"İPhone" sahibləri risk altında: Parolu yazanlar cihazını itirir XƏBƏRDARLIQ
Digərləri 13 Dek 2025 12:35:00 64 0
"iPhone" istifadəçiləri "Apple" ID məlumatlarının oğurlanması və cihazların bloklanmasına yönəlmiş yeni dələduzluq sxemi barədə xəbərdar edilib.
Bu xəbəri də oxu: Cəmi 60 min sürülmüş Çin avtomobilində ciddi problem VİDEO
Son.az xəbər verir ki, bu barədə "Just Use" adlı "YouTube" kanalının müəllifi, texnobloger Aleksandr Biryukov öz videosunda məlumat verib.
Onun sözlərinə görə, dələduzlar iOS sisteminin standart parol daxil etmə sorğularına bənzəyən saxta bildirişlər göndərməyi öyrəniblər. Bu bildirişlər istənilən vaxt hətta telefondan adi istifadə zamanı belə ekranda görünə bilər. Bu cür pəncərədə "Apple" ID parolu daxil edildikdə məlumatlar birbaşa dələduzlara ötürülür.
Dələduzlar məlumatları əldə etdikdən sonra cihazı bloklayır və onun açılması üçün pul tələb edirlər. Ekspertlər bildirirlər ki, hətta ödəniş edilsə belə, cihazın açılacağına zəmanət yoxdur. Bəzi hallarda cihaz bloklu qalır və dələduzlar sadəcə tələb etdikləri məbləği artırırlar.
Bloger istifadəçilərə hər hansı parol sorğusuna qarşı diqqətli olmağı və bildirişin səbəbini anlamadan məlumat daxil etməməyi tövsiyə edib. Əgər parol saxta pəncərəyə daxil edilibsə, dərhal "Apple" ID parolunu dəyişmək tövsiyə olunur.
Mina Mikayılova Son.az
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Məşhur türk serialı "Veliaht"ın 13-cü bölümündə "Tərə
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayənd
Maqazin dünyasında daha əvvəl "Bez Bebek" serialındakı həmkarı
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən
Rusiya Prezidenti Vladimir Putinin qidalanma vərdişləri və xüsusi dietası
Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat olub.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əl
"Lux İnternational Hospital"a kəskin mədə ağrısı, ürəkbulanma
Gəncədə dekabrın 12-də baş verən bədbəxt hadisə zamanı bir nəfər ö
Qəbul imtahanlarında abituryentlərə xüsusi vasitələr quraşdırmaqla imta
"Pobeda" aviaşirkətinə məxsus, Moskvadan Səmərqəndə uçan təy
Alimlər müəyyən ediblər ki, kakao və tünd şokoladda olan teobromin madd�
