Azərbaycanda iqtisadi artım 2029cu ilə kimi 2% civarında olacaq


Digərləri 06 Dek 2025 10:25:00 57 0

Azərbaycanda iqtisadi artım 2029cu ilə kimi 2% civarında olacaq

Azərbaycanda iqtisadi artım 2029-cu ilə kimi 2% civarında olacaq.

Son.az xəbər verir ki, "S&P Global Ratings" Azərbaycan üzrə yenilənmiş iqtisadi proqnozlarını açıqlayıb. Agentliyin qiymətləndirməsinə görə, ölkənin real iqtisadi artımı yaxın iki ildə əvvəlki dövrlərlə müqayisədə daha zəif olacaq. 2024-cü ildə 4,1% olan real iqtisadi artımın 2025-ci il üzrə 1,8%-ə, 2026-cı ildə isə 1,7%-ə enəcəyi, artımın 2027-ci ildə 2,0%-ə, 2028-ci ildə isə 2,1%-ə qədər tədricən yüksələcəyi gözlənilir. "S&P" bunu neft sektorunun iqtisadiyyata töhfəsinin getdikcə azalması ilə izah edir: "2025-ci ilin ilk 10 ayında neft hasilatı 4,6% azalaraq gündəlik təxminən 556 min barrel səviyyəsinə düşüb, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 27 min barrel azalma deməkdir. Təbii qaz hasilatı 1,7% artaraq neft ekvivalenti ilə gündə təxminən 849 min barrel olub( cəmi 14 min barrel ekvivalent artım). Bu isə göstərir ki, qaz hasilatındakı mülayim artım neft hasilatındakı daha kəskin azalmanı kompensasiya etmir. Nəticə etibarilə, ümumi karbohidrogen fəaliyyəti mənfi zonada qalır. Bu tendensiyaların davam edəcəyi gözlənilir. "Azəri-Çıraq-Günəşli" (AÇG) yataq kompleksinin istismarı davam etdikcə, 2026-cı ildə neft hasilatının bir qədər də azalması ehtimal olunur. Xarici operatorların əlavə sərmayələri azalma tempini zəiflətməkdədir, lakin prosesi tam dayandırmır. Qaz hasilatının isə orta müddətli pik səviyyəsinə yaxın olduğu və onilliyin sonuna qədər əlavə həcmlərin məhdud olacağı üçün, ümumilikdə sabit qalacağı proqnozlaşdırılır". Qeyd edilib ki, neft sektorunun artıma töhfəsi zəifləsə də, iqtisadiyyatda diversifikasiya tədricən irəliləyir. Bu səbəbdən S&P real ÜDM artımının 2026-cı ildə təxminən 1,7%, növbəti bir neçə ildə isə nisbətən zəif olacağını gözləyir. "Uzun müddətdə Abşeron yatağının növbəti mərhələsi, AÇG-nin dərin qaz layihəsi, eləcə də Ümid, Babək və Qarabağ yataqlarının işlənməsi kimi bir neçə upstream layihə qaz hasilatını dəstəkləyə bilər, lakin onların hamısı hələ ilkin planlaşdırma mərhələsindədir və reallaşması illər tələb edəcək"- reytinq agentliyi həmçinin əlavə edib. /"APA-Economics"

Bakı D8 Gənclər Dialoquna ev sahibliyi edir  FOTO like
  • 06 Dek 10:22  
Digərləri Bakı D8 Gənclər Dialoquna ev sahibliyi edir FOTO

Bakı ilk dəfə olaraq D-8 Gənclər Dialoquna ev sahibliyi edir.

arrow Ətraflı
Manatın məzənnəsi ilə bağlı vacib AÇIQLAMA like
  • 06 Dek 09:50  
Digərləri Manatın məzənnəsi ilə bağlı vacib AÇIQLAMA

"Azərbaycan manatın ABŞ dollarına qarşı məzənnəsini 1,7 səviyyəs

arrow Ətraflı
Azərbaycandakı yol qəzalarının əsas səbəbi açıqlandı like
  • 06 Dek 09:48  
Digərləri Azərbaycandakı yol qəzalarının əsas səbəbi açıqlandı

