Olimpiya mükafatçısı yarışlardan kənarlaşdırıldı


İdman 13 Noy 2017 16:50:00 319 0

Olimpiya mükafatçısı yarışlardan kənarlaşdırıldı

2012-ci il London Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış Rusiya ağırlıqqaldıranı Ruslan Albeqov bütün yarışlardan kənarlaşdırılıb. 

Goal.az Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının saytına istinadən xəbər verir ki, Albeqov antidopinq qaydalarını pozmaqda şübhəli bilinir. O, London Olimpiadasında 105 kq-dan yuxarı çəki dərəcəsində 3-cü yeri tutub. 29 yaşlı idmançı, həmçinin ikiqat Avropa və dünya çempionu olub.