Mağaza yoxdursa, çatdırılma haqqı verməliyikmi? AÇIQLAMA


Digərləri 30 Dek 2025 15:50:00 65 0

Mağaza yoxdursa, çatdırılma haqqı verməliyikmi?  AÇIQLAMA

Son illərdə onlayn alış-verişin geniş yayılması bir çox üstünlüklərlə yanaşı, müəyyən sualları da gündəmə gətirir. Belə hallardan biri də fiziki mağazası olmayan şirkətlərdən edilən sifarişlər zamanı alıcının çatdırılma haqqı ödəməyə məcbur qalmasıdır.

Bu xəbəri də oxu: Bəxtiyar Əliyevə ağır itki

Əgər müştəri konkret bir məhsulu mağazadan almaq imkanına malikdirsə, lakin rahatlıq baxımından çatdırılmanı seçirsə, bu zaman çatdırılma haqqının tətbiq edilməsi normal qarşılanır. Lakin bəzi hallarda fiziki satış nöqtəsi ümumiyyətlə olmadığından və alıcı məhsulu yalnız onlayn sifarişlə əldə edə bildiyindən, məcbur qalıb çatdırılma üçün əlavə ödəniş edir.

Maraqlıdır, mağaza yoxdursa, çatdırılma haqqının ödənilməsi alıcının məsuliyyəti sayılmalıdırmı?

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Son.az-ın sorğusuna cavab olaraq bildirilib ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, satıcı (icraçı) istehlakçını maraqlandıran malın, işin və ya xidmətin qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.

"Elektron ticarət haqqında" Azərbaycan Respublikası Qanununa görə, Azərbaycan Respublikasında elektron ticarət iştirakçıların iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə əsaslanır.

Həmin Qanuna görə, alıcı sifariş verməzdən əvvəl satıcı tərəfindən təchizatçının adı, ünvanı, malların, işlərin və ya xidmətlərin xüsusiyyətləri barədə əsas məlumatlar, vergilər nəzərə alınmaqla malların qiymətləri, çatdırılma nəzərdə tutulduqda, onun xərci və digər şərtləri, ödəniş və sifarişin icra olunma şərtləri barədə, habelə sözügedən qanunvericiliklə müəyyən edilmiş digər məlumatlarla təmin olunmalıdır.

Qeyd olunub ki, qanunvericiliyin tələbindən göründüyü kimi, çatdırılma xərci və şərtləri barədə öncədən istehlakçılara düzgün və dolğun məlumat verilməlidir. Həmçinin əşyanı nümunəyə və ya təsvirə əsasən satarkən satıcı alıcıya nümunəyə və ya təsvirə uyğun gələn əşya verməyə borcludur.

"İstehlakçılar mal (iş, xidmət) ilə bağlı dolğun və düzgün məlumat almaq hüquqlarının pozulması halları ilə üzləşən zaman Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt  ([email protected]) vasitəsilə müraciət edə bilərlər".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub  Hüseynov Son.az-a açıqlamasında bildirib ki, bu məsələ mağazanın öz siyasətidir:

"Çatdırılmanın ödənişli olub-olmamasını yalnız satıcı müəyyən edə bilər".

Mina Mikayılova Son.az

Əli Əsədov qərar imzaladı like
  • 30 Dek 15:21  
Digərləri Əli Əsədov qərar imzaladı

Bəzi məhsullarına idxal zamanı tətbiq edilən gömrük rüsumu və aksiz d�

arrow Ətraflı
Zelenski müharibə bitdikdən sonra istefa verəcək? like
  • 30 Dek 15:15  
Dünya Zelenski müharibə bitdikdən sonra istefa verəcək?

