Maduro Vaşinqtona mesaj verdi: “Hazırıq...”
Dünya 02 Yan 2026 16:38:00 55 0
Venesuela hakimiyyəti ABŞ ilə narkotik qaçaqmalçılığına qarşı əməkdaşlıq və ölkənin neft sektoruna Amerika sərmayələrinin cəlb edilməsi məsələlərini müzakirə etməyə açıq olduğunu bəyan edib.
Bu xəbəri də oxu: "Bu, Ukrayna ordusu üçün çox çətin vəziyyət yaradır"
Son.az xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro fransız jurnalist İqnasiо Ramonelə verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, rəsmi Karakas faktlara əsaslanan ciddi dialoqa hazırdır və bu mövqe ABŞ nümayəndələrinə dəfələrlə çatdırılıb.
Maduro bildirib ki, əgər Vaşinqton narkotik ticarətinə qarşı real və səmərəli saziş üzərində işləmək niyyətindədirsə, Venesuela bu prosesə qoşulmağa hazırdır. Prezident eyni zamanda qeyd edib ki, ABŞ Venesuela neftinə ehtiyac duyarsa, ölkə "Chevron" kimi Amerika şirkətlərinin investisiyaları üçün açıqdır.
Venesuela lideri ABŞ-nin Karakası narkotik istehsalı və qaçaqmalçılığına qarşı yetərli mübarizə aparmamaqda ittiham etməsini isə əsassız adlandırıb. Onun fikrincə, Vaşinqton bu iddiaları siyasi məqsədlərlə irəli sürür və onların reallıqla əlaqəsi yoxdur.
Xatırladaq ki, ABŞ Venesuelanı narkotik qaçaqmalçılığı ilə mübarizədə passiv mövqe tutmaqda günahlandırır. "New York Times"ın avqustda yaydığı məlumata əsasən, ABŞ prezidenti Donald Tramp Latın Amerikası narkokartellərinə qarşı hərbi tədbirlərin gücləndirilməsi ilə bağlı gizli göstəriş imzalayıb. Bundan sonra Karib hövzəsinə əlavə ABŞ hərbi qüvvələri, o cümlədən "Gerald R. Ford" aviadaşıyıcısının daxil olduğu zərbə qruplaşması göndərilib.
Son aylarda ABŞ ordusu regionda keçirilən əməliyyatlar zamanı onlarla katerin məhv edildiyini, yüzdən artıq şəxsin isə həlak olduğunu açıqlayıb.
Kənan Son.az
Güclü külək Bakının müxtəlif yerlərində fəsadlar törətməkdədir.
Bakıda xəstəxanalardan birində öldüyü deyilən körpənin dəfn üçün A
Göyçay rayonunda eyvandan yıxılan 53 yaşlı kişi xəstəxanada ölüb.
Xətai rayonu ərazisində 75 yaşlı qadın üzləşdiyi soyğunçuluq hadisəs
Goranboy rayonunda avtomobilin aşması nəticəsində xəsarət alan iki nəfə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasını
Türkiyəli müğənni Ajda Pekkan Azərbaycandan gələn cəlbedici təklifi q
Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür.
Məşhur kahin Vanqa 2026-cı il üçün qlobal münaqişə, yadplanetlilərlə
Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Cu E ilk dəfə ölkənin hakim
Bayram günləri olmasına baxmayaraq polis əməkdaşları tərəfindən narkot
"Steam" oyun platforması 2025-ci ilin ən yüksəkreytinqli oyunları
Ötən il dekabrın 27-si yerinə yetirilən Ankara-Bakı reysində iki nəfər
Sənədli filmlərin tanınmış kanalı "History Channel" 31 dekabr 2
ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər İranda etiraz aksiyaları zora
