Bu tavalar Avropada qadağan olundu xəstəlik YAYIR
Dünya 01 Yan 2026 14:50:00 62 0
Avropada insan sağlamlığı və ətraf mühit üçün risk yaradan, ağır kimyəvi maddələr kimi tanınan perfloroalkil və polifloroalkil maddələrin (PFAS) bir sıra istehlak məhsullarının istifadəsi bugündən qadağan olunub.
Bu xəbəri də oxu: Rubio Lavrovla danışıqlar zamanı "Xaç atası" filmindən sitat gətirib
Son.az Bakupost.az-a istinadla xəbər verir ki, Avropa Birliyində 2020-ci ildən etibarən teflon örtüklərlə bağlı məhdudiyyətlər tətbiq olunsa da, bu məhsullar milyonlarla istehlakçı tərəfindən istifadədə qalmaqda idi. Rəsmi mediada dərc olunan yeni qərarnaməyə əsasən, 1 yanvardan başlayaraq teflon tavaların istifadəsi qadağan olunur. Qərarın əsas səbəbi bu məhsullarda PFAS maddələrinin yüksək miqdarda olmasıdır.
Yeni tənzimləməyə əsasən, bu gündən (yanvarın 1-i) etibarən tekstil məmulatları, ayaqqabılar, kosmetik məhsullar, eləcə də xizəklərdə istifadə olunan mum kimi bəzi istehlak mallarında PFAS maddələrinin istifadəsinə icazə verilməyəcək. Qaydalar birlik ərazisində istehsal edilən, satışa çıxarılan, idxal olunan və ixrac edilən yeni məhsullara şamil ediləcək.
Qadağa bütün məhsul kateqoriyalarını əhatə etmir. Ordu üçün nəzərdə tutulan xüsusi təhlükəsizlik avadanlıqları və strateji təyinatlı məhsullar tənzimləmədən kənarda saxlanılıb. Rəsmi qurumlar bu istisnaların milli təhlükəsizlik və müdafiə zərurəti ilə bağlı olduğunu bildirirlər.
Qərarnaməyə görə, 1 yanvar 2026-cı ilədək istehsal edilmiş və hazırda anbarlarda mövcud olan PFAS tərkibli məhsulların bazardan çıxarılması üçün şirkətlərə 12 aylıq keçid müddəti tanınıb. Bu dövrdə mövcud ehtiyatların satışına icazə veriləcək.
Türkiyənin yaşayan musiqi əfsanəsi İbrahim Tatlısəsin son görüntüsü
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər icbari tibbi
ABŞ Prezidenti Donald Tramp və ailəsinin sərvəti bir il yarımdan az müdd�
Ötən gecə Suriyanın şimal-qərbində, Hələbin Bab əl-Fərəc rayonunda t
İki növ yanacağın bahalaşması fonunda bəzi avtomobillərin qiymətlərind
Aktrisa Pərvin Abiyevan sərvət dəyərində olan bağ evindən görüntü ya
Rusiya Federasiyası İstintaq Komitəsinin müstəntiqləri Xerson vilayətind�
Xüsusilə külli miqdarda narkotik vasitə bu dəfə "qarpız" yükü
Bricit Bardonun ailəsi mərhum aktrisa üçün rəsmi tədbirdən imtina edib v
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin həlli üç
Bakıda və Abşeron yarımadasında yanvarın 2-də günün birinci yarısında
Bu gündən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkədə qald
Üç uşaq anası olan məşhur türkiyəli aktrisa Bergüzar Korel son görünt
