Mehmet Ali Erbil boşanır
Şou-biznes 12 Dek 2025 19:35:00 50 0
Məşhur türkiyəli şoumen Mehmet Ali Erbil və onun 26 yaşlı həyat yoldaşı Gülseren Ceylanın evliliyində ciddi böhran yaşanır. Gülseren Ceylanın "Instagram" hesabını bağlaması və nikah fotolarını silməsi, Erbilin sosial mediadan bütün toy paylaşımlarını silməsi boşanma iddialarını daha da gücləndirib.
Bu xəbəri də oxu: Hande Erçelin 45 yaşlı sevgilisi
Son.az xəbər verir ki, cütlük 28 avqust 2025-ci ildə sadə bir nikahla ailə qurmuşdu. 42 yaş fərqinə baxmayaraq münasibətlərini rəsmiləşdirməzdən əvvəl evlilik müqaviləsi imzalanmışdı. Bu addım, Erbilin əvvəlki beş evliliyindən aldığı təcrübəyə əsaslanan ehtiyat addımı kimi dəyərləndirilmişdi.
Böhranın alovlanması Mehmet Ali Erbilin televiziya proqramında etdiyi açıq etiraflarla başlayıb. Şoumen keçmiş bütün həyat yoldaşlarına xəyanət etdiyini deyərək hər birindən üzr istəyib. O, xüsusilə keçmiş həyat yoldaşlarından birinə qarşı "böyük günah işlətdiyini" və onu əlindənburaxdığı üçün peşman olduğunu dilə gətirib.
Bu sözlərin 2001-ci ildə evləndiyi Sedef Altuntaşa işarə etdiyi iddia edilirdi. Gülseren Ceylan bu sözlərdən dərin şəkildə təsirlənərək evi tərk edib.
Erbil yaranan gərginliyi azaltmaq üçün canlı efirdə həyat yoldaşından səmimi şəkildə üzr istəyib: "Gülsereni sevirəm, ona aşiqəm. Bu yaşda mənə bu sevgini yaşatdığı üçün şükür edirəm. Onu incitmişəmsə, bağışlasın."
Boşanma ehtimalı gündəmə gələndə ilk müzakirə edilən məsələlərdən biri də evlilik müqaviləsi oldu. Bu sənədin mal paylaşımı və digər hüquqi məsələləri əvvəlcədən müəyyən etdiyi üçün tərəflərin olası ayrılığında mühüm rol oynayacağı düşünülür.
Lalə Qüdrətova Son.az
Tanınmış təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edi
"Qafqazenerqoservis" şirkəti ləğv olunduğunu elan edib.
Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Öz aramızda" verilişind�
2026-ci ildə Qurban bayramı may ayında qeyd ediləcək.
"TopSpeed" portalı tarixin ən etibarlı 10 avtomobilini açıqlayıb
Naxçıvanda dəm qazından kütləvi zəhərlənmə olub.
Albaniyanın Dürres limanında bədbəxt hadisə nəticəsində ölən dənizç
Astarada dənizdə itkin düşən 30 yaşlı Turan Həsənov və 26 yaşlı Ağa
Müğənni Rəqsanə İsmayılova həbsxanada olduğu günlərdə kitab yazdığ
İranda Nobel Sülh Mükafatı laureatı, hüquq müdafiəçisi Nərgiz Məhəmm
Məşhur türkiyəli aktrisa Hande Erçel haqqında yeni iddia ortaya çıxıb.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov
Azərbaycanda uzun müddətdir yerli istehsal kimi tanınan Xəzər markalı avt
Dekabrın 13-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Müdafiə Qüvvələrinin uğurlu əməliy
