Filarmoniyada “Kamera Musiqisi Axşamı” adlı möhtəşəm konsert proqramı təqdim olundu FOTO


Kriminal 29 Dek 2025 18:19:00 77 0

Filarmoniyada “Kamera Musiqisi Axşamı” adlı möhtəşəm konsert proqramı təqdim olundu  FOTO

M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Kamera Musiqisi Axşamı" adlı möhtəşəm konsert proqramı təqdim olundu. Yüksək bədii səviyyəsi və seçilmiş repertuarı ilə seçilən bu musiqi gecəsi dinləyicilərin yaddaşında dərin iz buraxdı. Konsertin birinci hissəsində mahir pianoçu Murad Adıgözəlzadə Azərbaycan Dövlət Simli Kvarteti ilə birgə Robert Schumann'ın Piano kvintetini (Es-dur, op. 44) ifa etdi. Kvartetin üzvləri - Nəzrin Aslanlı (violin), Xəyalə Abdullayeva (violin), Vaxtanq İmanov (viola), Aleksey Miltıx (violonçel) - piano ilə mükəmməl ansambl vəhdəti yaradaraq əsərin romantik lirikasını, dramatik gərginliyini və emosional dərinliyini incəliklə dinləyicilərə təqdim etdilər. İfa o qədər bütöv və ahəngdar səslənirdi ki, sanki bütün musiqi materialı tək bir ifaçının nəfəsi ilə canlanırdı. Axşamın ikinci hissəsində isə Azərbaycanın görkəmli pianoçusu Fərhad Bədəlbəyli Simli Kvartetlə birgə Johannes Brahms'ın Piano kvintetini (f-moll, op. 34) səsləndirdi. Dərin fəlsəfi məzmunu və mürəkkəb dramaturgiyası ilə seçilən bu monumental əsərin yüksək peşəkarlıqla təqdimatı dinləyicilərə zəngin estetik zövq yaşatdı. İfaçıların virtuozluğu və musiqi mətninə emosional, həssas münasibəti konsertin kulminasiya nöqtəsinə çevrildi. "Kamera Musiqisi Axşamı" konserti bir daha sübut etdi ki, Azərbaycan musiqi mühiti yüksək səviyyəli ansambl ifaları və musiqi tarixinin dəyərli nümunələrinin peşəkar təqdimatı ilə zəngindir. Gecə uzun sürən alqışlar və dinləyicilərin böyük rəğbəti ilə yadda qaldı.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.A

Ramil Qasımovdan bayram töhfəsi: İki saatlıq mikrofonsuz, tam canlı performans  FOTO like
  • 29 Dek 18:04  
Kriminal Ramil Qasımovdan bayram töhfəsi: İki saatlıq mikrofonsuz, tam canlı performans FOTO

"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin təşkilatçı

arrow Ətraflı
"Fatimənin anası məni yığıb nələr dedi..." like
  • 29 Dek 17:43  
Şou-biznes "Fatimənin anası məni yığıb nələr dedi..."

Rəqqasə Röya Əliyeva həmkarı Fatimə Fətəliyeva ilə yaşanan qalmaqala

arrow Ətraflı
Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" operettasının tamaşası keçirildi like
  • 29 Dek 17:42  
Kriminal Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" operettasının tamaşası keçirildi

Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasının Konsert Salonunda

arrow Ətraflı
Nəsiminin icra başçısı vəzifəsindən azad edildi like
  • 29 Dek 17:38  
Siyasət Nəsiminin icra başçısı vəzifəsindən azad edildi

Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin

arrow Ətraflı
Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib  FOTO like
  • 29 Dek 17:37  
Kriminal Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib FOTO

Dekabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyi

arrow Ətraflı
Rusiya bu ərazini nəzarətə götürdü like
  • 29 Dek 17:23  
Digərləri Rusiya bu ərazini nəzarətə götürdü

Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində yerləşən Dibrova yaşayı�

arrow Ətraflı
Xırdalanda acınacaqlı vəziyyət  like
  • 29 Dek 17:16  
Digərləri Xırdalanda acınacaqlı vəziyyət

Sosial şəbəkələrdə Xırdalan şəhərinin böyük hissəsində evlərin ti

arrow Ətraflı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ like
  • 29 Dek 16:56  
Digərləri Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Dekabrın 30-31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər b

arrow Ətraflı
Avtobus sürücüsünün telefonunu ələ keçirən şəxs saxlanıldı like
  • 29 Dek 16:50  
Digərləri Avtobus sürücüsünün telefonunu ələ keçirən şəxs saxlanıldı

Polis avtobus sürücüsünün telefonunu ələ keçirən şəxsi saxlayıb.

arrow Ətraflı
Zaurun efirdə çətin anları like
  • 29 Dek 16:43  
Şou-biznes Zaurun efirdə çətin anları

Zaur Baxşəliyev aparıcısı olduğu "Bizimləsən" verilişində g�

arrow Ətraflı
Putin qanun imzaladı like
  • 29 Dek 16:33  
Digərləri Putin qanun imzaladı

Rusiya Prezidenti Vladimir Putin aprelin 19-nun keçmiş SSRİ xalqlarına qarş

arrow Ətraflı
Emin Əmrullayev onu özünə müşavir təyin etdi like
  • 29 Dek 16:28  
Digərləri Emin Əmrullayev onu özünə müşavir təyin etdi

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nizami Yusifli naz

arrow Ətraflı
Bədəndə iltihabı artıran "SAĞLAM" vərdişlər like
  • 29 Dek 16:16  
Digərləri Bədəndə iltihabı artıran "SAĞLAM" vərdişlər

Gündəlik vərdişlərin bəziləri faydalı görünsə də, sağlamlığa z

arrow Ətraflı