DTX Balakənin sabiq icra başçısını həbs etdi Əməliyyat VİDEOsu
Digərləri 15 Dek 2025 11:43:00 85 0
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin sabiq icra başçısı ilə bağlı məlumat yayıb.
Bu xəbəri də oxu: 60 yaşlı kişinin gənc qıza yazdığı məktub: "Ərdə deyilsənsə..."
Son.az DTX-ya istinadən xəbər verir ki, məlumatda deyilir:
DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzayev İslam Vahid oğlunun həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəməsinə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməsinə əsaslı şübhələr yaranıb.
Müəyyən olunub ki, İslam Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərdiyi dövrdə dövlət büdcəsindən işsiz və aztəminatlı şəxslərə, rayon ərazisində təmir-tikinti və abadlıq-quruculuq işlərinə ayrılan maliyyə vəsaitlərini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəyib, belə vəsaitlərin təyinatı üzrə xərclənməsini təşkil etməmiş, eləcə də vəzifəli şəxslərdən və iş adamlarından rüşvət alıb. Faktla bağlı DTX-nin İstintaq baş idarəsində başlanılmış cinayət işi üzrə İslam Rzayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə məsuliyyətə cəlb olunmuş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildi. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbərə aid video
Filippində güclü qasırğa qeyri-adi hadisə ilə nəticələnib.
VTB (Azərbaycan) 2025-ci ilin sonuna qədər yeni aksiyaya start verdi. Kampani
Müğənni Roza Zərgərli və Türkiyənin məşhur sənətçisi Emre Altuğ Ru
Xəbər verdiyimiz kimi, Qusarda tanınmış hərbi ekspert Şair Ramaldanovun a
"Toy karvanlarında hərəkət edən bəzi sürücülər təkcə yollarda s
Mərhum Xalq artisti yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva qızı Ü
Xalq artisti Fatma Mahmmudova reabilitasiya mərkəzinə yerləşdirilib.
Broyler toyuqlarının yumurtasının qiyməti bahalaşıb.
Sön dövrlərdə üç əsər rekord qiymətə satılıb.
Qusarın Yuxarı Ləgər kəndində baş verən ağır yol-nəqliyyat hadisəsi
Balakən Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən az
"Əmək Məcəlləsi"nə təklif edilən dəyişikliklərə əsasən,
Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatı dayand
