Gözlənilən Epşteyn arxivi açıldı FOTOlarda Tramp da var
Dünya 13 Dek 2025 10:13:00 70 0
ABŞ Nümayəndələr Palatasının nəzarət komitəsində təmsil olunan Demokratlar məhkum edilmiş cinsi cinayətkar Ceffri Epşteynə aid yeni fotoşəkillər toplusunu ictimaiyyətə açıqlayıblar.
Bu xəbəri də oxu: Erməni əsilli senator Rusiyada axtarışa verildi
Son.az "Guardian"a istinadla xəbər verir ki, şəkillərdə ABŞ-nin keçmiş və indiki siyasi fiqurları, eləcə də dünya miqyasında tanınan iş adamları və məşhurlar yer alır.
Yayımlanan fotolarda Donald Tramp, Bill Klinton, Trampın keçmiş müşaviri Stiv Bennon, Britaniya kral ailəsinin keçmiş üzvü Endryu Mountbatten-Vindsor, rejissor Vudi Allen, Bill Qeyts və iş adamı Riçard Branson kimi adlar diqqət çəkir.
Demokratların açıqlamasına görə, indiyə qədər paylaşılan 90-a yaxın foto Epşteynin əmlakından alınmış təxminən 100 min şəkillik arxivin yalnız kiçik bir hissəsidir. Fotolar əsasən kontekst və izah olmadan yayımlanıb, lakin Epşteynin varlı və nüfuzlu şəxslərlə əlaqələri ilə bağlı sualları daha da artırıb.
Komitənin reytinqli üzvü Robert Qarsiya bildirib ki, məqsəd Epşteyn işi ilə bağlı "ört-basdırın" qarşısını almaq və qurbanlar üçün ədalətin təmin olunmasıdır. Ağ Ev isə Demokratları fotoşəkilləri siyasi məqsədlərlə "seçici şəkildə yaymaqda" ittiham edib.
Xatırladaq ki, Epşteyn 2019-cu ildə Nyu-York həbsxanasında özünə qəsd edib. Onun işi ilə bağlı saxlanılan yüz minlərlə rəsmi sənədin açıqlanması barədə qanun layihəsi isə ötən ay Konqresdə qəbul olunub və yaxın günlərdə yeni materialların ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.
Fidan Son.az
3 il əvvəl Bakıda 4 nəfərin ölümü ilə nəticələnən "Location&qu
Sidni Suini detektor testində sinəsi ilə bağlı iddialara aydınlıq gətiri
ABŞ-ın Kaliforniya ştat məhkəməsində süni intellekt şirkəti "Open
Mağazada yaxşı kolbasa seçmək üçün məsləhətlər verilib.
Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəf
Dünyanın məşhur muzeyləri adətən Mona Liza, Rosetta Daşı və ya Van Qoq
Dünyanın bəzi bölgələrində günəş həyatın adi bir hissəsidirsə, bə
Son illərdə gel-laklı manikürün davamlılığı və rahatlığı səbəbind
Vanna otağında ən tez çirklənən yer su kranlarıdır.
Amerikalı alimlər ürək hüceyrə terapiyasının təhlükəsizliyini artıra
ABŞ-da yüksək qan təzyiqinin müalicəsində istifadə olunan "Ziac&quo
Moskvada kişi donuz əti yedikdən dərhal sonra özünü pis hiss edərək xə
Həkimlər gündəlik rasionda ən təhlükəli qidalardan birinin kolbasa oldu�
