Bakının sevilən "Qış nağılı" yenidən Fəvvarələr meydanında
Digərləri 05 Dek 2025 20:31:00 70 0
Bu il "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası ilk dəfə sirk tematikası ilə təqdim olunur və Fəvvarələr Meydanını rəngarəng personajların, canlı şouların, musiqinin və özünəməxsus dekorların harmoniya təşkil etdiyi unikal bir məkana çevirir.
Bu xəbəri də oxu: Bakıda kafedə partlayış olub, yaralılar var VİDEO
Bu barədə Son.az-a "Nargis" Fondunun mətbuat xidmətindən məlumat verilib.
Bu il yarmarkada qonaqları 60 böyük və 20 balaca dekorativ ev, üç ədəd iki mərtəbəli restoran, xüsusi hazırlanmış oyun tuneli, "xoxan" labirinti, iki photo booth, müxtəlif tematik fotozonalar və sirk elementləri ilə zənginləşdirilmiş tamamilə yeni konstruksiyalar qarşılayacaq.
2013-cü ildən etibarən hər il "Nargis" Fondunun təşkilatçılığı ilə keçirilən və şəhərimizin artıq Yeni il ənənəsinə çevrilmiş "Soyuq Əllər, İsti Ürək" yarmarkası bu il də xeyriyyə məqsədilə keçirilir. Yarmarka sponsorlarının maliyyə dəstəyi və qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Hər il olduğu kimi, yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi www.nargisfund.com vebsaytı və sosial şəbəkə hesablarında paylaşılacaq. İnternat, uşaq evləri və sosial xidmət müəssisələrindən olan azyaşlılar fəxri qonaqlar olaraq yarmarkaya qatılacaqlar.
"Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkasının qapıları 8 yanvar 2026-cı il tarixinədək hər gün 11:00-dan 23:00-dək açıq olacaq və hər il olduğu kimi, giriş tamamilə ödənişsizdir. Fəvvarələr Meydanında qonaqlar həm Qərbin, həm də Şərqin ləzzətlərini bir araya gətirən məkanlarda yüksək keyfiyyətli təamlardan və isti içkilərdən dadmaq, eksklüziv əl işləri və suvenirlər əldə etmək, müxtəlif oyunlar oynamaq, sevdikləri ilə birlikdə unudulmaz xatirələri şəkillərdə həkk etmək imkanı qazanacaqlar.
Hindistanlı 3 yaş 7 aylıq Sarvagya Sinqh Kuşvaha adlı uşaq rəsmi FİDE r
Bakı-Supsa (WREP) və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərlərinin operatorl
Yeni il yeni planlar, yeni qayğılar deməkdir. Ona görə də hər kəs yeni i
Gəncə şəhərində qadın sürücü və kuryerin küçədə dava etməsi ilə
Müğənni Zenfira İbrahimova "Günə Uğurla" verilişində emosiona
Suqovuşan kəndi ərazisində ticarət mərkəzi inşa olunacaq. Son.az xəb
Hindistanda bir qadın öz uşaqlarından daha gözəl hesab etdiyi uşaqları b
Biləsuvar rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəz
Müğənni Təranə Qumral aparıcı Tarix Əliyev (Tolik) ilə illər əvvəl y
Son günlər sosial şəbəkələrdə və ani mesajlaşma platformalarında, xü
Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, milli təsviri s�
