Bakı 2025də İƏT Mədəniyyət Festivalı yaradıcı sənayelərin yeni dövrünü başlatdı


Kriminal 10 Dek 2025 20:09:00 67 0

Bakı 2025də İƏT Mədəniyyət Festivalı yaradıcı sənayelərin yeni dövrünü başlatdı

"İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025" (OIC 2025) İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət, yaradıcı iqtisadiyyat və innovasiya sahələrinin bir araya gətirildiyi böyük beynəlxalq platformadır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festivalın əsas məqsədi mədəniyyətlərarası əməkdaşlığın genişləndirilməsi, regionda yaradıcı sənayelər ekosisteminin gücləndirilməsi və qlobal trendlərlə ayaqlaşan yeni təşəbbüslərin formalaşdırılmasıdır.

Proqrama sərgilər, panel müzakirələr, innovasiya təqdimatları, kreativ baza fəaliyyətləri və dünyanın müxtəlif ölkələrindən olan iştirakçıların qatıldığı xüsusi sessiyalar daxildir.

Yaradıcı Həftə: Mədəniyyət və innovasiyanın birləşdiyi platforma

Bakı Yaradıcı Həftəsi boyunca şəhər müxtəlif istiqamətlər üzrə tədbirlərə ev sahibliyi etdi. Yerli və beynəlxalq ekspertlərin çıxışları, yaradıcı sənayelərin inkişaf perspektivlərinə dair panel müzakirələri, startapların təqdimatları və CulTech (Mədəniyyət sahəsində texnologiya sahəsi)-in xüsusi sessiyaları festivalın əsas dinamik xəttini formalaşdırdı.

Həftə çərçivəsində keçirilən воркşoplar, rəqəmsal və tətbiqi sənət sərgiləri, texnologiya nümayişləri və performanslar həm yaradıcılıq mühitini canlandırdı, həm də gənclər, yaradıcı icmalar, investorlar və dövlət nümayəndələri arasında əməkdaşlıq üçün yeni körpülər yaratdı.

Kreativ Həftə çərçivəsində CulTech Demo Day ilə yanaşı, mədəni innovasiyaların rolu, rəqəmsallaşma və regional kreativ ekosistemin inkişafı mövzularında panel müzakirələri də keçirildi.

CulTech Layihəsi

CulTech - mədəniyyət və texnologiyanın kəsişməsində formalaşan və ölkənin kreativ gəncliyini qlobal səhnəyə çıxarmağı hədəfləyən strateji platformadır. Proqram startaplara və yaradıcı komandalara mentorluq, investisiya əlaqələri, PR dəstəyi, brend mövqeləndirməsi və biznes inkişafı üzrə çoxşaxəli imkanlar təqdim edir.

Layihənin məqsədi

CulTech-in əsas hədəfi innovativ biznes modellərinin inkişafını sürətləndirmək, yerli ideyaların beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etmək və Azərbaycanın kreativ ekosistemini regional səviyyədə gücləndirməkdir.

Demo Day - Yeni ideyaların təqdim olunduğu gün

9 dekabr 2025-ci ildə CulTech İnkubasiya Proqramının 4-cü kohortunun Demo Day-i Bakı Konqres Mərkəzində uğurla baş tutdu. İştirakçılar layihələrini investorlar, mentorlar, kreativ sənaye liderləri və beynəlxalq nümayəndələr qarşısında təqdim etdilər. Tədbir həm yeni əməkdaşlıqlar üçün açar rolunu oynadı, həm də regionun innovasiya potensialını nümayiş etdirdi.

Dibaetin erkən əlamətləri  Dəridə belə izlər yaranır like
  • 10 Dek 20:00  
Digərləri Dibaetin erkən əlamətləri Dəridə belə izlər yaranır

Qoltuqaltı nahiyəsində dəri qaralması diabetin erkən əlaməti ola bilər.

arrow Ətraflı
Nadir baba oldu like
  • 10 Dek 19:49  
Şou-biznes Nadir baba oldu

Müğənni Nadir Qafarzadə baba olub.

arrow Ətraflı
Gürcüstanda ali təhsilin müddəti azaldıldı like
  • 10 Dek 19:41  
Digərləri Gürcüstanda ali təhsilin müddəti azaldıldı

Gürcüstan parlamenti "Ali təhsil" haqqında Qanuna düzəlişləri

arrow Ətraflı
Tolik efirinin qonağı olan məşhur müğənni ilə "qırğına çıxdı" like
  • 10 Dek 19:30  
Şou-biznes Tolik efirinin qonağı olan məşhur müğənni ilə "qırğına çıxdı"

Prodüser və aparıcı Tarix Əliyev (Tolik) verilişinə dəvət etdiyi müğ�

arrow Ətraflı
Ev telefonlarının sayı azalıb like
  • 10 Dek 19:21  
Digərləri Ev telefonlarının sayı azalıb

Son illərdə Azərbaycanda ənənəvi ev telefonlarına maraq nəzərəçarpaca

arrow Ətraflı
Günəşdə 4 güclü partlayış oldu like
  • 10 Dek 19:12  
Dünya Günəşdə 4 güclü partlayış oldu

Günəşdə dörd güclü partlayış baş verib.

arrow Ətraflı
20 yanvar körpüsündə “şəlalə” yaranıb like
  • 10 Dek 19:02  
Digərləri 20 yanvar körpüsündə “şəlalə” yaranıb

2 gündür səngimək bilməyən yağış 20 yanvar körpüsündə "şəla

arrow Ətraflı
Plastik əməliyyatları “epidemiya” adlandırdı like
  • 10 Dek 19:00  
Şou-biznes Plastik əməliyyatları “epidemiya” adlandırdı

Kate Winslet plastik əməliyyatları "epidemiya" adlandırıb.

arrow Ətraflı
İlham Əliyev Donald Trampa təşəkkür edib like
  • 10 Dek 18:43  
Siyasət İlham Əliyev Donald Trampa təşəkkür edib

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald T

arrow Ətraflı
Leyla Əliyeva Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə görüşüb like
  • 10 Dek 18:40  
Siyasət Leyla Əliyeva Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda keçir

arrow Ətraflı
İcra başçısı Mirhəsən Seyidov danışdı: “Həmin plaşı 350 manata almışam” like
  • 10 Dek 18:39  
Digərləri İcra başçısı Mirhəsən Seyidov danışdı: “Həmin plaşı 350 manata almışam”

Bir müddət əvvəl Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsə

arrow Ətraflı
Məşhur yazıçı vəfat etdi like
  • 10 Dek 18:31  
Şou-biznes Məşhur yazıçı vəfat etdi

Britaniyanın bestseller qadın yazıçısı Sofi Kinsella 55 yaşında vəfat e

arrow Ətraflı
Prezidentin rektor təyin etdiyi Rövşən İsmayılov KİMDİR?  DOSYE like
  • 10 Dek 18:29  
Digərləri Prezidentin rektor təyin etdiyi Rövşən İsmayılov KİMDİR? DOSYE

Xəbər verdiyimiz kimi, Rövşən Rəhim oğlu İsmayılov Azərbaycan Respubl

arrow Ətraflı
Bakıda sığınacaqda çəkilən görüntü ürək parçaladı: uşaq hər gecə bunu edirmiş... like
  • 10 Dek 18:20  
Digərləri Bakıda sığınacaqda çəkilən görüntü ürək parçaladı: uşaq hər gecə bunu edirmiş...

Bakıda fəaliyyət göstərən sığınacaqlardan birində qeydə alınan gör�

arrow Ətraflı