3 iqrediyentlə şokolad resepti
Digərləri 10 Dek 2025 04:04:00 61 0
Ev şəraitində sadə və təbii məhsullarla hazırlanan 3 inqrediyentli şokolad dilimləri həm ara yeməklərdə, həm də çay və qəhvə süfrələrinin sevilən şirniyyatına çevrilir. Qısa zamanda hazırlanan bu desert, şokoladın intensiv dadını və bananın təbii şirinliyini birləşdirərək həm vizual, həm də dad baxımından zövq verir. Qozun qatdığı xırçıltılı tekstura isə resepti daha da cəlbedici edir.
Bu xəbəri də oxu: Bakının bəzi ərazilərində işıq olmayacaq
Son.az bir porsiyası 200 kalori olan şokolad dilimlərinin reseptini təqdim edir:
Tərkibi
4 ədəd yetişmiş banan
200-250 qram südlü şokolad (istəyə görə bitter şokolad da ola bilər)
1 stəkan xırdalanmış qoz
Hazırlanma qaydası
Bananları çəngəll ilə yaxşıca əzin və püre halına gətirin.
Şokoladı benmari üsulu ilə və ya mikrodalğada əridin.
Əridilmiş şokoladı banan püresinə əlavə edin, üzərinə xırdalanmış qozu da qataraq yaxşı qarışdırın.
Uygun bir qaba yağlı kağız yerləşdirin və hazırladığınız qarışımı həmin qaba töküb səthini spatula ilə hamarlayın.
Qabın üzərini örtərək 4-5 saat dondurucuda saxlayın. Bu müddətdə qarışım mus konsistensiyası alacaq. Daha uzun saxlasanız, kəsilə bilən dondurma kimi daha sərt olacaq.
Soyumuş şokolad kütləsini kvadrat dilimlərə kəsərək servis edin.
Servis tövsiyəsi
Dilimləri kvadrat və ya düzbucaqlı formada kəsib dekorativ boşqaba düzə bilərsiniz.
Üzərinə xırdadılmış qoz, badam və ya az miqdarda kakao səpmək daha gözəl görünüş verir.
Çay, qəhvə və ya soyuq süd ilə mükəmməl uyğunlaşır.
Dondurucudan çıxardıqdan sonra bir neçə dəqiqə gözləmək kəsmə işini asanlaşdırır.
Vacib məqamlar
Banan seçimi: Yetişmiş banan istifadə etmək həm şirinlik, həm də ləzzətli tekstura üçün vacibdir.
Şokoladın əridilməsi: Benmari üsulu şokoladın yanmadan əriməsini təmin edir; mikrodalğada isidərkən isə qısa fasilələrlə qarışdırmaq lazımdır.
Qozun xırdalanma dərəcəsi: Qozu tam xırda doğramayın, iri parçalar desertə xırçıltı qatır.
Lalə Qüdrətova Son.az
Son illərdə doğum nisbətləri əsasən qadınların yaşı ilə əlaqələnd
Diyetoloqlar bəzi qida məhsullarının birlikdə qəbulunun sağlamlığa mən
İstanbul Cumhuriyyət Baş Prokurorluğunun apardığı narkotik maddələrlə
Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə al�
Avropa Kosmik Müşahidə Xidməti (Copernicus) bildirib ki, 2025-ci il tarixi q
"Tims&B Productions"ın lentə aldığı "Eşref Rüya" seri
Bakıda, 9-cu mikrorayon ərazisində kütləvi dava baş verib.
Bir küsülü, bir barışıq olan müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Ş
Misli Premyer Liqasının XIV turunda keçirilən "Sumqayıt" - "
Biləsuvar rayon sakini Albaniyada bədbəxt hadisənin qurbanı olub.
Son.az 10 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
"Ermənistan və Azərbaycan arasındakı sülh prosesi dünyanın digər b
Dekabrın 8-də paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş
Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatlarında dəyiş
