Xəyalla başlayan hekayə: AZAL uşaqlar üçün kitab nəşr edib FOTO
Digərləri 08 Dek 2025 10:38:00 79 0
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" (AZAL) balaca sərnişinləri üçün daha bir xoş yenilik təqdim edir. Belə ki, uşaqlar üçün hazırlanmış rəngarəng və ilhamverici "Arzulardakı mavi təyyarə" ("Blue Plane Dreams") kitabı nəşr olunub.
Bu xəbəri də oxu: Həmin qəzada xəsarət alan 2 nəfər Bakıya xəstəxanalara təxliyə olunub
Kitab AZAL-ın sifarişi ilə "TEAS Press" Nəşriyyat Evi tərəfindən hazırlanıb. Kitabın nəşr olunması 7 dekabr - Beynəlxalq Mülki Aviasiya Gününə həsr edilib. Azərbaycan və ingilis dillərində çap edilən kitab AZAL-ın kiçik sərnişinlərinə uçuşlar zamanı hədiyyə olunacaq.
Təqdimat mərasimində çıxış edən AZAL-ın vitse-prezidenti İlham Əmirov layihənin gələcək mülki aviasiya kadrlarının formalaşmasında əhəmiyyətli rol oynayacağını qeyd edib.
Kitabın müəllifi uşaqların sevimli yazıçısı Mürşüd İsmayılzadədir. Hekayənin mərkəzində səkkizyaşlı Azər dayanır. Uzun illər AZAL-da pilot kimi çalışmış babası ona ad günündə xüsusi hədiyyə verir. Bu hədiyyə nəsilləri birləşdirən, peşəyə sevgini simvolizə edən və Azərin arzusuna doğru ilk addımına təkan verən təyyarə modelidir.
Azərin böyük qardaşı Milli Aviasiya Akademiyasının tələbəsi Murad modeli yığmaqda ona kömək edir. Kitabda həmçinin təyyarələrin necə işlədiyini izah edən və ümumilikdə aviasiya haqqında maraqlı faktlar yer alır. Uşaqlar kitab sayəsində öyrənəcəklər ki, təyyarələrin quruluşu quşlardan, ultrasəs dalğalarını əks etdirməsi yarasalardan və quyruq hissəsinin konstruksiyası isə balıqlardan ilhamlanaraq hazırlanıb.
Xəbərə aid video
Bu il icbari tibbi sığortaya müraciətlər artıb.
Xəbər verdiyimiz kimi, teleaparıcı və prodüser Murad Dadaşovun oğlu Kama
Sosial şəbəkələrdə yayılan görüntülərdə təyyarələrin havaya qəsd
Prezident Administrasiyasının sabiq rəhbəri, vətənə xəyanətdə təqsirl
Türkiyədə sürətlə yayılan dabaq xəstəliyi Muğlanın Milas rayonunda ci
Vətən müharibəsi şəhidi baş leytenant Röyal Ələkbərovun atası Fərma
Şou-biznes nümayəndələri müğənni Rəqsanə İsmayılovanın azadlığa �
German diliçiyi üzrə filologiya üzrə fəlsəfə doktoru, ingilis dili fon
Azərbaycanda dekabrın 8-i saat 9:00-a olan faktiki hava şəraiti açıqlanıb
Bu gün Masallının bir sıra ərazilərində təmir işləri ilə əlaqədar e
8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə y
BDU-nun Astrofizika kafedrası: “Maqnit qasırğası gözlənilir”
Bu ölkənin Mədəniyyət naziri özüməm, kimi istəsəm o da xalq artisti ol
Xınalıq yolunda köməksiz qalan turist xilas edilib.