"Sürücülərin yuxulu və ya yorğun vəziyyətdə yola çıxması ağır

arrow Ətraflı
"Bentley"lər geri çağırılır  Yolda alışa bilər like
  • 06 Dek 09:40  
Digərləri "Bentley"lər geri çağırılır Yolda alışa bilər

"Bentley" ABŞ-də 130 ədəd "Bentayga Hybrid" modelini ger

arrow Ətraflı
Karib partlayışı: Maduronun meydan oxuması və Trampın riskli oyunu like
  • 06 Dek 09:39  
Dünya Karib partlayışı: Maduronun meydan oxuması və Trampın riskli oyunu

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
"Belə olsa, istənilən vaxt pensiyaya çıxmaq mümkün olacaq" like
  • 06 Dek 09:30  
Digərləri "Belə olsa, istənilən vaxt pensiyaya çıxmaq mümkün olacaq"

Cəmiyyətdə özəl pensiya fondlarının yaradılması ilə bağlı müzakirə

arrow Ətraflı
"Yoxa çıxan" Türkan Vəlizadə uzun aradan sonra belə GÖRÜNTÜLƏNDİ like
  • 06 Dek 09:20  
Şou-biznes "Yoxa çıxan" Türkan Vəlizadə uzun aradan sonra belə GÖRÜNTÜLƏNDİ

Uzun müddətdir ekranlarda görünməyən müğənni Türkan Vəlizadə sosial

arrow Ətraflı
Qonşu ölkədə güclü zəlzələ oldu like
  • 06 Dek 09:00  
Dünya Qonşu ölkədə güclü zəlzələ oldu

Rusiyanın Kamçatka bölgəsində 5 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Ağ paltarların rəngini bərpa edən yuma üsulu: Yuyucu toza ehtiyac yoxdur like
  • 06 Dek 08:41  
Digərləri Ağ paltarların rəngini bərpa edən yuma üsulu: Yuyucu toza ehtiyac yoxdur

Ağ paltarlar zaman keçdikcə bozara, sarala və əvvəlki parlaqlığını iti

arrow Ətraflı
“Dedilər ki, aparatı söndürək, daha yaşamır“ like
  • 06 Dek 08:24  
Şou-biznes “Dedilər ki, aparatı söndürək, daha yaşamır“

Xalq artisti Röya Ayxan bu ilin avqustunda vəfat edən atası Yaqub Nəcəfovu

arrow Ətraflı
Bulğur plovuna hansı ədviyyat yaraşır? like
  • 06 Dek 08:08  
Digərləri Bulğur plovuna hansı ədviyyat yaraşır?

Bulğur plovu düzgün seçilmiş ədviyyatlarla daha zəngin və aromatik bir d

arrow Ətraflı
“Dedim ki, mikrofon işləmir, zaldan alqışlar gəldi" like
  • 06 Dek 07:35  
Şou-biznes “Dedim ki, mikrofon işləmir, zaldan alqışlar gəldi"

Xalq artisti Alim Qasımov bir neçə gün əvvəl qızı, Əməkdar artist Fər

arrow Ətraflı
Çox yeyənlər niyə gec doyur?  Səbəb açıqlandı like
  • 06 Dek 07:07  
Digərləri Çox yeyənlər niyə gec doyur? Səbəb açıqlandı

Müasir həyat tempi səbəbindən insanlar çox vaxt yeməyi tələsik yeyir. 

arrow Ətraflı
Azərbaycanlı müğənni Dubaydakı biznesindən DANIŞDI like
  • 06 Dek 06:06  
Şou-biznes Azərbaycanlı müğənni Dubaydakı biznesindən DANIŞDI

"Artıq bizə yox, cavan müğənnilərə pul verirlər"

arrow Ətraflı
Bu tarixdə doğulanların xüsusi like
  • 06 Dek 05:05  
Digərləri Bu tarixdə doğulanların xüsusi

Son zamanlar sosial şəbəkələrdə və ezoterik yanaşmalarda doğum tarixlə

arrow Ətraflı