İnnabın faydası və zərərləri
Digərləri 14 Dek 2025 07:07:00 61 0
İnnab (Ziziphus jujuba) 3.000 ildən çoxdur ki, insanlar tərəfindən istehlak edilir və ənənəvi tibbdə geniş istifadə olunur. Lif və antioksidant baxımından zəngin, aşağı kalorili olan bu meyvə, bəzən "qırmızı xurma" adlandırılsa da, həmişə qırmızı rəngdə olmur. Təzə vaxtı yaşıl-qəhvəyi tonlarda olan innab, yetişdikcə tünd qəhvəyi rəng alır və yüngül şirin, alma-xurma aromalıdır.
Bu xəbəri də oxu: Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?
Son.az innabın tərkibi və qida dəyərini təqdim edir:
Kalori: 79 kcal
Zülal: 1,2 q
Kalsium: 21 mg
Maqnezium: 10 mg
Fosfor: 23 mg
Kalium: 250 mg
C vitamini: 69 mg
A vitamini: 40 IU
İnnab bir çox sağlamlıq problemlərində istifadə olunur:
Yuxusuzluq, stress və narahatlıq Qarın ağrısı, qaz sancısı, qəbizlik kimi həzm problemləri Halsızlıq və yorğunluq Qrip, soyuqdəymə və viral infeksiyalar Dəri qıcıqlanmaları və infeksiyalar Yüksək qan təzyiqi və qan dövranı problemləri Yüksək qan şəkəriİnnab meyvəsi həm təzə, həm də qurudulmuş şəkildə yeyilə bilər. Bundan əlavə, çay, şərbət və şirniyyatlara əlavə edilərək də istifadə olunur.
İnnabın faydaları:
Yuxusuzluq və stressi azaltmağa kömək edir. Pankreas hüceyrələrini stimullaşdıraraq insulin istehsalını artırır. Dəri infeksiyalarının və yaraların sağalmasını sürətləndirir. Hüceyrələri yeniləyir və sərbəst radikallardan qoruyur. Dolaşımı yaxşılaşdırır, xolesterolu azaldır və qaraciyəri dəstəkləyir. Lifli quruluşu sayəsində bağırsaqların fəaliyyətini yaxşılaşdırır və qəbizliyi aradan qaldırır. İnnab çayı, mukus ifrazını azaldaraq qrip və soyuqdəymənin təsirlərini yüngülləşdirir.İnnab əks təsirləri nadirdir. Meyvə allergiyası olan şəxslər istisna olmaqla, normal miqdarda istehlak edildikdə ciddi reaksiyalar yaratmır.
Sağlamlıq problemləri olan və ya dərman qəbul edən şəxslər istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir, xüsusilə depressiya, anksiyete, təzyiq və ürək xəstəlikləri üçün dərman qəbul edənlər.
İnnab qan şəkərini təsir edə bildiyi üçün diabet xəstələrinin səviyyələri diqqətlə izlənməlidir.
Saponin tərkibli komponentlər bəzi dərmanlarla, o cümlədən anti-nöbet dərmanları ilə qarşılıqlı təsir göstərə bilər.
Aşırı miqdarda istehlak edildikdə nadir hallarda uyuşqunluq, ishal, iştahsızlıq, qəbizlik, şişkinlik və halsızlıq müşahidə edilə bilər. Lalə Qüdrətova Son.az
"Mash" teleqram kanalı rus sənətçilərinin Yeni il günü qazanaca
Lüks texnologiyaları fərdiləşdirmə brendi olan "Caviar", 2025-ci
Hollivudun məşhur aktrisası Şarliz Teron yeni fotoları ilə gündəmə gə
Bayramların əsas rəmzi olan şam ağacını düzgün yerdə yerləşdirmək
Hollivud ulduzu Arnold Şvartseneggerin polis əməkdaşları ilə çəkilən g�
Linkə daxil ol 850 manat qazan... Elə bildim yalandır, amma, qazandım...
Son.az 14 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Suriyanın mərkəzində, Homs vilayətində yerləşən Palmira şəhəri yaxı
Moskva vilayətinin Reutov şəhərinin meri Filip Naumenko dekabrın əvvəlind
Ürəyi dayanan xəstə 45 dəqiqəlik mübarizədən sonra həyata qaytarılıb
Xalq artisti Həmidə Ömərova ilk dəfə nəvəsi Nəsibə ilə bağlı payla�
Hazırda qüvvədə olan Əmək Məcəlləsinə əsasən, işçilərin aylıq ə
Astarada gəlin qayınanası və baldızına yanıq xəsarətləri yetirib.
Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var.
Tbilisidə keçirilən "Uşaq Avroviziyası"nın qalibi Fransa olub.
