Məqsədimiz 15 milyard dollarlıq ticarət hədəfinə çatmaqdır Cevdet Yılmaz
Digərləri 23 Dek 2025 11:02:00 79 0
İkitərəfli ticarət dövriyyəmizə baxdıqda, ötən il Azərbaycanla ticarətimizin 8 milyard ABŞ dollarına çatdığını görürük. Bu, olduqca əhəmiyyətli göstəricidir.
Bu xəbəri də oxu: Qəzada həlak olan hakim tanınmış prokurorun xanımı imiş
Son.az xəbər verir ki, bunu Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz bu gün Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.
O bildirib ki, cari ildə müəyyən azalma ehtimalı mövcuddur ki, bu da əsasən neft qiymətlərindəki dəyişikliklər və digər müvəqqəti amillərlə bağlıdır:
"Lakin bu geriləmənin keçici olacağına inanırıq. Məqsədimiz, prezidentlərimizin müəyyən etdiyi 15 milyard dollarlıq ticarət hədəfinə çatmaqdır. Buna da iş dünyamızla birlikdə nail olacağımıza ürəkdən inanırıq".
İnvestisiyalar sahəsində əldə edilən nəticələr məmnunluq doğurur. Bu gün Türkiyədən Azərbaycana birbaşa investisiyalar 18 milyard dollara, Azərbaycandan Türkiyəyə yatırımlar isə 21 milyard dollara yaxınlaşıb. Ümumilikdə 39 milyard dollarlıq investisiya həcmi formalaşıb ki, bu da olduqca əhəmiyyətlidir.
Bu həcmin daha da artmasını istəyirik. Belə forumlar məhz buna xidmət edir. Çünki investisiyalarla ticarət arasında birbaşa əlaqə mövcuddur. Qarşılıqlı investisiyalar artdıqca, ticarət əlaqələrimiz də daha möhkəm və dayanıqlı zəminə oturacaq.
Bu fürsətdən istifadə edərək Türkiyə investorlarını Azərbaycana, azərbaycanlı investorları isə Türkiyəyə dəvət edirik. Yalnız qarşılıqlı deyil, üçüncü ölkələrdə də birgə layihələr həyata keçirməyi tövsiyə edirik", - deyə vitse-prezident vurğulayıb.
Sosial şəbəkələrdə müğənni Xatun Əliyevanın arxiv fotoları yayılıb
"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-ci
Prezident İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik maddi ya
Məşhur simaları hədəf alan narkotik istintaqı çərçivəsində aparılan
Qazaxıstanda komissiya yaradılıb və istintaq hələ də davam edir. Hadisə
Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal tə
Səudiyyə Ərəbistanında son 30 ildə ilk dəfə qar yağıb.
Dünən axşam saatlarında Novxanı-Pirşağı yolunda baş verən ağır qəza
ABŞ administrasiyası ölkəni könüllü tərk edən qanunsuz immiqrantlar ü�
Bakıda II Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilir.
Bu gün Bakının Xətai, Suraxanı və Binəqədi rayonlarında bəzi ərazilə
"Ned's Declassified School Survival Guide" serialında Martin Q
Türkiyənin eyni anda dəniz qüvvələrini genişləndirməsi, gəmiqayırmada
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında vəfat edib
Dahi Azərbaycan bəstəkarı, Türk dünyası musiqisinin zirvəsi Üzeyir Hac�
