Azərbaycan, Qazaxıstan, Rusiya və ICAOnun birgə rəyi: təyyarə vurulub
Digərləri 26 Dek 2025 10:55:00 81 0
"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus "Embraer 190-100 IGW" tipli sərnişin hava gəmisinin 2024-cü il dekabrın 25-də Qazaxıstan ərazisində uğradığı qəza ilə bağlı Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının (Konvensiya) 13 saylı Əlavəsi əsasında araşdırma davam edir.
Bu xəbəri də oxu: "Mobil telefonlarda olan bakteriyalar unitazdan 18 dəfə çoxdur"
Son.az xəbər verir ki, araşdırma Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), Azərbaycan, Braziliya və Rusiya nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Bu araşdırmadan əlavə, üç ölkənin (Azərbaycan, Qazaxıstan və Rusiya) istintaq orqanları öz səlahiyyətləri çərçivəsində qəza ilə bağlı cinayət işinin istintaqını da həyata keçirir.
ICAO tələblərinə uyğun olaraq, Qazaxıstan bu il fevralın 4-də ilkin hesabat nəşr edib. İlkin hesabat yalnız aşkarlanmış faktları özündə əks etdirib və hər hansı təhlil, habelə nəticələri ehtiva etməyib.
Çikaqo Konvensiyası çərçivəsində həyata keçirilən araşdırmanın nəticələrini özündə ehtiva etməli olan yekun hesabatın tamamlanması qəzanın ildönümü tarixinə mümkün olmayıb. Məhz buna görə Qazaxıstan ICAO-nun tələblərinə uyğun olaraq aralıq bəyanatı ictimaiyyətə təqdim edib.
Aralıq bəyanat sənədində daxili partlayış faktını istisna edən oksigen balonlarının zədələnməməsi faktı vurğulanıb. Habelə hava gəmisinə zərər vurmuş partlayıcı qurğunun hissəcikləri olan kənar metal obyektlərin silah sisteminə aid olması ilə bağlı məlumat qeyd edilib. Bununla belə həmin silah sisteminin modeli barəsində məlumat aralıq bəyanat mətnində qeyd edilməyib. Xatırladaq ki, həmin silah sisteminin Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələrinə aid olması həmin ölkənin Prezidentinin siyasi bəyanatında artıq qeyd olunub.
Qeyd edək ki, növbəti mərhələdə Qazaxıstan tərəfi tamamlanmış araşdırmanın nəticələrini özündə əks etdirən yekun hesabat mətnini ictimaiyyətə təqdim etməlidir. Aralıq bəyanat sənədindən fərqli olaraq yekun hesabat sənədi daha təfərrüatlı, işin araşdırılması ilə bağlı aşkar olunmuş bütün faktiki məlumatları, qəzanın səbəbinin təhlilini və gələcəkdə bənzər qəzalara yol verilməməsi üçün tövsiyələri özündə əks etdirməlidir.
Qazaxıstan tərəfinin yaydığı hesabatdan, Azərbaycan, Rusiya, Qazaxıstan, Braziliya və ICAO ekspertlərinin ümumi rəyindən də görünür ki, təyyarə hər hansı texniki nasazlıq səbəbindən deyil, məhz kənar müdaxilə, konkret olaraq vurulma nəticəsində idarəetməni itirib və qəzaya uğrayıb.
Artıq Bakıda addımbaşı kofe satılan yer var. Hansı ki, "takeaway&quo
Astroloqların proqnozlarına görə, son illərdə maddi, emosional və peşək
Xəbər verdiyimiz kimi, dünən Sabirabadda körpünün uçması nəticəsində
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həya
Xanəndə Pərvaz İbrahimli ilə aparıcı Aysu arasında sevgi münasibətinin
Həftəiçi olmasına baxmayaraq artıq bugündən yollarda sıxlıq müəyyən
"Bakı Metropoliteni" QSC vaqon parkında ehtiyat tədbirləri güclə
Artıq bir neçə gündür Prezidentin təşəbbüsü ilə qəbul edilən amnist
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçer
Məşhur "Yaprak Dökümü" serialında "Hayriye" obrazı il
2025-ci ilin yanvarında AZAL-a məxsus J2-8243 reysinin faciəsi təkcə Azərb
Xəbər verdiyimiz kimi, bir sıra məhkəmələrə hakim təyin edilib.
Azərbaycana 10 ildən köhnə avtomobillərin idxalının qadağan edilməsi v�
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Mənzil məsələlərində tez-tez rast gəlinən problemlərdən biri də həmi
