Azərbaycanda qiymətlər ucuzlaşa bilər Vergi yükü azaldılır
Digərləri 22 Dek 2025 09:44:00 71 0
"Vergi Məcəlləsində" qəbul edilən və gələn il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilən dəyişikliklərə əsasən, pərakəndə ticarət və əhaliyə xidmət sahələrində nağdsız dövriyyə üzrə ƏDV qeydiyyat limiti 200 min manatdan 400 min manatadək artırılacaq.
Bu xəbəri də oxu: Partlayış səsləri eşidiləcək XƏBƏRDARLIQ
Son.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.
Deputat qeyd edib ki, bununla da, vergi ödəyicisinin pərakəndə ticarət və xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınacaq.
İzah edib ki, gələn ildən etibarən sadələşdirilmiş vergi dövriyyəsinin 2 dəfə artırılması nəzərdə tutulur:
"Sadə dildə izah etsək, əgər hazırda 12 aylıq ardıcıl dövriyyəsi 200 min manatdan çox olan sahibkarlar 18.0 faiz əlavə dəyər vergisi (ƏDV) ödəyirlərsə, gələn aydan etibarən 400 min manatədək sadələşdirilmiş vergi ödəyəcəklər. Yəni, onların dövriyyəsi 200 min manatı keçsə də belə, 400 min manatdan az olduğu halda ƏDV ödəməyəcəklər. Bu isə mikro sahibkarların vergi yükünün azalmasına gətirib çıxaracaq".
V.Bayramovun sözlərinə görə, sadələşdirilmiş vergi əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan vergitutma obyekti üzrə isə 2026-cı il yanvarın 1-dən 3 il müddətinə 6 faiz dərəcə ilə hesablanacaq:
"Beləliklə, sadələşdirilmiş vergi dərəcəsi 8%-dən 6%-ə endiriləcək. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.
Pərakəndə ticarət və əhaliyə xidmət sektorunda tətbiq edilən yeni güzəştlər sahibkarların xərclərini azaldacaq. Bu isə onların qiymət azalmalarına getmələri üçün də iqtisadi əsas yaradır. Qiymətlərin necə dəyişəcəyi isə, təbii ki, sahibkarların qərarlarından asılı olacaq".
Mina Mikayılova Son.az
Azərbaycanda satılan mal ətləri görünüşünə görə müzakirə mövzusu
22-26 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə
ABŞ-də yaşayan teleaparıcı və aktrisa Səhər Əkbər ana olub.
Sabunçu rayonu Bakıxanov qəsəbəsində zəncirvarı yol qəzası baş verib.
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Bu gündən Amnistiya aktının icrasına başlanılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 21-də Rusiy
Badımcan mətbəxin ən çoxşaxəli tərəvəzlərindən biridir - onu bişirm
Siqaret istifadəsi, həddindən artıq çay və qəhvə istehlakı, həmçinin
Miçiqan Dövlət Universitetinin araşdırmalarına görə, inam münasibətin
Müasir paltaryuyan maşınlar artıq əvvəlki kimi sadə deyil. Yeni nəsil mo
Müasir həyat tərzi, qeyri-sağlam qidalanma, hava çirkliliyi, stress və kim
İspaniyalı aktyor və rejissor Eduardo Kasanova sosial şəbəkə hesabında p
Tanınmış saç ustası Kris Makmillan, xüsusilə Cennifer Enistonun "Dos
