Bu ilin səsküylü cinayətləri Onların həbsi hamını şoka saldı


Digərləri 30 Dek 2025 11:47:00 90 0

Bu ilin səsküylü cinayətləri  Onların həbsi hamını şoka saldı

Sabah başa vurmağa hazırlaşdığımız 2025-ci il həm də Azərbaycanın hüquq-mühafizə orqanlarının keçirdiyi çoxsaylı əməliyyatlar, səs-küylü həbslərlə yadda qaldı. Hətta bu il elə cinayətlərin üstü açıldı, özünü "toxunulmaz" sayan elə oliqarxların tifağı dağıldı ki, yatsalar, yuxularına belə girməzdi.

Son.az xəbər verir ki, qafqazinfo.az bu dəfə ölkə gündəmini dəyişən həmin hadisələri yada salıb:

Ramiz Mehdiyev: Nəinki ilin, az qala, əsrin ən sensasiyalı cinayət fiquru

Uzun illər möhkəm mövqedə olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə cinayət işi başlanaraq ev həbsinə alınması ölkə gündəmini silkələdi. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, dövlətə xəyanət kimi ağır cinayətlərdə ittiham olunan "boz kardinal" hazırda istintaq altındadır. İllərdir alışdığı vəziyyətdən fərqli olaraq bu dəfə sorğulanan Mehdiyev özüdür.

Adnan Əhmədzadə: İlk dəfə eşidəndə heç kim inanmadı

Bu il yalnız ölkədə deyil, dünyada tanınan iş adamı Adnan Əhmədzadənin cinayət əməllərinin də üstü açıldı. Əhmədzadə Azərbaycan neftinin digər xam neft məhsulları ilə qarışdırılmasından sonra ifşa edildi. Bir il əvvəl yeni ili xarici ölkələrdə şampan partlatmaqla qeyd edən Əhmədzadə 2026-nı DTX təcridxanasında qarşılayacaq.

Əli Kərimli və Eldar Əmirov

Ramiz Mehdiyev zərərsizləşdiriləndən sonra onun adamları olduğu deyilən şəxslərə də növbə çatdı. AXCP sədri Əli Kərimli və R.Mehdiyevin köməkçisi Eldar Əmirov da elə keçmiş PA rəhbəri ilə eyni cinayət işi üzrə ittiham olunaraq həbs edildilər. 

Abbas Abbasov

Ramiz Mehdiyevin DXT-də istintaq olunan cinayət işi üzrə Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun da qanunsuz əməllərinin üstü açılıb. Abbasov ölkədə olmadığından hələlik həbs edilməsi mümkün olmayıb. İstintaqdan gizləndiyi üçün onun barəsində axtarış elan edilib.

Musa Şəkiliyev və İslam Rzayev

DTX bir neçə illik aradan sonra məhz 2025-ci ildə iki rayonda icra başçıları ilə əlaqədar əməliyyat keçirdi. Qara maskalılar bu dəfə Qax və Balakən İcra Hakimiyyətlərinə girdilər. Əməliyyat nəticəsində icra başçıları Musa Şəkiliyev və İslam Rzayev qandallandı. Eks-məmurlar qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə, təkrar rüşvət almaqda təqsirləndirilirlər. 

Saleh Səmədov: Ağsaqqalın ifşası

Faşizm üzərində Qələbə Günü - mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov da bu il həbs edilib. Ağ saqqalına yaraşmayan hərəkətləri ilə yadda qalan Səmədov külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Ruslan Eyyubov: Xəzər dənizinin onlardan təmizlənmə əməliyyatı

2025-ci ilin bitməsinə az qalmış Baş Prokurorluq keçirdiyi geniş əməliyyatlarla gündəmi yenidən dəyişdi. Bu dəfə ölkəyə dəniz vasitəsilə daşınan milyonlarla manatlıq siqaret qaçaqmalçılığının üstü açıldı. Şok sayılan detal isə odur ki, bu cinayətin arxasından tanınmış iş adamı, Prezidentin Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov da çıxdı. Bədii ifadə etsək, Eyyubov hazırda Kürdəxanı təcridxasında barəsindəki çoxsaylı ittihamları oxuyur.

Rəşad Daşdəmirov

Ruslan Eyyubovun qaçaqmalçılığa şərait yaratmaqda ittiham olunan limanının rəisi Rəşad Daşdəmirov da eyni cinayətlərlə bağlı həbsə göndərildi.

Yusif Baqiyev

Bu il də polis və prokurorluq orqanları qanunsuz mərc oyunlarına qarşı silsilə əməliyyatlar keçirib. Bu əməliyyatlar nəticəsində "qumar kralı" kimi tanınan Yusif Baqiyev həbs edildi. Qumardan gələn pullarla çoxsaylı əmlaka sahiblənən Yusifin cinayət işi məhkəmə araşdırmasındadır.

Rəqsanə İsmayılova

İlan ili şou-biznes nümayəndələrindən də bəzilərinin yolunu təcridxanaya saldı. Onlardan məşhur müğənni Rəqsanə İsmayılova polis tərəfindən 1 milyonluq dələduzluq ittihamı ilə həbsə düşdü.

Beləliklə, yekun olaraq onu deyə bilərik ki, bütün həbslər ən başlıcası bir mesaj verir: "Heç kim qanundan üstün deyil!" Sən Ramiz Mehdiyev, Adnan Əhmədzadə olsan belə, qanunu pozduğun halda əvvəl-axır özünü soyuq məhkəmə divarları arasında tapacaqsan. 

"Banu Günel"in arxiv VİDEOsu yayıldı  Rozaya like
  • 30 Dek 11:45  
Şou-biznes "Banu Günel"in arxiv VİDEOsu yayıldı Rozaya

"Space TV"də yayımlanan "Banu" verilişinin keçmiş apar�

arrow Ətraflı
Əminağa Sadıqovun elmi adı ləğv edildi like
  • 30 Dek 11:37  
Digərləri Əminağa Sadıqovun elmi adı ləğv edildi

Sumqayıt Dövlət Universitetinin rektor əvəzi, Azərbaycan Milli Elmlər Aka

arrow Ətraflı
Naxçıvanda qarın hündürlüyü 40 smə çatıb like
  • 30 Dek 11:31  
Digərləri Naxçıvanda qarın hündürlüyü 40 smə çatıb

Naxçıvanda qarın hündürlüyü 40 sm-ə çatıb.

arrow Ətraflı
Xalq artistinin müğənni qızının FOTOsu təəccübləndirdi like
  • 30 Dek 11:11  
Şou-biznes Xalq artistinin müğənni qızının FOTOsu təəccübləndirdi

Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova yeni foto

arrow Ətraflı
Azərbaycanda bu vəzifə süni intellektə həvalə olundu like
  • 30 Dek 10:54  
Digərləri Azərbaycanda bu vəzifə süni intellektə həvalə olundu

Bu il Azərbaycanda siyasi fəaliyyət sahəsində diqqətçəkən bir yenilik q

arrow Ətraflı
30 yaşdan sonra nə yemək olmaz? like
  • 30 Dek 10:42  
Digərləri 30 yaşdan sonra nə yemək olmaz?

30 yaşdan sonra məhdudlaşdırılması tövsiyə olunan qidalar açıqlanıb.

arrow Ətraflı
Bu gün ölkədə qısa iş günüdür like
  • 30 Dek 10:37  
Digərləri Bu gün ölkədə qısa iş günüdür

Azərbaycanda bu gün qısa iş günü tətbiq olunur.

arrow Ətraflı
Özündən 21 yaş kiçik sevgilisi ilə EVLƏNİR like
  • 30 Dek 10:15  
Şou-biznes Özündən 21 yaş kiçik sevgilisi ilə EVLƏNİR

"Master Chef Türkiyə" proqramı ilə şöhrət qazanan aşpaz Somer

arrow Ətraflı
Vətən Müharibəsi Qəhrəmanının anası vəfat etdi like
  • 30 Dek 10:12  
Digərləri Vətən Müharibəsi Qəhrəmanının anası vəfat etdi

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən M

arrow Ətraflı
Gəncədə avtoxuliqanlıq edən “Changan” sürücüsü həbs edildi like
  • 30 Dek 09:55  
Digərləri Gəncədə avtoxuliqanlıq edən “Changan” sürücüsü həbs edildi

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçiril�

arrow Ətraflı
"Atamın kimliyini niyə dəfələrlə soruşursunuz?" like
  • 30 Dek 09:45  
Şou-biznes "Atamın kimliyini niyə dəfələrlə soruşursunuz?"

Rəqqasə Rəqsanə İsmayılovanın "Yana" ləqəbi ilə tanınan mü

arrow Ətraflı
Biləsuvar və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq like
  • 30 Dek 09:39  
Digərləri Biləsuvar və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq

Bu gün Biləsuvar və Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin

arrow Ətraflı
Qapalı məkanlarda maska taxın!  Nazirlikdən əhaliyə müraciət like
  • 30 Dek 09:32  
Digərləri Qapalı məkanlarda maska taxın! Nazirlikdən əhaliyə müraciət

Səhiyyə Nazirliyi bayram və istirahət günləri ilə əlaqədar əhaliyə m�

arrow Ətraflı
Qaxda avtomobil ağaca çırpıldı, sürücü öldü like
  • 30 Dek 09:27  
Digərləri Qaxda avtomobil ağaca çırpıldı, sürücü öldü

Dekabrın 30-da saat 01 radələrində Qax rayonu ərazisində "VAZ-21099&q

arrow Ətraflı