Təhsil sistemində yenilik ölkə üzrə tətbiq edilir
Digərləri 09 Dek 2025 12:03:00 69 0
Ölkədə təxminən 150 mindən çox müəllim fəaliyyət göstərir və onların 126 min nəfəri Təhsil Nazirliyinin tabeliyindəki ümumtəhsil məktəblərində çalışır.
Bu xəbəri də oxu: Bu hərbi qulluqçulara leytenant rütbəsi veriləcək
Son.az xəbər verir ki, bunu "Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar" adlı elmi-praktiki beynəlxalq konfransda Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, Elm və Təhsil Nazirinin müşaviri Elnur Əliyev deyib.
Onun sözlərinə görə, bu qədər geniş auditoriyaya fərdi metodik dəstəyin yalnız 350 nəfərlik metodist komandası vasitəsilə göstərilməsi mümkün deyil.
Qeyd edib ki, yeni metodik dəstək modelinin əsas fərqi miqyası deyil, keyfiyyətidir:
"Hazırda metodistlər 400-ə yaxın məktəbdə intensiv və fərdiləşdirilmiş dəstək təmin edir. Məktəblər seçilərkən şagird nəticələri aşağı olan təhsil müəssisələrinə üstünlük verilir. Hər metodist 4-5 məktəb üzrə müəllimlərin öyrənmə mühitini təşkil edir".
Nəzərə çatdırıb ki, bu modeldə metodistin rolu ənənəvi təlim keçirən şəxs olmaqdan fərqlənir. Onların əsas vəzifəsi məktəbdə müəllimlərin bir-birindən öyrəndiyi, fənn metodik birləşmələrinin inkişaf etdiyi dayanıqlı öyrənmə mühiti formalaşdırmaqdır:
"Yeni sistemdə metodist müəllimlərin peşəkar öyrənmə prosesini təşkil edən əsas şəxs kimi çıxış edir. Məktəbdaxili öyrənmə fəaliyyətlərini koordinasiya edir. Fənn metodik birləşmələrinin işini gücləndirir. Müəllimlərin bilik və bacarıqlarının artmasına xidmət edən davamlı inkişaf mexanizmləri qurur".
E.Əliyev vurğulayıb ki, təkcə metodistlərlə məhdudlaşmayan sistem daha genişmiqyaslı peşəkar inkişaf proqramlarını da əhatə edir.
Bildirib ki, Təhsil İnstitutunun təqdim etdiyi model iki paralel istiqamətdə işləyir:
"Fərdiləşdirilmiş intensiv dəstək metodistlər vasitəsilə konkret məktəblərdə aparılır. Kütləvi peşəkar inkişaf təlimlər, elektron resurslar və televiziya proqramları vasitəsilə geniş müəllim kontingentinə çatdırılır".
Söyləyib ki, yeni yanaşmanın məqsədi müəllimlərin peşəkar inkişafını həm keyfiyyət, həm də əhatə dairəsi baxımından gücləndirmək və nəticə etibarilə şagirdlərin öyrənmə keyfiyyətini artırmaqdır.
Mina Mikayılova Son.az
Masallıda yerləşən Anatoli Banişevski adına stadionun kim tərəfindən sa
Hindistana səfər edən azərbaycanlı qız orada qarşılaşdığı xoşagəlm
Yerli istehsala əsaslanan və idxal olunan ənənəvi siqaretlər üzrə aksiz
2026-cı il dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsində dəyi
2026-cı il dövlət büdcəsi zərfinə daxil olan bir sıra qanunlarda dəyiş
Yunanıstanın Zakintos adasında baş verən dəhşətli hadisə Britaniyalı a
2026-cı il üçün ehtiyac meyarının həddi müəyyənləşdirilir.
Azərbaycanda uzun illər fəaliyyət göstərən köhnə metodik kabinetlərin
"Yol hərəkətinin təhlükəsizliyi təkcə qaydalara riayət etməklə d
"Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında&quo
1 yanvar 2026-dan Gürcüstana gedən xarici vətəndaşlar üçün yeni qayda q
Sabunçu rayonunda fərdi yaşayış evində partlayış olub.
Bəzi ənənəvi səhər yeməyi məhsulu əslində səhər saatlarında orqaniz
Ulduzlara görə, ilin ilk aylarından etibarən bəzi bürcləri uğurlu anlaş
