Əzgilin bu faydaları
Digərləri 02 Yan 2026 05:05:00 63 0
Əzgil (məşhur adıyla "muşmula") payız və qış mövsümünün ən çox sevilən meyvələrindən biri olmaqla yanaşı, sağlamlıq üçün olduqca dəyərli faydaları ilə seçilir.
Bu xəbəri də oxu: Bu qış xanımlar üçün dəbdə olacaq baş geyimləri – Moda trendləri
Son.az xəbər verir ki, həkimlər və qidalanma mütəxəssisləri əzgilin həm immuniteti gücləndirdiyini, həm də orqanizmin bir çox funksiyalarını dəstəklədiyini bildirirlər.
Meyvənin tərkibi C vitamini, lif, antioksidantlar və təbii turşular baxımından zəngindir. Bu səbəbdən əzgil həm xəstəliklərə qarşı qoruyucu təsir göstərir, həm də həzm sisteminin düzgün işləməsinə yardım edir.
Mütəxəssislərin qeyd etdiyinə görə, əzgilin ən vacib faydaları bunlardır:
Həzm sistemini yaxşılaşdırır: Tərkibindəki lif sayəsində bağırsaq fəaliyyətini normallaşdırır və qəbizliyin qarşısını alır.
İmmuniteti gücləndirir: C vitamini və antioksidantlar soyuqdəymə və qrip mövsümündə bədəni qoruyur.
Qan təzyiqini tənzimləyə bilər: Kaliumla zəngin olduğundan ürək-damar sisteminə müsbət təsir edir.
Qidalandırıcı və toxluqvericidir: Az kalorili olması səbəbilə həm sağlam qida kimi, həm də pəhriz menyularında istifadə olunur.
Dəriyə xeyirlidir: Antioksidant təsiri ilə dərinin cavan görünməsinə dəstək olur.
Uzmanlar bildirirlər ki, əzgili həm təzə, həm də qurudulmuş formada istehlak etmək mümkündür. Xüsusilə mövsümündə müntəzəm olaraq istifadə edilməsi orqanizmə təbii vitamin dəstəyi verir.
Meyvənin dadına alışmamış olanlar üçün bir qədər turş və büzücü gələ bilsə də, əzgilin sağlamlığa olan müsbət təsirləri onu qış aylarının ən faydalı təbii qidalarından birinə çevirir.
Hüseyn Son.az
Dünyanın bir çox şəhərləri yalnız tarixi və memarlığı ilə deyil, h�
Berqamot çay kimi tanınsa da, əslində, onun sitrus bitkisi olduğundan çoxl
Bu məhsullar qan damarları, saç və dəri üçün faydalıdır, gəncliyi və
Tənəffüs yolları infeksiyalarının artdığı bu günlərdə bağırsaq sa�
Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Məlum olduğu kimi, bu il bütün növ pensiyalar artırılması nəzərdə tut
2025-ci ilin yanvar-oktyabr aylarında Gürcüstanın armud idxalı artıb.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bir çox insan yaşıl çayın tərkibindəki kafeinin təzyiqi qaldıracağınd
"Vaqif Gərayzadənin sözündən çıxmarıq, "W-trio" qızları
İsveçrə polisi Yeni il gecəsi Krans-Montana kurortundakı barların birində
Dünya Bankı 2026-cı ildə qlobal iqtisadiyyatın orta hesabla 2,7% artacağı
Müasir avtomobil istehsalçıları hər yeni modeli "ən qabaqcıl" t
İstanbulda güclü yağan qar və buzlanma riski ilə əlaqədar 5 rayonda okty
Son.az 2 yanvar 2026-cı il üçün günün ulduz falını təqdim edir:
