Kamaləddin Qafarov: Vətən müharibəsində xalq Ali Baş Komandanın qətiyyətinə şahid oldu


Digərləri 31 Dek 2025 13:20:00 62 0

Kamaləddin Qafarov: Vətən müharibəsində xalq Ali Baş Komandanın qətiyyətinə şahid oldu

"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müstəqil Azərbaycanın formalaşdırdığı qlobal siyasi konsepsiyalardan biridir. XXI əsrin yeni geosiyasi nizamında diasporun gücü təkcə mədəni eyniliklə deyil, həm də siyasi, informasiya və strateji təsir imkanları ilə ölçülür. Bu mənada həmrəylik gününün mahiyyəti yalnız emosional birlik deyil, dövlətlə diaspor arasındakı əlaqələrin müasir çağırışlara uyğunlaşdırılmış siyasi strukturudur. Dünya azərbaycanlılarının ən yüksək səviyyədə həmrəyliyini və təşkilatlanmalarını daim xüsusi diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqımızın birliyinə və ideoloji həmrəyliyinə nail olmuşdur. 1991-ci ilin dekabr ayının 16-da, Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan olunması barədə qanun qəbul etdi və artıq 34 ildir ki, bütün dünya azərbaycanlıları rəsmən bu günü bayram kimi qeyd edirlər".

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili daha sonra dünya azərbaycanlılarının həmrəyliyinin ən bariz təzahürlərinin II Qarabağ müharibəsi dövründə müşahidə olunduğunu vurğulayaraq bunları deyib: "Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində xaricdə yaşayan soydaşlarımız öz birliklərini və Azərbaycanla həmrəyliklərini düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları ilə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri ilə nümayiş etdirdilər. Müharibə zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Vətən müharibəsi müddətində xalqımız hər gün öz Ali Baş Komandanının yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Məhz cənab Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi bütün xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Azərbaycan tarixi Qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etdi. Möhtərəm Prezidentimizin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. 2022-ci ildə Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşa şəhərində keçirilməsi eyni zamanda həm mənəvi, həm də siyasi baxımdan son dərəcə böyük əhəmiyyət kəsb edən bir hadisə oldu. Şuşa təkcə ölkəmizdə deyil, bütün dünyada yaşayan Azərbaycanlıların doğma şəhəri olaraq şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edilmiş, xalqımızın, dövlətimizin tarixi Zəfərinin ən möhtəşəm mücəssəməsi olmuşdur. Cənab Prezident İlham Əliyevin dediyi kimi, dünya azərbaycanlıları Şuşada sözün əsil mənasında özlərinin Zəfər qurultaylarını keçiriblər. Müharibədən sonra keçən illər ərzində davamlı olaraq ardı gələn digər parlaq nailiyyət və qələbələr qürurumuzu daha da artırdı. Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü şəkildə atdığı hər bir addım, verdiyi hər bir qərar Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, mövqelərinin daha da möhkəmlənməsinə səbəb oldu" - deyə, Kamaləddin Qafarov fikirlərini tamamlayıb.

Vüsalə Yeni il FOTOları ilə diqqət çəkdi like
  • 31 Dek 13:09  
Şou-biznes Vüsalə Yeni il FOTOları ilə diqqət çəkdi

Tele-aparıcı Vüsalə Əlizadə yeni fotosessiyası ilə diqqət çəkib.

arrow Ətraflı
Bu qidalar bağırsaqlarınızı səssizcə MƏHV EDİR like
  • 31 Dek 12:53  
Digərləri Bu qidalar bağırsaqlarınızı səssizcə MƏHV EDİR

Bağırsaqlarınıza zərər verə bilən qidalar: həkimlər təhlükəli məhs

arrow Ətraflı
ABŞdə güclü zəlzələ oldu like
  • 31 Dek 12:50  
Dünya ABŞdə güclü zəlzələ oldu

ABŞ-nin Kaliforniya ştatının şimalında 5 maqnitudalı zəlzələ qeydə al

arrow Ətraflı
Bayram günü ağır QƏZA: like
  • 31 Dek 12:37  
Digərləri Bayram günü ağır QƏZA:

Lerikdə avtomobil dərəyə aşıb, 6 nəfər xəsarət alıb.

arrow Ətraflı
Yeni ilin ilk gününün like
  • 31 Dek 12:25  
Digərləri Yeni ilin ilk gününün

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı
Gülbenin hicablı qadının əlini tutmaması müzakirə yaratdı like
  • 31 Dek 12:23  
Şou-biznes Gülbenin hicablı qadının əlini tutmaması müzakirə yaratdı

Müğəni Gülben Ergenin halay zamanı hicablı qadının əlini tutmaması mü

arrow Ətraflı
Əsgərin atasına sürprizi KÖVRƏLTDİ like
  • 31 Dek 12:08  
Digərləri Əsgərin atasına sürprizi KÖVRƏLTDİ

Sosial şəbəkələrdə yayılan bir video qısa zamanda böyük maraq doğurub

arrow Ətraflı
Film kimi soyğunçuluq: 30 milyon avro OĞURLANDI like
  • 31 Dek 11:53  
Dünya Film kimi soyğunçuluq: 30 milyon avro OĞURLANDI

Naməlum şəxslər Almaniyanın Helsenkirxen şəhərindəki "Sparkasse&qu

arrow Ətraflı
“Ən çox hörmət olunanlar fahişələrdir” like
  • 31 Dek 11:38  
Şou-biznes “Ən çox hörmət olunanlar fahişələrdir”

Əməkdar artist Azər Axşamın paylaşımı marağa səbəb olub.

arrow Ətraflı
"Disney" 10 milyon like
  • 31 Dek 11:09  
Dünya "Disney" 10 milyon

ABŞ Ədliyyə Nazirliyi "Disney"i YouTube-da uşaqların məlumatlar�

arrow Ətraflı
Həmkarını ələ saldı: "O müğənni adını çəkdiyi kanala belə buraxılmır" like
  • 31 Dek 10:55  
Şou-biznes Həmkarını ələ saldı: "O müğənni adını çəkdiyi kanala belə buraxılmır"

Müğənni Yeganə Mürsəlova həmkarına sərt sözlərlə reaksiya verib.

arrow Ətraflı
​İşıq və qazda yeni TARİF: istifadə olmayan aylarda da like
  • 31 Dek 10:47  
Digərləri ​İşıq və qazda yeni TARİF: istifadə olmayan aylarda da

Yeni sabit tarifin tətbiq edilməsi qazın və elektrikin tarifinin hesablanmas

arrow Ətraflı
İstanbulda İŞİD əməliyyatı  çox sayda like
  • 31 Dek 10:46  
Digərləri İstanbulda İŞİD əməliyyatı çox sayda

İstanbulda İŞİD-ə qarşı növbəti əməliyyat baş tutub.

arrow Ətraflı
Qəzzada yeni hökumətin qurulması üçün şərtini açıqladı like
  • 31 Dek 10:41  
Dünya Qəzzada yeni hökumətin qurulması üçün şərtini açıqladı

İsrailin Baş naziri Beniyamin Netanyahu Qəzza zolağında gələn il yeni hö

arrow Ətraflı