Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniyanın Ədliyyə Nazirliyində görüş keçirib
Digərləri 12 Dek 2025 18:27:00 93 0
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Vəkillər Kollegiyasının dəvəti ilə Rumıniyanın paytaxtı Buxarest şəhərində səfərdədir.
Bu xəbəri də oxu: Ölkədə qriplə bağlı ümumi vəziyyət AÇIQLANDI
Son.az xəbər verir ki, VK-nın nümayəndə heyətinin tərkibində Kollegiyanın sədr müavini Şahmar Məmmədov və VK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə təmsil olunur.
Səfər çərçivəsində nümayəndə heyəti Rumıniyanın Ədliyyə Nazirliyində görüş keçirib.
Görüş zamanı Azərbaycan və Rumıniya arasında mövcud olan səmimi və dostluq münasibətləri xüsusi vurğulanıb, ikitərəfli əlaqələrin hüquqi sahədə daha da genişləndirilməsi istiqamətində görülən işlər və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Rumıniyanın Ədliyyə Nazirliyinin Dövlət katibi Roksana Simona Momeu ölkəsinin ədliyyə sistemində həyata keçirilən islahatlar, praktiki tətbiqlər barədə ətraflı məlumat verib, həmçinin Rumıniya Vəkillər Kollegiyasının fəaliyyəti və birgə əməkdaşlıq sahəsində görülən işlər haqqında danışıb.
Kollegiyanın sədri Anar Bağırov qarşı tərəfə göstərilən səmimi qəbula və dəvətə görə təşəkkür edərək Rumıniyanın Azərbaycan üçün mühüm tərəfdaş ölkələrdən biri olduğunu vurğulayıb. Sədr iki ölkə arasında siyasi və iqtisadi sahələrdə inkişaf edən münasibətlərin hüquqi əməkdaşlıq üçün də möhkəm zəmin yaratdığını qeyd edib. Həmçinin sədr VK-nın son illərdə gördüyü işlər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib və ötən dövrlər vəkillərin sayının 3 dəfədən çox artdığını nəzərə çatdırıb.
Anar Bağırov Vəkillər Kollegiyasının tam müstəqil təsisat kimi fəaliyyət göstərdiyini vurğulayaraq, Ədliyyə Nazirliyi ilə səmərəli və konstruktiv əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər haqqında danışıb. Sədr Ədliyyə Akademiyasında vəkilliyə namizədlər üçün icbari təlim proqramlarının əhəmiyyətini, eləcə də vəkillər üçün davamlı tədris kurslarının peşə hazırlığının artırılmasında mühüm rol oynadığını xüsusi qeyd edib.
Azərbaycanda uzun müddətdir yerli istehsal kimi tanınan Xəzər markalı avt
Dekabrın 13-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Müdafiə Qüvvələrinin uğurlu əməliy
Dekabrın 13-ü axşamdan 14-ü gündüzədək Bakıda və Abşeron yarımadası
Qərbi Vaşinqtonda günlərlə davam edən güclü yağışlar nəticəsində �
Rəqqasə Fatimə Fətəliyeva klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun on
Çin avtomobilləri ilə bağlı narazılıqlar bitmir.
Məlum olduğu kimi Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsas�
İllərdir "Bez Bebek" serialındakı "Nana" obrazı ilə ta
Müğənni Manaf Ağayev həmkarı Rəqsanə İsmayılova haqqında gözlənilm�
Dekabrın 13-ü gündüzdən 14-ü gündüzədək ölkə ərazisində hava şər
"Məktəblərdə tənəffüs müddəti çox vaxt sadəcə texniki detal kim
Xalq artisti Röya Ayxanı qonaq olduğu verilişlərin birində aldığı suall
Ukrayna Xəzər dənizində Rusiyaya məxsus iki hərbi yüklü gəmiyə zərbə
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından
