Anasını sevgilisi ilə tutdu: Maştağadakı qətlə görə HƏBS OLUNMADI


Kriminal 16 Dek 2025 13:28:00 90 0

Anasını sevgilisi ilə tutdu: Maştağadakı qətlə görə HƏBS OLUNMADI

2024-cü il oktyabrın 13-də Bakının Sabunçu rayonunda qətl hadisəsi olur. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Məlum olur ki, hadisə Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə baş verib. Cinayəti törədən Bakı şəhər sakini 2003-cü il təvəllüdlü Məhəmmədəli Əmirxanov saxlanılıb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Dekabrın 14-də Məhəmmədəli Əmirxanovun barəsində seçilmiş həbs qətimkan tədbiri xüsusi tibb müəssisəsinə yerləşdirmək təhlükəsizlik tədbirinə dəyişdirilib.

Son.az xəbər verir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.   İstintaqla müəyyən edilib ki, Məhəmmədəli Əmirxanov anasına Səid Əhmədovla münasibətə son qoymasını və onun yaşadıqları evə gəlib-getməməsini bildirib. Buna baxmayaraq oktyabrın 13-də Maştağa qəsəbəsində yaşadığı evə gələndə, yataq otağında anası ilə Səidin lüt vəziyyətdə çarpayıda uzandığını görüb. Bunu özünün şəxsiyyətini alçaldan hərəkət kimi qəbul edib və qəzəblənərək Əhmədovu öldürməyi qərarlaşdırıb. Mətbəxdən bıçaq götürərək, yenidən yataq otağına qayıdıb. Həmin an paltarlarını geyinən şəxsin üzərinə gedib, sağ ayağına və sol tərəfdən döş qəfəsinə 2 dəfə zərbə vurub. Nəticədə Səid Əhmədov ölüb.

İş üzrə dindirilmiş Məhəmmədəli Əmirxanov bildirib ki, evin tək övladıdır. Atası Asif Əsgərovla anası Güllər Əmirxanova o, hələ 8 aylıq uşaq olanda boşanıblar:

"Həmin vaxtdan etibarən məni anam böyüdüb. Ramana qəsəbəsində yerləşən 137 nömrəli orta məktəbdə 5-ci sinifə qədər oxusam da, sonra təhsil almadım. 18 yaşım olanda həqiqi hərbi xidmətə çağırıldım. Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət dövründə psixi problemlərim yarandı. Hospitalda müalicə aldım və hərbi xidmətə yararsız hesab edildim. Axırıncı dəfə, 2022-ci ildə Respublika Psixatriya xəstəxanasında müalicə aldıqdan sonra evə buraxılmışam.

Buna baxmayaraq, hazırda da bir aydan bir mənə şizofreniyaya qarşı iynə vururlar. Xəstəxanadan çıxandan sonra anam mənə Səid Əhmədovla ər-arvad kimi yaşadığını deyib. Anama dedim ki, həmin şəxsi onun əri kimi qəbul edə bilmirəm, buna görə xahiş etdim ki, o, evimizə gəlməsin. 2023-cü ildə, dəqiq yadımda qalmayan tarixdə anamı döydüyü üçün qadın Səid Əhmədov inzibati qaydada 1 ay müddətinə həbs edilmişdi. Təxminən 1 il olar ki, Səidi görmürdüm, özüm də anamdan onun haqqında heç nə soruşmurdum. Oktyabrın 13-ü saat 14 radələrində xalamgildən çıxıb evimizə gəlirdim. Evin çöl qapısı açıq olduğundan içəri daxil oldum. Anamla Səidin lüt vəziyyətdə çarpayıda uzanıb söhbət etdiklərini gördüm. Əsəbiləşərək, "demişdim axı, sizi birdə bir yerdə görməyim" deyib dərhal mətbəxə keçdim. Bıçağı götürüb yataq otağına qayıtdım. O vaxta qədər hər ikisi çarpayıdan qalxıb paltarlarını geyinirdilər. Səidin üzərinə gedib sağ əlimdə saxladığım bıçaqla ona bir dəfə möhkəm zərbə vurdum. Səhv etmirəmsə anam özünü qabağa verdiyi üçün, bıçaq onun sol qolunu kəsdi. 2-ci dəfə onu vurmaq istəyəndə, həmin şəxs bıçağı tutub əlimdən aldı. Sonra anamla birlikdə evdən çıxıb həyətə qaçdılar".

Bundan sonra Məhəmmədəli xalasına zəng edib Səid adlı şəxsi bıçaqla vurduğunu deyib. Təxminən 1-2 saat xalasının evində oturandan sonra, 14-cü polis şöbəsinə gedib.

Alimentlərə dair yeni norma müəyyənləşir like
  • 16 Dek 13:22  
Digərləri Alimentlərə dair yeni norma müəyyənləşir

Alimentlərlə əlaqədar işçinin əməkhaqqında tutulmalara dair yeni norma

arrow Ətraflı
Bu şəhərə köçmək istəyənlərə 30 min dollar veriləcək like
  • 16 Dek 13:13  
Dünya Bu şəhərə köçmək istəyənlərə 30 min dollar veriləcək

İtaliyanın Toskana bölgəsində yerləşən kiçik tarixi Radikondoli şəhə

arrow Ətraflı
“Anamın mahnıları ilə tanındı, indi əlaqə saxlamır”  FOTO like
  • 16 Dek 13:00  
Şou-biznes “Anamın mahnıları ilə tanındı, indi əlaqə saxlamır” FOTO

"Anamın sözlərinə yazılmış mahnıları Şövkət Ələkbərova, Flor

arrow Ətraflı
Hərbi xidmətə çağırılan dövlət qulluqçularına müavinət ödəniləcək like
  • 16 Dek 12:51  
Digərləri Hərbi xidmətə çağırılan dövlət qulluqçularına müavinət ödəniləcək

Dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağ

arrow Ətraflı
"Azərbaycan və Türkiyə birbirinə hərbi yardım göstərəcək" like
  • 16 Dek 12:46  
Digərləri "Azərbaycan və Türkiyə birbirinə hərbi yardım göstərəcək"

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublik

arrow Ətraflı
"Caucasus Auto"nun Bakıda yeni baş ofisi açıldı like
  • 16 Dek 12:45  
Digərləri "Caucasus Auto"nun Bakıda yeni baş ofisi açıldı

Regionun ən tanınmış və etibarlı avtomobil logistikası şirkətlərindən

arrow Ətraflı
Sabah Bakıda çiskin olacaq like
  • 16 Dek 12:32  
Digərləri Sabah Bakıda çiskin olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı
Onlardan ipotekanın dövlət qeydiyyatı üçün rüsum tutulmayacaq like
  • 16 Dek 12:25  
Digərləri Onlardan ipotekanın dövlət qeydiyyatı üçün rüsum tutulmayacaq

Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiy

arrow Ətraflı
Sertifikat və sınaq nəticələri beynəlxalq standartlara uyğun olacaq  Yeni qanun like
  • 16 Dek 12:20  
Digərləri Sertifikat və sınaq nəticələri beynəlxalq standartlara uyğun olacaq Yeni qanun

Uyğunluğu qiymətləndirən qurumların əhatə dairəsi genişləndirilir.

arrow Ətraflı
"iPhone" üçün "WhatsApp"da yeni funksiya like
  • 16 Dek 12:14  
Digərləri "iPhone" üçün "WhatsApp"da yeni funksiya

"WhatsApp" mesencerinin "iOS" üçün beta versiyasında &qu

arrow Ətraflı
"Sığınacaqların sayı real ehtiyacı qarşılamır"  Mehriban Zeynalova like
  • 16 Dek 12:06  
Digərləri "Sığınacaqların sayı real ehtiyacı qarşılamır" Mehriban Zeynalova

Azərbaycanda sığınacaqların sayı kifayət qədər deyil.

arrow Ətraflı
Azərbaycanlı məşhur tenor London Kral Opera evinin səhnəsində! like
  • 16 Dek 12:04  
Kriminal Azərbaycanlı məşhur tenor London Kral Opera evinin səhnəsində!

Azərbaycanlı məşhur tenor Yusif Eyvazov ötən gün London Kral Balet və Op

arrow Ətraflı
Azərbaycan və Türkiyə hərbi təhlükəsizliyi gücləndirən sənədi təsdiqlədi like
  • 16 Dek 11:54  
Siyasət Azərbaycan və Türkiyə hərbi təhlükəsizliyi gücləndirən sənədi təsdiqlədi

Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Milli Müdafiə Nazirliyi arasın

arrow Ətraflı