Gələn ildən özəl sektorda işləyən şəxslərin maaşından vergi tutulacaq
Digərləri 29 Dek 2025 14:02:00 84 0
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutulacaq.
Bu xəbəri də oxu: Alimlərdən xəbərdarlıq: Çatbotlar psixi problemləri dərinləşdirə bilər
Son.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Sənədə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı göstərilən dərəcələrlə tutulacaq.
2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək aşağıdakı cədvələ uyğun olaraq:
Vergi tutulan aylıq gəlirin məbləği Verginin dərəcəsi 2500 manatadək 3 faiz 2500 manatdan 8000 manatadək 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi 8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faiz2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək aşağıdakı cədvələ uyğun olaraq:
Vergi tutulan aylıq gəlirin məbləği Verginin dərəcəsi 2500 manatadək 5 faiz 2500 manatdan 8000 manatadək 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi2028-ci il yanvarın 1-dən aşağıdakı cədvələ uyğun olaraq:
Vergi tutulan aylıq gəlirin məbləği Verginin dərəcəsi 2500 manatadək 7 faiz 2500 manatdan 8000 manatadək 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi 8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faiziMövcud qanunvericiliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:
Vergiyə cəlb edilən aylıq gəlir Verginin dərəcəsi 8000 manatadək 0 faiz 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faiziBildirilib ki, qeyri-neft özəl sektorda əmək haqqı gəlirləri üzrə fiskal yükün tənzimlənməsi istiqamətində aşağıdakılar həyata keçiriləcək:
proqressiv gəlir vergisi dərəcələrinin tətbiqi (aylıq gəlirin məbləğindən asılı olaraq 7% (2026-cı ildə 3%, 2027-ci ildə 5%), 10% və 14% dərəcələri ilə); sosial sığorta haqları dərəcələrinin əmək haqqının 8000 manatdan yuxarı hissəsinə görə 4 faiz azaldılaraq 25%-dən 21%-ə endirilməsi (işçi üzrə 10%, işəgötürən üzrə 11%); tibbi sığorta haqqı dərəcələrinin əmək haqqının 2500 manatdan yuxarı hissəsinə görə 4%-dən 1%-ə (işçi və işəgötürən üzrə 0,5%) endirilməsi 1 yanvar 2019-cu il tarixdən qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyən şəxslərin aylıq gəlirlərinə vergi və sosial sığorta haqları üzrə güzəşt mexanizmi tətbiq edilir.
Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbl
Məşhur fransız münəccimi Nostradamusun 2026-cı illə bağlı proqnozları
Gəncədə "Megastore" mağazasına basqın edən Nicat Abdullayevin m
Vergi Məcəlləsinə edilən bir sıra dəyişiklikləri təsdiqlənib.
Bakı-Ələt-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hiss�
"2026-cı il dövlət büdcəsi haqqında" qanunu təsdiqlənib.
Qızı tərəfindən yaşadığı evdə öldürülən məşhur türk müğənni
Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadis
Son dövrlər hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmala
Alimlərin fikrincə, çatbotlardan istifadə hər kəsdə psixoz yaratmır, lak
Əməkdar artist Sevinc Sarıyeva son açıqlaması ilə müzakirələrə səbə
Plastik cərrah, Səhiyyə Nazirliyinin eksperti Vüqar Ələkbərovla bağlı B
Həkim Yeni il bayramını mədə problemləri olmadan keçirmək üçün tövsi
