Rütbəli şəxslərə güzəştli pensiya təyinatı üçün xidmət müddətinin hesablanma qaydası müəyyənləşib
Digərləri 03 Yan 2026 17:21:00 82 0
"Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları"nda dəyişiklik edilib.
Bu xəbəri də oxu: Dağlıq ərazilərdə gecə yollar buz bağlayacaq
Son.az-ın məlumatına görə, Baş nazir Əli Əsədovun bununla bağlı müvafiq Qərarı 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.
Qərara əsasən, hərbi və xüsusi rütbəli şəxslərin təqvimi xidmət müddətinə aşağıdakı dövrlər aid ediləcək:
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında həqiqi hərbi xidmətə başladıqları gündən həqiqi hərbi xidmətin son gününədək olan dövr; Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində hərbi xidmətə (xüsusi növ dövlət qulluğu vəzifəsinə) təyin olunma günündən hərbi xidmətin (xüsusi növ dövlət qulluğu vəzifəsində xidmətin) son gününədək olan dövr; Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində həqiqi hərbi xidmətə başladıqları gündən həqiqi hərbi xidmətin son gününədək olan dövr; Azərbaycan Respublikası Hərbi Prokurorluğunun hərbi qulluqçularının müvafiq vəzifəyə təyin olunduqları gündən həqiqi hərbi xidmətdə olmanın son gününədək olan dövr; daxili işlər, fövqəladə hallar, ədliyyə, gömrük orqanlarının və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis və sıravi heyətinə mənsub şəxslər və miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq keçən şəxslər həmin vəzifələrə təyin edildikləri gündən qulluq (xidmət) keçmələrinə xitam verilən günədək olan dövr; həqiqi hərbi xidmətdə, daxili işlər, fövqəladə hallar və ədliyyə orqanlarının kadrları tərkibində qalmaqla hərbi və xüsusi rütbə nəzərdə tutulmayan digər dövlət orqanlarında, müəssisə və təşkilatlarda işə başladıqları gündən son günədək olan dövr; hərbi və xüsusi rütbəli şəxslərin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq xidmətdən (qulluqdan) buraxılması (kənarlaşdırılması) ilə əlaqədar işləmədiyi (xidmət etmədiyi) müddət; döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövründə, habelə Əfqanıstanda əsgəri borcunu yerinə yetirərkən əsirlikdə, mühasirədə olma müddəti və hərbi qulluqçu əsirlikdə olarkən, habelə bitərəf ölkələrdə tərksilah edilib nəzarət altında saxlandıqları dövrdə hərbi andı pozmamış və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan cinayətləri törətməmişdirsə, həmin dövrlər; hərbi və xüsusi rütbəli şəxslərə pensiya təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və xidmətdən buraxılmış əmək pensiyaçılarının həmin orqanlarda xidmət müddəti; ədliyyə orqanlarının penitensiar və tibb xidmətlərinin əməkdaşlarına pensiya təyin edildikdə, penitensiar müəssisələrdə və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində mülki işçi qismində işlədikləri müddət; ədliyyə və miqrasiya orqanlarına qulluğa qəbul edilmiş şəxslərin hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminat ilə bağlı vəzifələrdə işlədikləri müddət; yüksəkixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının "Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası"na uyğun olaraq hesablanmaqla müəyyən edilən dövr; Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilənədək onun əməkdaşlarının malik olduqları xidmət dövrü; zabit heyətinə və xüsusi rütbəli şəxslərə (daxili işlər, fövqəladə hallar və ədliyyə orqanlarında kiçik rəis heyəti və gömrük orqanlarında kiçik heyət istisna olmaqla) əmək pensiyası təyin edilərkən beş ilədək müddət daxilində təhsilin bir ili altı ay sayılmaqla (ən çoxu iki il altı ay hesablanmaqla) hərbi və xüsusi rütbə nəzərdə tutulan vəzifələrə qəbul edilməzdən əvvəl mülki ali (qiyabi və axşam təhsilalma formalarında təhsil dövrü daxil olmaqla), habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində təhsil dövrü. Qeyd: Həmin şəxslər bilavasitə mülki ali təhsil və xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrində təhsilini başa vurmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, qeyd olunan təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə xidmət müddətinə daxil ediləcək.
ali kateqoriya dövlət orqanlarından işdən çıxan və sonradan daxili işlər orqanlarında xidmətlərini davam etdirən əməkdaşlar üçün həmin orqanlarda işlədiyi dövr. Həmçinin, hərbi və xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün aşağıdakı dövrlər xidmət müddətinə güzəştli şərtlərlə aid ediləcək:
Xidmətin bir ayı iki ay sayılmaqla:
döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəlik nəticəsində müalicə müəssisələrində fasiləsiz olma müddəti; respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 2500 metr və daha çox hündürlükdə xidmət müddəti; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin müəyyən etdiyi şərtlərlə reaktiv, turbovintli və turbovallı aviasiyada uçuş işində xidmət müddəti; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, habelə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin müəyyənləşdirdiyi şərtlərlə su altında və barokameralarda yüksək təzyiq şəraitində qalmaqla iş aparan dalğıc vəzifələrində xidmət müddəti. Xidmətin bir ayı ayyarım sayılmaqla:
"Yanvarın 2-si idi. Rayona gedirdik. Nicat yarı yolda telefon zəngindən
Son 10-12 ildə Azərbaycan hakimiyyətində gəncləşmə prosesi gedir. Yaşl�
Ötən gün Quba-Xınalıq yolunda qeyri-sabit hava şəraiti səbəbilə avtomo
Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının ABŞ hərbçiləri
ABŞ Hərbi Hava Qüvvələri Venesuelanın paytaxtı Karakasa zərbələr endir
Əməkdar artist Mətanət İsgəndərli ən böyük arzusunu açıqlayıb.
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin 2 il öncə həyata keçir
Prezident İlham Əliyevin təsdiqlədiyi yeni "Xüsusi icra məmurları ha
"Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası"
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yəməndə son dövrlər yaşanan hadi
Aparıcı Afaq Gəncəli, uzun illər ərzində apardığı "Onlar" ve
