Vahid Ələkbərovun Bakı həyatı: kasıb, atasız...
Digərləri 03 Yan 2026 21:08:00 90 0
Vahid Ələkbərov - Azərbaycanlı milyarder, neft maqnatı. "Lukoyl" şirkətinin prezidenti. 1950-ci ilin sentyabrın 1-də Bakı şəhərinin Razin (hazırkı Bakıxanov) qəsəbəsində Yusif Ələkbərov və Tatyana Fyodrovana cütlüyünün ailəsində dünyaya gəlib. Ailədə 3 bacı və 2 qardaş olublar. Vahid evin sonbeşiyi olub. Neftçi Yusif Ələkbərov mədənlərdə çalışıb. Ana Tatyana Fyodrovana isə evdar xanım olub. Ailə illərlə Yusif kişinin qazandığı fəhlə maaşı ilə dolanmalı olub. Vahidin 3 yaşı olarkən atası qəfildən vəfat edib. Bu isə ailənin maddi vəziyyətini daha da dözülməz edir. Nəticədə V.Ələkbərovun uşaqlığı ehtiyac içində, kasıblıqla mübarizədə keçir.
Bu xəbəri də oxu: Okeanın dibində "Atlantidaya yol" tapıldı: Alimlər bunun əslində nə olduğunu izah edir
Həmin vaxta qədər heç bir yerdə çalışmayan 38 yaşlı ana T.Fyodrova dövlətdən aldığı 34 rubl pensiya ilə beş uşağına baxmağı düşünür. Amma sonda çarəsiz qalan ana müxtəlif yerlərdə çalışmalı olur. Bütün çətinliklərə, dözlüməz şəraitə baxmayaraq övladlarından imtina etmir, onların ehtiyaclarını qarşılamaq üçün var gücü ilə mübarizə aparır. Bir müddət sonra ailənin böyük övladı Züleyxa Ələkbərova da neft sahəsində işlə başlayır. Nəhayət, Ələkbərovlar ailəsinin ən ağır günləri geridə qalır. Ailənin kiçik qızı Nelli Ələkbərova həmin günləri belə xatırlayır: "Anamız ailəmizi birləşdirməyi bacardı. Bütöv bir yumruq kimi idik. Böyüklər həmişə kiçiklərə kömək edir, kiçiklər də böyüklərə qulaq asırdı. Tərbiyəmizdə əsas yeri anamız tutur. Anamız bizim baş müəllimimiz idi"
Son.az xəbər verir ki, "HafizTimes.com" Vahid Ələkbərovun həyatını araşdırıb. Uzun müddət davam edən araşdırma zamanı maraqlı faktlar üzə çıxıb.
Vahid Ələkbərovun müəlliməsi Taisa Petrovna danışır:
- 52 il müəllimə, direktor işləmişəm. Vahid Ələkbərov isə 5-ci sinifdə oxuyan zaman bizim məktəbə (169 saylı orta məktəb) gəlib. İndi isə yaşlanmışam. Evdən çıxa bilmirəm.
- Vahid Ələkbərov necə şagird idi? Dərslərini necə oxuyurdu?
- Oxumağı ilə bağlı deyə bilərəm ki, orta səviyyədə idi. Çox da yaxşı oxumurdu. Amma həddən artıq fəal oğlan idi. Xüsusi ilə təşkilatçılıq qabiliyyəti ilə məktəbdə fərqlənirdi. Tədbirlərin təşkilatçılığını da edirdi. Sinif yoldaşları arasında da öz nizam-intizamı ilə fərqlənirdi. İstəyirdi ki, sinif yoldaşları da irəli çıxsın, geridə qalmasınlar. Təşkilatçı olmaqla yanaşı tələbkar idi. Verdiyimiz tapşırıqları zamanında yerinə yetirərdi.
- Bir zamanlar dərs dediyiniz Vahid Ələkbərovu necə xatırlayırsınız?
- Bu gün 96 yaşım olmasına baxmayaraq (müsahibə 2020-ci ildə alınıb - red.), Vahid Ələkbərovu çox yaxşı xatırlayıram. İllər öncə ona bir məktub yazdım. Məktəbimizin təmirə ehtiyacı olduğunu qeyd etdim. O isə təhsil aldığı məktəb üçün yüksək məbləğdə vəsait ayırdı. Məktəbimizi tam təmir etdirdi. Bir müddət sonra məktəbə yenidən gəldi, həmin vaxt mənə bir televizor da hədiyyə etdi.
Vahid Ələkbərovun bacıları da həmin məktəbdə təhsil almışdılar. Məktəbimiz təmir olunduqdan sonra onlar da ora gəldilər. Təmir-tikinti işləri ilə tanış oldular. Çox tərbiyəli, mərhəmətli xanımlardı. Keçmişlərinə hər zaman hörmətlə yanaşırlar. Bu da yəqin ki, onları hər zaman irəli aparır.
Vahidin valideynlərini heç vaxt görməmişəm. Amma bildiyim qədəri ilə, atası Yusif bəy neft mədənində çalışıb və erkən yaşda vəfat edib. Vahid neftçi bir atanın oğlu olub. Vahidgili anaları böyüdüb, tərbiyə edib.
İdris Mövsümov - Vahid Ələkbərovun tələbə yoldaşı, ömürlük dostu, yeganə sirdaşı. Çox təəssüf ki, İdris Mövsümovun iki ay öncə vəfat etdiyini öyrəndik.
İdris Mövsümovun bacısı Lalə Mövsümova suallarımızı cavablandırır:
- Vahidin Bakıda yeganə dostluq etdiyi şəxs mənim qardaşım İdris Mövsümov idi. Onlar indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıblar, tələbə yoldaşı, ən yaxın dost olublar. Bu dostluq tələbəlikdən bəri, 50 ildən artıqdır ki, davam edirdi. Vahid də bizim ailəmizin bir üzvüdü.
- Siz Vahid Ələkbərovgilin ailəsini necə xatırlayırsınız?
- Çox zəhmetkeş ailə idilər. Kasıblıqla böyüyüblər, əziyyət çəkiblər. Vahid evdə ən kiçik uşaq olduğuna görə, bütün bacıları ona kömək edirdi. Vahidin atası Yusif kişi İran azərbaycanlısı olub. O vaxtlar müharibədən sonra İrandan çoxlu sayda azərbaycanlı ölkəmizə köç edirdi (1947-ci illərdə). Bakı şəhərində isə çox adam öz qızını onlara ərə vermirdi. Çünki onların heç nələri yox idi, həddindən artıq kasıb idilər. Hətta bir çoxları təhsil də almamışdı. Diqqət etsəniz görərsiniz ki, həmin şəxslərin çoxunun həyat yoldaşı rus, erməni əsilli olub. Vahidin atası da Bakıda Tatyana adlı bir rus xanım tapıb və onunla ailə həyatı qurub. Tatyana da çox kasıb bir ailənin qızı olub. Hündür boylu, ağbəniz, dolu bir qadın idi. Həmişə üzü gülərdi. Vahid də elə anasına oxşayır. O, anasına həddindən artıq bağlı idi. Vahidin imkanları artdıqdan sonra anasını da Moskvaya apardı. Birlikdə yaşadılar.
Vahidin o biri qardaşının adı Vaqifdir. "Vovo" deyirlər. Yaxşı münasibətimiz var. Böyük bacıları Züleyxanı da tanıyıram. Zəhmətkeş bir xanımdı. Ailənin ən ağır günlərində çalışıb, qardaş-bacılarına dəstək olub.
Deyə bilmərəm ki, Vahid univesiteti çox da əla qiymətlərlə başa vurub. Amma xüsusi ilə qeyd etmək istəyirəm ki, Vahid yaxşı bir təşkilatçı olub.
ABŞ Prezidenti Donald Trampın "Truth Social" hesabında paylaşdığ
Xəbər verdiyimiz kimi, Quba rayonunda yağan qar səbəbilə KIA markalı avto
Venesuelanın Türkiyədəki səfiri Qutierrezin son bəyanatı və Türkiyə Xa
Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Ağbaba mahalı ərazis
Xalq artisti Nazpəri Dostəliyeva müğənni Ramal İsrafilova irad bildirib.
Türkiyəli müğənni Bülənt Ersoy Yeni ili Ankarada qeyd edib.
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 8 min ədəd ağacdan hazır
ABŞ prezidenti Donald Tramp hazırda Norveçdə olan müxalifət lideri Mariya
ABŞ Prezidenti Donald Tramp Nikolas Maduro və həyat yoldaşının gecə saatl
ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi və Nikolas Maduronun ələ keçirilmə
ABŞ-nin Baş prokuroru Pam Bondi Nikolas Maduro və həyat yoldaşının Nyu-Yo
ABŞ ordusunun Venesuelaya hərbi müdaxiləsi və ölkə lideri Nikolas Maduron
