Ata ilə oğlunun ölümünə səbəb olan leytenant cəzalandırıldı
Digərləri 05 Dek 2025 15:50:00 63 0
İmişli rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş FHN əməkdaşının məhkəməsi başa çatıb.
Bu xəbəri də oxu: Azərbaycanda vəzifəli şəxs cərimələndi
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə rayon sakini 2001-ci il təvəllüdlü Allahverən Şükürova (soyad şərtidir) hökm oxunub.
Bildirilib ki, "Mercedes" markalı avtomobillə motosikleti vuran və ata ilə oğlunun ölümünə səbəb olan sürücü Fövqəladə Hallar Nazirliyi Muğan Regional İdarəsinin inspektorudur. Daxili xidmət leytenantı olan Allahverən işə bir neçə ay əvvəl düzəlibmiş.
Onun idarə etdiyi avtomobil İmişli rayonu ərazisində motosikletə çırpılıb və nəticədə nəqliyyat vasitəsində olan sərnişin Kazım İbişov və atası Mübariz İbişov aldıqları xəsarətlərdən həlak olublar.
Məhkəmədə mərhum şəxslərin ailə üzvləri sürücüdən şikayətçi olmadıqlarını bildiriblər.
Müvafiq hökmlə Allahverən Şükürov Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib.
Ona 4 il sürücülük hüququndan məhrum edilməklə 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin təqsirləndirilən şəxsin cəzasını məntəqə tipli müəssisədə çəkməsi hökmdə vurğulanıb.
Qeyd edək ki, məntəqə tipli müəssisədə cəza çəkən məhkumlar bəzi hallarda oranı tərk edə bilərlər.
Çeçenistanda "Qroznı-Siti"yə Ukrayna dronu hücum edib.
M2 indeksli Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunda
Salyan rayonunda məktəbdə kütləvi zəhərlənmə hadisəsi olub, 13 nəfər
Müğənni Mənzurə Musayeva canlı ifası müzakirə yaradıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Baza
Motodəbilqə taxmadan və ya onu düymələmədən mopedi idarə edənlər cər
Əvvəllər quldurluq etdiyi üçün məhkum olunmuş şəxs bu dəfə 22 kq nar
Sürücülük vəsiqəsi imtahanında iki mövzu var ki, hazırda həmin qaydala
Kreml Putin və Tramp arasında yaxın gələcəkdə görüşün baş tuta bilə
5 dekabr 2025-ci il, saat 03:20 radələrində Bakı şəhərinin Qaradağ rayon
Müğənni Zahidə Günəş ikinci ailəsinin dağılmasına səbəb olan həmk
Bir müddət əvvəl ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayı
Avropa Komissiyası Meta-nın "WhatsApp" platformasında süni intelle
Bu gün "Cloudflare"in qlobal infrastrukturunda müşahidə olunan fas
Xankəndidə əcnəbiləri qanunsuz əməyə cəlb edən şirkət cərimələnib