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsi başa çatdı

arrow Ətraflı
2025ci ildə ən pis smartfon istehsalçılarının adları açıqlandı like
  • 30 Dek 15:00  
Digərləri 2025ci ildə ən pis smartfon istehsalçılarının adları açıqlandı

"Android Authority" 2025-ci ilin ən pis Android smartfon istehsalçı

arrow Ətraflı
Yeni ilə həsr olunmuş inklüziv “Arzuların Rəngi” bayramı keçirilib like
  • 30 Dek 14:54  
Kriminal Yeni ilə həsr olunmuş inklüziv “Arzuların Rəngi” bayramı keçirilib

Şərq Bazarında Psixoloji Mərkəz Soulmind tərəfindən təşkil olunan inkl

arrow Ətraflı
Dizelin qiyməti 10 qəpik bahalaşıb like
  • 30 Dek 14:39  
Digərləri Dizelin qiyməti 10 qəpik bahalaşıb

Dizelin qiyməti 10 qəpik bahalaşıb.

arrow Ətraflı
Elektrik enerjisi və təbii qaz üzrə sabit tariflər müəyyənləşdirilib like
  • 30 Dek 14:33  
Digərləri Elektrik enerjisi və təbii qaz üzrə sabit tariflər müəyyənləşdirilib

"Elektroenergetika haqqında" və 2026-cı il 1 yanvar tarixindən qü

arrow Ətraflı
Aİ92 markalı benzinin qiyməti 5 qəpik bahalaşıb like
  • 30 Dek 14:31  
Digərləri Aİ92 markalı benzinin qiyməti 5 qəpik bahalaşıb

Aİ-92 markalı benzinin qiyməti 5 qəpik bahalaşıb.

arrow Ətraflı
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olundu like
  • 30 Dek 14:28  
Digərləri Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olundu

Tehranda Milad əşyaları satan mağazalarda, xüsusilə "Santa Klaus"

arrow Ətraflı
DİN bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət ETDİ like
  • 30 Dek 14:23  
Digərləri DİN bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət ETDİ

"Bayram günlərində paytaxtdan bölgələrimizə üz tutan, tətil ərəf

arrow Ətraflı
İsveçdə vəfat edən Milli Qəhrəmanımızın nəşi Azərbaycana gətiriləcək like
  • 30 Dek 14:15  
Digərləri İsveçdə vəfat edən Milli Qəhrəmanımızın nəşi Azərbaycana gətiriləcək

Diasporla İş üzrə Dövlət Komitəsi İsveçrənin Malmö şəhərində vəf

arrow Ətraflı
Bakıda sərnişin taksi sürücüsünün pulunu oğurladı like
  • 30 Dek 14:06  
Digərləri Bakıda sərnişin taksi sürücüsünün pulunu oğurladı

Paytaxtın Qaradağ rayonunda oğurluq hadisələri baş verib.

arrow Ətraflı
ASCOdan Azərbaycan və Türkiyə gəmilərinin toqquşması ilə bağlı AÇIQLAMA like
  • 30 Dek 14:05  
Digərləri ASCOdan Azərbaycan və Türkiyə gəmilərinin toqquşması ilə bağlı AÇIQLAMA

İstanbulun Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda müşahid

arrow Ətraflı
Azərbaycanda etibarlı dezinfeksiya şirkəti necə seçilməlidir? like
  • 30 Dek 14:03  
Digərləri Azərbaycanda etibarlı dezinfeksiya şirkəti necə seçilməlidir?

Son illərdə Azərbaycanda evlərdə, ofislərdə və ictimai obyektlərdə san

arrow Ətraflı
Hindistanda dəhşətli yolnəqliyyat hadisəsi – like
  • 30 Dek 13:52  
Dünya Hindistanda dəhşətli yolnəqliyyat hadisəsi –

Hindistanın Dehli şəhəri yaxınlığında baş verən dəhşətli yol-nəqli

arrow Ətraflı
Həmin cərimələr 10 dəfəyə qədər artırılır like
  • 30 Dek 13:46  
Digərləri Həmin cərimələr 10 dəfəyə qədər artırılır

Vergi hesabatlarının və dövlət rüsumunun tutulması barədə hesabatların

arrow Ətraflı