəmi" stansiyasının ikinci vestibülünün
Xəbər verdiyimiz kimi, 2024-cü ildə ana olan aparıcı Çinarə Əliyeva do�
TikTok"da yarış təşkil edən Azər Zahid və köməkçisi Rövşən Tə
Türkiyə Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş 15 yaşd
Rusiyanın Yekaterinburq vilayətinin Jeleznedorojnıy Rayon Administrasiyasın�
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoş
Xəbər verdiyimiz kimi, təcili yardım maşını qəzada kuryeri vurub, nətic
2025-ci ildə ölkənin biznes və maliyyə mühitinə daxil olan Bir ekosistemi
Sürücülər avtomobildə özlərini təhlükəsiz hiss etdikləri üçün yold
