Rəşid Behbudovun 110 illik yubileyinə həsr olunmuş “Səsin rəngi” sərgisinin açılış mərasimi keçirilib – FOTO


Kriminal 18 Dek 2025 16:07:00 64 0

Rəşid Behbudovun 110 illik yubileyinə həsr olunmuş “Səsin rəngi” sərgisinin açılış mərasimi keçirilib – FOTO

Azərbaycan Milli İncəsənət Muzeyində əvəzolunmaz səsi və mahnıları ilə Azərbaycan musiqisini dünyaya tanıdan ölməz sənətkar Rəşid Behbudovun 110 illik yubileyinə həsr edilmiş "Səsin rəngi" sərgisinin açılış mərasimi keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Rəşid Behbudov Fondunun təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə keçirilən sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və R.Behbudovun şəxsi kolleksiyasından seçilmiş sənət nümunələri yer alır.

Sərginin açılışında Azərbacan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov,  Əməkdar rəssam, ali dərəcəli bərpaçı Natiq Səfərov, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev çıxış ediblər. Çıxışlar zamanı Rəşid Behbudovun özünəməxsus ifası və aktyorluq məharəti ilə milli musiqi və kino sənətimizə verdiyi dəyərli töhfələr, həmçinin Azərbaycan mədəniyyətini dünyada layiqincə tanıtması xüsusi qeyd olunub.  Tədbirdə Xalq rəssamı Asəf Cəfərovun 1975-ci ildə yaratdığı "Rəşid Behbudovun portreti" əsərinin hekayəsi haqqında qısa video nümayiş olunub. Daha sonra qonaqlar sərgi ilə tanış oublar. 

Sərgidə nümayiş olunan eksponatlar Rəşid Behbudovun zəngin həyatı və parlaq yaradıcılıq yolunun mühüm məqamlarını işıqlandırır. Ekspozisiyada sənətkarın layiq görüldüyü dövlət təltifləri və medalları ilə yanaşı, onun mənəvi dünyasının güzgüsü olan cib Quranı, 1952-ci ildə Moskva teatrı üçün hazırlanan 'Arşın mal alan' operettasının ssenarisi və deputatlıq fəaliyyətinə dair qeyd bloknotu ziyarətçilərə təqdim edilir. Sərginin ən təsirli nümunələri sırasında sənətkarın 1989-cu ildə Moskvada xəstəxanada qələmə aldığı son məktubu və ölməz 'Ey Vətən' mahnısının əlyazması yer alır. Təqdim olunan bu unikal sənədlər Rəşid Behbudovun sənətinə və Vətəninə olan sonsuz bağlılığının əyani təcəssümüdür.

Ekspozisiyada Azərbaycan təsviri sənətinin tanınmış nümayəndələri Nəcəfqulu İsmayılov, Ömər Eldarov, Tahir Salahov, İsa İbrahimov, Cümşüd İbrahimov, İsmayıl Məmmədov, Marqarita Əfəndi, Fuad Salayev, Altay Sadıqzadə, Elturan Avalov, Ülviyyə Həmzəyeva və digər rəssam və heykəltaraşların, eləcə də ABŞ, Rusiya, İran sənətkarlarının Rəşid Behbudovun fenomenal şəxsiyyəti və yaradıcılığını tərənnüm edən əsərləri nümayiş etdirilir.


Xəbərə aid fotolar

Qubada sərnişin avtobusu ana və övladını vurdu  ölən var like
  • 18 Dek 16:05  
Digərləri Qubada sərnişin avtobusu ana və övladını vurdu ölən var

Qubada sərnişin avtobusu ana və övladını vurub.

arrow Ətraflı
Bakıda binalar üçün yeni qaydalar: Evlərin qiyməti artacaq?  AÇIQLAMA like
  • 18 Dek 16:00  
Digərləri Bakıda binalar üçün yeni qaydalar: Evlərin qiyməti artacaq? AÇIQLAMA

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bina və qurğuların getdikcə

arrow Ətraflı
Rüşvət alan bağça müdiri işdən qovuldu like
  • 18 Dek 15:58  
Digərləri Rüşvət alan bağça müdiri işdən qovuldu

Zaqatalada bağça müdiri rüşvət ittihamı ilə vəzifəsindən kənarlaşd�

arrow Ətraflı
Daha bir prospektdə velosiped zolağı və parkinq ərazisi yaradıldı like
  • 18 Dek 15:50  
Digərləri Daha bir prospektdə velosiped zolağı və parkinq ərazisi yaradıldı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın nəqliyyat infrastr

arrow Ətraflı
“Səni sevirəm, vallah, özü də çox”  efirdə xanımına sevgi ETİRAFI like
  • 18 Dek 15:40  
Şou-biznes “Səni sevirəm, vallah, özü də çox” efirdə xanımına sevgi ETİRAFI

Aparıcı Zaur Nəbioğlu təqdim etdiyi "Rəngarəng" verilişində h

arrow Ətraflı
6 ay ancaq toyuq filesi yedi, pankreatit oldu like
  • 18 Dek 15:30  
Digərləri 6 ay ancaq toyuq filesi yedi, pankreatit oldu

6 ay boyunca təkcə toyuq filesi və gül kələmi yeyən qadın pankreatit ol

arrow Ətraflı
Kamaləddin Qafarov: “Amnistiya mühüm siyasi və humanist addımdır” like
  • 18 Dek 15:25  
Siyasət Kamaləddin Qafarov: “Amnistiya mühüm siyasi və humanist addımdır”

"Ölkə Prezidenti cənab İlham Əliyevin "Konstitusiya və Suverenli

arrow Ətraflı
“Selena"nın Nazlısı ərə gedir  FOTO like
  • 18 Dek 15:20  
Şou-biznes “Selena"nın Nazlısı ərə gedir FOTO

"Selena" serialında Nazlı obrazı ilə tanınan aktrisa Dilara Kurt

arrow Ətraflı
Saxlanılan Aleyna Tilki ilə bağlı vəkilindən açıqlama like
  • 18 Dek 15:10  
Şou-biznes Saxlanılan Aleyna Tilki ilə bağlı vəkilindən açıqlama

Türkiyədə İstanbul Baş Prokurorluğunun məşhurları əhatə edən genişm

arrow Ətraflı
Baş nazirin təyyarəsi Brüsseldə zədələndi like
  • 18 Dek 15:04  
Dünya Baş nazirin təyyarəsi Brüsseldə zədələndi

Slovakiyanın Baş naziri Robert Fitsonun təyyarəsi Avropa İttifaqı sammitin

arrow Ətraflı
"Kişiləri qarışdırmaq olmaz, uşaq bir kişidən olar” like
  • 18 Dek 15:00  
Şou-biznes "Kişiləri qarışdırmaq olmaz, uşaq bir kişidən olar”

Xalq artisti Röya Ayxan açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Prezident Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşlarını təltif etdi like
  • 18 Dek 13:49  
Siyasət Prezident Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşlarını təltif etdi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif edili

arrow Ətraflı
30 xəstəni qəsdən zəhərləyən həkim ömürlük həbs olundu  FOTO like
  • 18 Dek 13:42  
Dünya 30 xəstəni qəsdən zəhərləyən həkim ömürlük həbs olundu FOTO

53 yaşlı həkim 30 xəstəni qəsdən zəhələyibmiş.

arrow Ətraflı
Kartof tez cücərir?  Bu üsullarla aylarla təzə saxlayın like
  • 18 Dek 13:22  
Digərləri Kartof tez cücərir? Bu üsullarla aylarla təzə saxlayın

Kartof bir çox fərqli yeməkdə istifadə olunan və təkbaşına da qızartma

arrow Ətraflı