İtən robot 9 ay sonra qorxulu məlumatlarla geri döndü
Dünya 01 Yan 2026 08:08:00 78 0
Avstraliyalı alimlərin Antarktidada itirdiyi okean robotu 9 ay sonra üzə çıxaraq Denman Buzlağının altındakı isti suların əriməni sürətləndirdiyini və böyük təhlükə yaratdığını sübut edib.
Bu xəbəri də oxu: Metroda and içəcək
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Avstraliya Milli Elmi Agentliyi (CSIRO) tərəfindən Totten Buzlağını araşdırmaq üçün göndərilən sərbəst üzən okean robotu axınlara qapılaraq marşrutundan çıxıb və doqquz ay ərzində itib.
Alimlərin artıq ümidini kəsdiyi cihaz gözlənilmədən su səthinə çıxaraq, çatılması ən çətin bölgələrdən biri olan Denman Buzlağının altından kritik məlumatlarla geri dönüb.
Robotun təqdim etdiyi nadir məlumatlar Şeklton (Shackleton) Buz Şelfinin hazırda təhlükəsiz olduğunu, lakin Denman Buzlağının altında isti su kütlələrinin mövcud olduğunu və bunun əriməyə səbəb verdiyini göstərib.
Təkbaşına qlobal dəniz səviyyəsini təxminən 1,5 metr yüksəltmə potensialına malik olan bu buzlaq sahil zolaqları üçün ciddi təhlükə yaradır.
Cihaz buz şelfinin altında sıxışıb qaldığı müddətdə səthə çıxmağa çalışarkən dəydiyi nöqtələrdə dərinlik, duzluluq və temperatur ölçmələri apararaq Şərqi Antarktidanın altındakı ilk okean məlumatlarını qeydə alıb.
Məlumata görə, bu tapıntılar gələcəkdə oxşar robotların daha uzaq və riskli bölgələrə göndərilərək həyati əhəmiyyətli iqlim məlumatları toplaya biləcəyini sübut edib.
Orijinal trilogiyanın əsas aktyor heyəti "Ouşenin 14 dostu" filmin
Müğənni Fədayə Laçının sosial şəbəkədəki canlı yayımı diqqətdə
Audi A4-ın 2013-2015 illərinə aid modellərini almaq istəyənlər üçün m�
Mütəxəssislər acqarına bəzi qidaların qəbulunun sağlamlıq üçün risk
Rusiya şou-biznesində ən çox evlənən sənətçilərin adları açıqlanıb
Səhərlər qəbul edilən bəzi içkilərin insan sağlamlığına müsbət tə
"Bilmirsiniz ki, əriniz kimin yanındadır?"
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə X
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü mün
İqtisadi inkişafa gəldikdə, biz bu il əldə olunmuş uğurlarla fəxr edə
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı M
2026-cı ilin ilk günü, yeni bir dövrün başlanğıcı və təzə ümidləri
Bir çox beynəlxalq təşkilatlarla sıx əlaqələrimiz bizim maraqlarımıza
Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar.
Biz döyüş meydanında qan tökərək, şəhidlər verərək şanlı Qələbə
